səvəllə cümlə mərdan, Sürtəl-
lə məni məzari yarə (Füzuli,s.262,264);-Çünki bunlar olubla
divanə,Bizə bir şah gərəkdi fərzanə (S.Ə.Şirvani,s.136);-Ta
arvatdar (Qaz.), ağajdar, bijdər, aşdar, saşdar, bulutdar (B.),
yaddar, quşdər, günüzdər, öküzdər, xoruzdar, tozdar, qotazdar
(Ş.), qaşdar, işdər, ö:latdar(Muğ.),sahatdar, səbətdər, yemişdər “
meyvə qurusu” (Təb.) və s.
-rar/rər: qarrar (Gəd.), yerrər, pomodorrar (B.), haçarrar
(İs.),yerrər, qəvirrər, tacırrar (Qaz.), səhərrər, torrar, doxturrar
(Muğ.),əsgərrər, şəhərrər, dəftərrər, tufarrar/duvarrar(Nax.), pə-
nirrər, həsirrər, qıtmırrar ”xəsis”, eyğırrar (Təb.) və s.
Assimilyasiyanın bu növü köklə şəkilçi sərhədində baş verir.-
lar,- lər şəkilçisi
r samiti ilə bitən sözlərdən sonra işləndikdə l
səsi
r səsini öz məxrəcinə uyğunlaşdırır; məs.: baxıllar< baxırlar,
görəllər< görərlər və s.
-zar/zər: qızzar, borazzar “ip”, bürgəzzər “süpürgə”, qaz-
zar, öküzzər, güzzər (Muğ.),qızzar, öküzzər, gündüzzər, qalxoz-
zar (Nax.), əzizzər, kəhriz- zər, şirbəzzər “yaltaq”, hələmizzər
“qorxaq” (Təb.) və s.
-lar,- lər şəkilçisinin bu variantı başqırd dilində də mövcud-
dur. Azərbaycan dili şivələrindən fərqli olaraq,başqırd dilində di-
şarası z səsi işlənir.
-sar/sər: dossar, fanıssar (Muğ.).
Muğan şivələrində məhdud arealda işlənən- sar,- sər variantı
özbək dilinin Cuş şivəsində -sar,- ser şəklində qeydə alınmışdır.
-tar/tər: buluttar, kəttər (Qk.).
Ən qədim türk yazılı abidələrində- lar,- ler şəklində işlənən
bu şəkilçinin müasir türk dillərində müxtəlif formaları vardır. Bu
şəkilçinin müxtılif variantlarda təzahür etməsində
l samitinin fizi-
oloji akustik təbiəti və intensivliyi əsas götürülə bilər.Azərbaycan
və türk dillərindən fərqli olaraq, digər türk dillərində -lar,- lər şə-
kilçisinin variantları ədəbi dil səviyyəsindədir.
Azərbaycan dili şivələrində -lar,- lər şəkilçisi qeyri- müəy-
yən kəmiyyət bildirməklə yanaşı, ayrı- ayrı üslubi məqamlarda
da işlənir:
-lar,- lər şəkilçisi isimlərə əlavə olunaraq, mənsubiyyət an-
layışı ifadə edir; məs.: Davadan gəlib gürədim atam da ülüb,
172
173
-m şəkilçisi topluluq- bölüşdürmə mənası əmələ gətirir; məs.:
üçəm “üç -üç, üç bala doğmuş qoyun, üç qat”, dördəm “yeyin,
dördayaq, dörd qat”, çütrəm “qoşa” (Gəd.), qoşam “iki ovuc
tutumu” (Daş.,Gəd.), bəndəm “tütün topası” (Çən.) və s.Nü-
munələr:-Bizim qalxozun qoyınnarının çoxu üçəm qo- yınnardı;-
Üçəm- üçəm yığ (Ord.);- Qatırı üçəm yüx`lə (Nax.);- İpi üçəm
əyir;- Bu at dördəm gedir (Qaz.);- At dördəmə qaçdı (S.) (ADDL,
2007, s. 143,523).
Bu şəkilçi türk və tatar dillərinin də dialektlərində eyni məna-
da işlənir; məs.: birem- birem “bir- bir”(türk), bisem “beş- beş”
(tatar) (182,s.117).
Dostları ilə paylaş: |