Azerbacan dialektologiyasi-2019. indd


külfətdər (külfətimiz) qalıb pis halda (Dər.);- Bizim dədə- baba-



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə92/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   88   89   90   91   92   93   94   95   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

külfətdər (külfətimiz) qalıb pis halda (Dər.);- Bizim dədə- baba-
lar keçmişdə yaxşi işdərdə olıb (Şam.);- Toyda qo:m- qardaşlar 
gəlib iştirak e:lir (Kr.) və s.
-Nəsil, tayfa bildirir;məs.: Həsənlilər, Oruşdular, Məmşalılar, 
Biləğanlılar, Şəriflilər, Mirğannılar və s. bu xüsusiyyət şivələr-
də geniş yayılmışdır. Müasir şivələrdə tayfa, nəsil bildirən sözlər 
arxaikləşmək üzrədir, onların yerini –lar,-lər şəkilçisi tutmuşdur.
-Biz və siz əvəzlikləri müəyyənlik bildirərkən –lar,-lər şəkil-
çisi qəbul edir. Bizlər, sizlər dedikdə, daha çox ailə, tayfa və ya 
bütöv nəsil nəzərdə tutulur;məs.:bizdər/bizzər sətəlcəmnən qan 
allıx;-Ay sizdərdə/ sizzərdə oxumağlar var ha! (Nax.) və s.
-Ağsu və İsmayıllı şivələrində -lar,-lər şəkilçisi idi, imiş hissə-
ciklərindən əvvəl işlənir; məs.:kəsirlərdi, yazırlarmış(A.), gələl-
lərdi, edəllərdi (İs.).
- lar,-lər şəkilçisi birinci və ikinci şəxs cəm mənsubiyyət şə-
kilçilərindən sonra işlənir; məs.: Ona dedilər, Zərnigar xanım aşı-
ğınızdarı belənçig eliyib (Muğ.);- İşliyəmmirix`bağımızdar qalıb 
başına, kol- kos basıb (Uc.);- Taxılımızdarı gəlip aparırlardı, biz 
qalırdıx naəlac (Kr.) və s.
- Bəzi hallarda toplu isimlər də -lar,-lər şəkilçisi qəbul edir; 
məs.: Cama:tdar yaxşi köməx` eli:r (İm.);- Sürülər dəriyə tö-
küləndə yağış bizi tutdu (Ord.) və s.
-la,-lə. Təbriz, Miyana, Dərbənd (Muğartı, Zil kənd şivələ-
ri), Zəngibasar, Qax (Sarıbaş kənd şivəsi) və Meğri şivələrində 
isim və feillərdə kəmiyyət şəkilçisi- la,- lə şəklində işlənir. Dər-
bənd və Meğri şivələrində bu şəkilçi söz köklərinə, digər şivələr-
də isə zaman və -dır (şivələrdə- dı) şəkilçilərindən sonra əlavə 
olunur;məs.: doxdurra, moşinnə (Dər.), adamla, aşıxla, cəvizlə 
(Meğ.), köçəridilə, qo:mdilə, kişidilə, yığıpla, gəliplə (Təb.), ba-
badıla, nənədilə (Zb.), saymılla,deyiplə,bəyənmillə (Q.) və s.
-la,-lə şəkilçisi XIV- XX yüzilliklərdə klassiklərin dilində fe-
illərdə müşahidə olunur:-Püstani 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin