, Qubadlı şivəsində
- ımjı,- mjı forması ilə ifadə olunur; məs.:qırxımcı, atmışım-
cı, beşimci, onumcu (Nax.), altımcı, üçimci (B.), birinci, altın-
cı, onuncu (Q., Zaq.), beşimji, altımjı, onumju, üçümjü (Qub.).
Sıra sayları Bakı, Şamaxı, Təbriz, Cəbrayıl (Alıkeyxalı, Hasanlı,
Soltanlı kənd şivələri), Böyük Qarakilsə (Urud ), Qubadlı (Çar-
daqlı), İmişli, İsmayıllı və Gədəbəy şivələrində
–minci şəkilçisi
ilə əmələ gəlir; məs.: biriminci, ikiminci, üçiminci (Təb.), ikimin-
ci, altımıncı (B.Qk.), ikiminci, üçümüncü (Qub.), səkgizminci,
beşminci (İm.), ikiminci, altımıncı, qırxımıncı (İs.) və s. Güney
lülqənbər, lüldəm, teyduz, teydassız (B.Qk.), illaf ağıllı, laf ax-
max, yap səfeh (Cəb.) və s.
- Sifətin ilk hecasının və ya hissəsinə
m, p, f, t, ş, r, s, l, n
səslərini əlavə etməklə əmələ gəlir: qapqara/qafqara, qıpqırmızı/
qıfqırmızı, yamyaşıl, tumturş (Qub.), ip- isdi, sopsoyux/ sofsoyux,
nəfnəzix`, yefyekə, dəfdəyirmi, yapayalqız (Qaz.,Tov, Bor.), tap-
taza, beşbetər, təmtəzə, safsarı, qəttəzə, şifşirin, dəsdəyirmi, tərtə-
miz, çılçılpax, yanyaşıl, tələmtələsix` (əksər şivə.), yufyumru/ yup-
yumru, dufduru/ dupduru, qanqır- mızı, dümyaşıl (B.Qk.), şimşit,
gipgirdə, bumbuz, yumyumru (Ab.) və s. Bəzi şivələrdə çoxaltma
dərəcəsi
ba, bə və balan / bələn/ bələm hissəciyinin vasitəsilə də
düzəlir: dümbələmdüz, bombalanboş/ boramboş (Qaz.,Q.), sapba-
sağ, gömbəgöy, dopba- dolu (Qub.), gömbələngöy, sapbədəmsarı,
sapbədəmsağ (L.), göpbələmgöyçəx` (Şah.) və s.
Say
Şivələrdə işlənən
miqdar sayları ədəbi dildən fonetik cəhət-
dən fərqlənir: bi (əksər şivə.), biy ( Qax-İlisu)ikki ( Təb.), üş
// uş, öç (Qax- İlisu), alti, yedi, seggiz, un, umbir, umbeş, yirmi,
igirimbir, utuz, ottus (Təb.), atmış, səysən/ səhsən, doxsan/ do:-
san, üşyüz və s. Ədəbi dildən fərqli olaraq, bəzi şivələrdə umbir,
uniki, osbir “otuz bir”, yirmi, qıpbir (Şr.), səksən əvəzinə həştad
işlənir. Həştad fars sözü olub, dilimizdə üzün müddət səksən sözü
ilə paralel işlənmişdir. H.Mirzəzadənin fikrincə, “səksən sözü
Azərbaycanın İran sərhədlərindən uzaqda, fars dili təsirinə az
uyan yerlərdə qorunub saxlanmışdır. Birincinin əksinə olaraq, öz
dövründə ticarət mərkəzi olan və fars dili təsirinə məruz qalmış
yerlərdə isə həştad sözü daha çox yayılmış, həm danışıq, həm də
ədəbi yazı dilində normal bir söz kimi sabitləşmiş- dir” (75, s.99).
Şivələrdə bəzi sözlər leksik mənasından əlavə say da bildirir;
məs.: bir əl-10, iki əl- 20 (Nax.), toğullux- 25 qoyun, çəpişdix`-
15 keçi (Qaz., Qar.), cütmən- dörd qoyun (Tov.), qara- 12 dərz
214
215
abidələrində, bir sıra müasir türk dillərində (Altay, qazax, Qa-
raqalpaq, noqay, Tuva, türkmən, xakas, şor) üçüncü şəxs əvəzli-
yi ol şəklində işlənir. III əvəzliyinin ol forması XIV əsrdən XIX
əsrin əvvəllərinə kimi ədəbi dilimizdə norma səviyyəsində işlən-
mişdir. Bu formaya “ Kitabi Dədə Qorqud” abidəsində də tez- tez
rast gəlinir: Baba, mən yerimdən durmadan ol durmuş ola .
Şəxs əvəzliklərinin hallanmasında da müxtəlif formalar mey-
dana çıxır: mənə, məə, mə:, məyə, maŋa, maã, mã:, mağa/məğa,
maxa, maha; sənə, səə, sə:, səyə, saŋa, saã, sã:, sağa/səğa, saxa
saha, oya//oa, manqa, sanqa (yönlük halda), məyi/məi, səyi/səi,o-
yi/oi (təsirlik halda), menin/mənin, meni/məni, bizin/bizi, seni
(Zaq., Q., ); bizin/bizi (Qb.), sənuv, sizuv, onuv, ollaruv (Ağc.),
mənin, bizin (İm., Gəd.), mənün, bizün (Dər.), məniŋ , səniŋ , onuŋ
(Qaz.) mənnə, sənnə, unna/ hunna / onna (Ş.), bizzə, sizzə, bizzən,
sizzən (Muğ.).
Mən və biz şəxs əvəzliklərinə əlavə olunan - im və ya in şəkil-
çisinə tədqiqatçıların münasibəti müxtəlifdir. M.Şirəliyev “Bakı
dialekti” əsərində əvəzliklərə artırılan şəkilçiləri mənsubiyyət,
“Azərbaycan dialektologiyasının əsasları” kitabında yiyəlik hal
şəkilçisi hesab edir (90,s.62;89, s.177). R.Rüstəmov “Quba di-
alekti” monoqrafiyasında - in şəkilçisindən mənsubiy- yət, hə-
min monoqrafiyanın başqa bölməsində yiyəlik hal şəkilçisi kimi
bəhs edir (83,s.118, 133). B.Serebrennikov və N.Hacıyeva “mə-
nim” və “bizim” əvəzliklərindəki - im şəkilçisini mənsubiyyət,
A.N.Kononov isə yiyəlik hal şəkilçisi kimi izah etmişlər (182,
s.142; 160, s.81). M.İslamov birinci şəxs əvəzliklərinin hallan-
ma prosesində qəbul etdiyi - im və - in şəkilçilərini ətraflı şərh
etmiş, - in şəkilçisinin qədim yiyəlik hal şəkilçisindəki nq səsinin
tarixi inkişafı nəticəsində əmələ gəldiyini göstərmişdir (62, s.30).
Orxon - Yenisey abidələrində də mən və biz əvəzlikləri yiyəlik
halda - in şəkilçisi ilə işlənmişdir; məs.: Bizin sü atı turuk, azukı
yok erti “Bizim qoşunun atları arıq, azuqəsi yox idi” (KT,Böyük
abidə, 39-cu sətir), menin sabımın sımadı “mənim sözü- mü təhrif
etmədi” (KT, Kiçik abidə, 11-ci sətir).
Azərbaycanda Dərgəz və Qoçan şivələrində -əmki şəkilçisi bir
sayında qeydə alınmışdır: birəmki< birinci ( 47a,s.103.)
Dostları ilə paylaş: |