Azerbacan dialektologiyasi-2019. indd


-lıx/-rıx/-rux/-rig/-lığ/-lik/-nik



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə95/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   91   92   93   94   95   96   97   98   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-lıx/-rıx/-rux/-rig/-lığ/-lik/-nik kəmiyyət bildirən şəkilçilər-
dəndir; məs.: qavqarrıx “koç zamanı yığılıb qalmış əşyalar” (G.), 
çılımpırrıx “kolluq” (Şəm.), çırpalıx “kolluq” (A.), imlığ “ip qı-
rıntıları” (Şir.), lıqqalıx “çox palçıqlı yer” (Ş.), ağırrıx “yaylağa 
köçərkən aranda saxlanılan ağır əşyalar” (Qaz.,Nax.), yemişənlik 
“yemişən bitkisi çox olan yer” (Zaq.),ellik “çox, hamısı” (İs.), 
şennik “camaat” (B.,Qk.), qaraönnüx`” ehtiyat üçün saxlanılan 
əşyalar” (Qaz.,Tov.), gərrig “tut ağacının çox olduğu yer” (Sa-
b.,Zər.) və s. Ellik “ellər, obalar” sözü Güney Azərbaycan şivələ-
rində də işlənir: 
Elə bil qürbətdə, uzaq ellərdə
Görüşürəm doğma elliyim ilə (Səhənd,s.39).
-ıntı.-inti,-untu,-üntü. Qeyri- müəyyən kəmiyyət anlayı-
şı əmələ gətirən
bu şəkilçi aşağıdakı sözlərin tərkibində müşa-
hidə olunur; məs.: didinti “yun qırıntıları” (Qaz.), selinti “selin 
gətirdiyi odun parçaları” (əksər şivə.), qırıntı “odun xırdaları” 
(Göy.,Uc.), biçinti “xırda parçalar” (İm.) və s.


174
175
Göründüyü kimi, q(-k) şəkilçisinin topluluq və cəmlik bildir-
məsinin tarixi qədimdir. Şəkilçinin cəmlik semantikasının izləri 
türk dillərində talax “söyüd” (yakut), kimax “qum” (Altay, şor, 
qazax) (182, s.115), qulaq, ayaq, dirsək, dırnaq, barmaq(Azər-
baycan) və s. söz köklərində qalmışdır. Azərbaycan dili şivələ-
rində tayfa, nəsil mənasında işlənən basmax (Tov.), oymax (Sab., 
O., Ş.), uruğ//turuğ (Ağ.,Şş.), həmçinin alaq sözlərində sonuncu 
q(ğ),x ünsürlərini qədim şəkilçinin izləri hesab etmək olar. Şi-
vələrin əksəriyyətin də “biçin zamanı yerə tökülən sünbüllər” mə-
nasında işlənən başax// başşax sözü də həmin qəbildəndir. Bu söz 
baş və ayaq sözlərindən əmələ gəlmişdir. Biçin zamanı sünbülün 
yuxarı və aşağı hissəsi yerə tökülür. Buna görə də xalq arasında 
bu cür ifadə yaranmışdır. Təsadüfi deyil ki, Qazax şivəsində söz 
tam formada başəyax şəklində işlənir. A.N.Kononova görə, ayaq 
sözünün kökündə ai “sürətlə addımlamaq” sözü dayanır. - q isə 
cəmlik bildirən şəkilçidir (162, s.9).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin