Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə104/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   100   101   102   103   104   105   106   107   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

İkinci şəxsin təki şivələrin əksəriyyətində ədəbi dil forma-
sı ilə - san, - sən şəkilçisi ilə ifadə olunur; məs.: tələbəsən, ba-
kilisən, cayılsan, atasan, qohumsan (B.), bənnasan, dülgarsan, 
naxırçısan, əmisən, hodəksən “cütçüsən” (Nax.), cumabaşısan 
“taxıl qarovulçusu”, ağrasaqqalsan “əkin işinə rəhbərlik edən 
şəxs”, dədəsən, mə:llimsən (Muğ.), uşağsan, qudasan, yançısan 
“tərəfdar”, ədeşsən (Qb.).
İkinci şəxsin təkinin qədim forması, velyar ŋ səsli - saŋ, - 
ŋ şəkilçisi əsasən şivələrin qərb qrupunda, qismən də Cəbrayıl 
(Dağ Tumas, Qazan, Qaracallı kənd şivələri), İmişli (Təklə-Mu-
ğanlı kənd şivələri), Çənbərək, Zəngilan və Şəmkir şivələrində iş-
lənməkdədir; məs.: atıcısaŋ, “keçəçi”, buy- ruxçusaŋ “xidmətçi”, 
yamaxçısaŋ “pinəçi”, örüxçüsəŋ “bənna”, çərçisəŋ “xırdavatçı” 
(Qaz.), maralyannısaŋ, kəççisəŋ (Cəb.), arıçısaŋ, suçusaŋ, mən-
silçisəŋ “yağ, pendir hazırlayan” (Çəm.), odunçusaŋ, qohumsaŋ, 
dayısaŋ, nənəsəŋ (Şəm.) və s.
-san. Bir variantda işlənən bu şəkilçi Şəkinin bəzi şivələrində 
müşahidə edilmişdir: əcizsan, sığırçısan, qorüxçüsan, mə:llim-
san, inisan “qayın”, səvisan “körpə uşaq” və s.
-sa, - sə. n səsinin düşməsi nəticəsində əmələ gələn bu forma-
ya Dərbənd və Cəbrayıl (Sirik, Horovlu, Quycaq kənd şivələri) 
şivələrində təsadüf olunur. Cəbrayıl şivəsində n səsi düşür və şə-
kinçinin saiti burunda tələffüz olunur; məs.: adamsᾶ (45, s.139). 
Dərbənd şivəsində isə Cəbrayıl şivəsindən fərqli olaraq, şəkilçi 
burun saiti ilə müşayət olunmur: uşaxsa:, adamsa:, babasa.
-sa, - sə şəkilçisi qaraçay-balkar dilində də qeydə alınmışdır 
(184, s.226).
-sın, - sin, - sun, - sün şəkilçisi Gədəbəy və Qaxın İlisu şi-
vələri üçün xarakterikdir. Lakin İlisu şivəsində şəkilçinin sonun-
da velyar ŋ deyil, adi n səsi tələffüz olunur; məs.: atasıŋ, kişi-
siŋ, odunçusuŋ, örüx’çüsüŋ (Gəd.), çobansın, uşaxsın, baysısın, 
qohumsun, tütünçüsün, gülüysün (Q.).- sın
4
şəkilçisi M.Kaşqari-
nin lüğətində də işlənmişdir: Hangi boydansın? “Hansı boydan- 
san?” (MK, II c, s.284). M.Kaşqari həmçinin qeyd edir ki, türklər 


196
197
Ədəbi-bədii dilin qədim dövrlərindən müasir dövrə qədər 
- san, - sən şəkilçisinin fonetik tərkibi, məna və vəzifəsi dəyiş-
məmiş, sabit qalmışdır; məs.: …el çəriginə əgdim eşim ərsən 
ayı eşim sınarım kanta ər sayım… “El qoşununa qurban etdim. 
Dostum, igidsən, çağıraraq dostum, yarım, xanda (Yenisey, 41-ci 
abidə, arxa tərəf, 8-ci sətir);Mərə, qəzası yetmiş yigit, nə yigitsən
qayıda döngil! - dedi (KDQ, s.92);- Məni mən’ etmə ey zahid, 
güvən məzikrə ey sufi, Ki, sən məğrursan zikrə, mənəm müştaq 
didarə (Nəsimi, s.42);- İsayi-zəmani xoş nəfəssən, Kim qalsa pi-
yadə sən fərəssən (Xətai, s.50);- Malın varsa, onu sərf et, əgər sən 
kamil insansan, Çatarsan bil kəmalə, sərvətin tapdıqda nöqsani 
(Füzuli, s.506).
Türkologiyada şəxs şəkilçilərinin şəxs əvəzliklərindən 
törəməsi artıq qeyd-şərtsiz qəbul olunmuşdur. İkinci şəxs şəkilçi-
sinin mənşəyi araşdırılarkən, birinci növbədə sən şəxs əvəzliyinin 
arxitepi nəzərə alınır. Alimlərin əksəriyyəti ikinci şəxs tək əvəz-
liyinin qədim formasını se//sə//si şəklində müəyyənləşdirirlər. -n 
sonradan əlavə olunan ünsür hesab edilir. V.Radlov, K.Qrönbek, 
N.A.Baskakov və başqaları yiyəlik halın qalığı, A.N.Kononov 
possesivlik əlaməti adlandırırlar.
B.Serebrennikov və N.Hacıyeva çuvaş dilindəki ezi “sən” for-
masının işlənməsinə əsaslanaraq “sə” şəklinə üstünlük verirlər 
(182, s.137). Şübhəsiz ki, Azərbaycan dili şivələrində ikinci şəxs 
təkdəki şəkilçilərin müxtəlifliyi sən əvəzliyinin tarixi formaları-
nın izləridir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin