Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə112/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   108   109   110   111   112   113   114   115   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

- varı,- çov (B. Qk.),- araŋqı/ uruŋqu (Qaz.),-aldaz/-aldız,-tav 
(Cəb.) şəkilçiləri şivələrdə qeydə alınmışdır; məs.: şirinvəz (Zən.), 
ağcavaz (Ş.), tozanqı (Şah.), uzunbılla (S.), gögəldaz/ gögəmdaz/ 
gögəndaz “göyümtül” (Sab.), girdoul (yemiş), ül (quş) (Muğ.), 
qocavarı, qırmızıvarı, adamvarı, uşaxvarı, yağlaçov (B.Qk.), bo-
şaraŋ (Qaz.),  çiyaldaz/ çiyaldız, göyaldaz/ göyaldız, xamtav, 
təzətav (Cəb.) və s. 
Azaltma dərəcəsində təhər // tə:r, turum (Təb.), baxar, çalar, 
mayıl, səyağ, ala (əksər şivə), şit (Dər.), aldaz, tav (Cəb.) söz və 
hissəciklərindən də istifadə olunur: qaraturum (Təb.), sarıya ça-
lan, qırmızı səyağ, göyə mayıl, alagöy (əksər şivə), alapörtdəx`, 
sarıya baxar, göyə baxar (Qub.), şit ağ (Dər.), çiyal- daz, göyal-
daz (Cəb.) və s.
Çoxaltma dərəcəsi aşağıdakı vasitələrlə əmələ gəlir:
-ca
2
, -ja
2
: körpəcə körpəjə, xırdaca (əksər şivə), sarıca, qa-
raca (Şah), girdəcə (Ab.). Şivələrin əksəriyyətində bu şəkilçi 
cana/ jana formasında da işlənməkdədir; məs.: balajana, xırda-
jana, yaxşıcana (Cəb.). Abşeron (Hövsan, Piriküşkül, Fatmayı, 
Corat ) şivəsində bu şəkilçinin
- cal variantı xırdacal sözündə qey-
də alınmışdır. Şah- buz şivəsində 
- kün forması çoxaltma mənası 
əmələ gətirir: davakün, məzəkün. 
Şivələrdə dərəcə əmələ gətirən şəkilçilər bəzən yanaşı işlənir. 
Cəbrayıl şivəsində xırda və bala sifətlərinə iki dəfə artırılan –ja/
ca şəkilçisi şiddətləndirilmiş dərəcədə azlıq ifadə edir: xırdaca-
ja/ xırdajaca, balancaja/ balancaca. Eyni sözlərə -ja/ ca və -rax 
şəkilçilərini əlavə etdikdə isə azlıq mənasında bir qədər artıqlıq 
yaranır: xırdajarax, balancarax/ balajarax ( 45, s.145).
-sifətin əvvəlinə çox, lap // yap // yaf, ən, tünd // tüt, düm, əng 
(Şəki), qır, zil, qırt, saf, illah/ illap, sap, tox // toq, dahi, süd, çim, 
göl, lül, tey, zımırt söz və hissəciklərin əlavəsi ilə düzəlir: yap 
yaxşı, yaf yaxşı, tox qara, tox qırmızı, süd avı (Qaz.), əng yaxşı 
(Ş.), qırttəzə (Bs.), saf təmiz, zımırt kal (Qaz.), illah yaxşı (Nax.), 
sap balaca (Təb.), tox yaşıl (Ağc.), illap yaxşı, tox qara, dümqa-
ra, dümqırmızı (Qub.), dahi gen (L.), çim yağ/ göl yağ (Şah.), 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin