Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə101/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   97   98   99   100   101   102   103   104   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Şəxs kateqoriyası
Müasir Azərbaycan dilində nitq hissələri müvafiq şəkilçilərin 
vasitəsilə şəxs anlayışı bildirərək xəbər vəzifəsində çıxış edir. Nitq 
hissələrinin ənənəvi bölgüsünə uyğun olaraq, həmin mövqedə ad-
lara və feillərə əlavə olunan şəkilçilər müxtəlif şəkildə - “xəbərlik” 
və “şəxs” şəkilçiləri adlandırılır. Bununla bağlı olaraq dilçilikdə 
qrammatik məna və vəzifəcə bir-birindən fərqlənməyən xəbərlik 
və şəxs kateqoriyaları anlayışları mövcuddur. Xəbərlik kateqori-
yası əsasən isimlə, şəxs kateqoriyası isə feillə əlaqədar meydana 
çıxmışdır. Hazırda bu kateqoriyanın xəbərlik- şəxs adlandırılması 
məqbul hesab olunur. Bunun şəxs kateqoriyası adlandırılması və 
feilə xas olması morfoloji mənsubiyyətinə tam uyğundur.
Bu kateqoriya tarixən sintaktik zəmində meydana çıxmış, 
şəxs anlayışı şəxs əvəzlikləri vasitəsilə bildirilmişdir. Bu zaman 
tirə. Laçın, Sabirabad, Quba və Qazax şivələrində “tayfa, nə-
sil” mənasında işlədilir: Qaflan bizim tirədəndi, onun sizə qarışa-
cağı yoxdu (Qb.) (ADDL.,1964,s.382). Bu söz Kültiqin və Mo-
yun Çor abidələrində “topla- maq, yığmaq” mənaları daşıyır (82, 
s.377).
küyül. Şivələrin qərb qrupunda “dəstə, yığnaq” mənası ifadə 
edir: A:çın kölgəsində arı küyülü başıma üyüşdü (Tov.); - Ayə, arı 
küyülünü körersənmi? (Qaz.) və s. Bu söz qədim küyə sözündənə 
əmələ gəlmişdir. Küyə sözü M.Kaşğarinin lüğətində “böcək, da-
ğınıq həşərat” mənalarında işlənmişdir (MK, III c., s.170).
Bunlardan başqa, gəllah (G.) - dəvə sürüsü, bıdama (S.) - yan-
dırmaq üçün kəsilmiş ağac budaqları, balbır (S.) - suya batmamaq 
üçün tora bağlanan taxtalar; bərbənd (əksər şiv.) - suyun qabağı-
na tökülmüş ağac budaqları; vələ (Cəb.,F.) - qırılıb qalmış qarati-
kan topası; qıxmıx (Ş., O., Qaz., Tov.)-xırda odun parçaları; kəryə 
(Qaz.) - dost-aşna; ağamət (Zb.) - toydan əvvəl qız evinə aparılan 
ağır əşyalar; şel (Lən., Şir.) - suyun üzündə axan kol-kos; alaqo-
ca//alaxoja (Şəm.) - paltar-palaz; alanqu (Lən.) - çör-çöp; çolaqqa 
(Lən.) - çala-çuxur; dəm (Nax.) - dəlik-deşik; damfa (İm.) - daş-
kəsək; heşkivaş (Sab., S.) - gəlinin başına tökülən şirniyyat; pör-
nək (Tov.) - sürüdən ayrılıb dəstə-dəstə otlayan heyvanlar; muşax 
(Qaz., Tov., Ağs., G.) – xırmanda döyülüb əzilmiş sünbül; xiban 
(Cul.) – camaat; gəzər (Kəl.,Laç.)-mal-qara; ijlan (Ağ.) – camaat; 
cələf (Qar.)/ cər (İm.)/ durzan (Dər.)/ xıl (Yar.) – sürü.
Bəzi isimlər konkret kəmiyyət bildirir: toğullux - 25 qoyun, 
çəpişdix - 15 keçi (Qaz., G.) (89, s.175); xadvar (Zən.) - 10 tona 
taxıl; zomar (F.) - 20-25 put ağırlığında qış üçün üyüdülmüş un; 
bərt (Ord.) - on dərz; cütqov (Ord.) - dörd ulduz; cütmən (Tov.) - 
dörd qoyun. Bu söz Gəncəbasar regionunda qo- yunları sayarkən 
cütmən əkə şəklində“dörd ana qoyun” mənasında işlədilir; şana-
şin (ev) - ikimərtəbəli ev (İt.); kəviz (Laç.) – 32 kq taxıl qabı; 
kö:üz (Cəl.) - 12 kq; qara (Zən.) – 12 dərz.
Xalq arasında şəraitə, yerə uyğun olaraq, kəmiyyət bildirmək 
üçün müxtəlif sözlər yaranmışdır: girmə (Şir.) - kolluq, yulğunluq; 


188
189
kəççiyəm (Qb.), qabaxçıyam, cəlinəm “gəlinəm”, pirqa- dirəm, 
piçinçiyəm (Nax.) və s.
Türk dillərinin yazılı abidələrində birinci şəxsin təkində bən//
mən şəxs əvəzliyi və - am(-yam), - əm(-yəm) şəkilçisi işlənmiş-
dir; məs.: Andağ güclük mən “O qədər güclüyəm” (Falnamə, III 
sətir); Sü başı ben… Qoşun sərkərdə- siyəm” (Moyun Çor abi-
dəsi, qərb tərəfi, kənarda); Əmma mən Banıçiçəgin, dadısıyam; 
Qadir allah bilür, mən sana munisəm, yaram, Qıyma maŋa! - dedi 
(KDQ, s.54, 92);- Mən fəqirəm, mən həqirəm, cümlədən miskin 
gərib. (Nəsimi, s.17);-Nə məstü, nə aqiləm, nə hüşyar (Xətai, 
s.26);- Mən şaham, ey gözəllərin sərvəri, Qurbanam Vaqif tək 
qul ilən sənə (Vaqif, s.14).
Zəngibasarın Zəhmət kənd şivəsində birinci şəxs təkdə samit-
lə bitən sözlərdə şəxs şəkilçisindən əvvəl - ıy
4
ünsürü əlavə olu-
nur; məs.: adamıyam, buzuyam, lopbazıyam və s.
Bu formaya “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsində də 
rast gəlinir; məs.: Mən dəxi bir yumuş oğlanıyam - dedi (KDQ, 
s.80).
İkinci izoqloss məhdud arealda Gədəbəyin ayrım və Miskinli 
şivələrində müşahidə edilmişdir. Burada şəxs şəkilçisinin qapalı 
forması işlənməkdədir; məs.: bağmanım, elçiyim, bacıyım, qoçu-
yum, cütcüyüm, üzümçüyüm və s.
Şəxs şəkilçisinin bu variantı Q.Bürhanəddinin dilində də iş-
lənmişdir; məs.: Bəndəsin sən, bəndəyim bən tapuna; Bəndəyim 
bən, necə ki sən bəndəsin (Q.Bürhanəddin, s.89).
Müasir türk dilləri birinci şəxs təkin formal əlamətinə görə üç 
qrupa bölünür: 1) - am, - əm şəkilçisi; 2) - ım
4
 - ın
4
şəkilçiləri 3) 
mən əvəzliyinin işlən- məsi.
Birinci qrupa Azərbaycan, tatar, başqırd, ikinciyə, qaqauz, 
krım-tatar, türk, türkmən, şor, üçüncüyə isə qazax, qaraqalpaq, 
qumuq, noqay, tuva, uyğur dilləri daxildir.
N.K.Dmitriyevin fikrinə görə, birinci şəxs əvəzliyinin qədim 
forması “bən” olmuş, şəxs şəkilçisi də həmin əvəzlikdən törəmiş-
dir. Əvvəlcə başlan- ğıcda b>v dəyişməsi baş vermişdir. O, “bol”, 
cümlədə sözlərin sırası və intonasiya xüsusi ifadə vasitəsi kimi 
özünü göstərir. Türk dillərinin yazılı abidələrində şəxs anlayışı-
nın şəkilçisiz ifadəsinə məhdud şəkildə olsa da, rast gəlinir: məs.: 
Kırkız oğlı mən, boyla Kutluğ Yorğan “Qırğız oğluyam boyla Kut-
luğ Yorğanam” (Süci abidəsi, 2-ci sətir), Kəlmisi alp-tidi “Gəlmiş 
adamlar cəsurdur, - dedi” (Tonyukuk abidəsi, 38-ci sətir);.. ya-
nalım arığ obutı yəg, - tidi “Qayıdaq, təmiz abır yaxşıdır,- dedi” 
(Tonyukuk abidəsi, 37-ci sətir): Bazırganlar baqa qaldı.Vallah 
yəxşi yigit, mürüvvətli yigit - dedilər (KDQ, s.53).
Qədim yazılı abidələrdə bu formanın məhdud şəkildə işlən-
məsini artıq həmin dövrdə arxaikləşməsi və öz yerini şəxs əvəz-
liyinə verməsi ilə izah et- mək olar: məs.: Üçin Külüg tirig bən 
“Üçin Külüg (məşhur) Tirigəm” (Yenisey, III abidə, 3-cü sətir).
Hər iki xüsusiyyətin izləri müasir türk dillərində və onların di-
alektlərində qorunub saxlanmışdır. Azərbaycan dilinin Qax, Bor-
çalı və Göyçay şivələrində şəxs anlayışının şəkilçisiz ifadəsi hər 
üç şəxsdə mühafizə olunmuşdur: məs.: men çoban, sen çoban, ho 
çoban, biz çoban, siz çoban, holar çoban (Q.); mən sadaxlı, sən 
sadaxlı, o sadaxlı, biz sadaxlı, six sadaxlı, olar sadaxlı (Br.); mən 
kətdi, sən kətdi, o kətdi, biz kətdi, siz kətdi, olar kətdi (Göy.).
Bəzi şivələrdə bu xüsusiyyət ayrı-ayrı şəxslərdə müşahidə 
olunur: - Mən oğlan, sən qız bizim gapımıza nə de:llər (K.);Uşax-
lar balaja, mən qoja (Tov.); - Süz savaddı, mən avam (S.); - Sən də 
qazaxlı, mən də qazaxlı (Qaz.) və s.
İsmə əlavə olunan şəxs şəkilçilərinin Azərbaycan dili şivələ-
rindəki formaları, səciyyəvi xüsusiyyətləri və arealı barədə tam 
təsəvvür əldə etmək üçün onları şəxslər üzrə ayrılıqda nəzərdən 
keçirək:

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin