Azerbacan dialektologiyasi-2019. indd


Qeyri- müəyyən əvəzliklər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə117/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   113   114   115   116   117   118   119   120   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Qeyri- müəyyən əvəzliklər 
Dialektlərdə qeyri- müəyyən əvəzliklərin müəyyən hissə-
si sual əvəzliklərinin əsasında, onlara şəkilçilərin əlavəsi və ya 
başqa sözlərin qoşulması yolu ilə yaranır. Bir qismi də əvəzlik 
olmayan sözlərdən və ya başqa əvəzliklərin köməyi ilə əmələ gə-
lir. Ədəbi dilimizdə işlənən qeyri- müəyyən əvəzliklər şivələr də 
müxtəlif tələffüz variantlarında işlənir: kimsə/kimiysə/ kimsənə, 
hərə/hər, kəs/hər kes/hər kəsən/hər kəsdə/hər kişi/ hər kəş/ hər 
küş, bənzi/ bənziləri, filan kəs/filan-peşməkan/ filan-peşman (can-
sızlar), hamı/hamısı/ (əksər şivə.), hamıyı, hamıcığ/ hamıcacığ ( 
Ağ., Gəd.), hərkəşdi (İm.), hər küşdə, hər kəsən (Cəb.) və s.
Bəzi şivələrdə çıxışlıq hal şəkilçili şəxs əvəzlikləri birlikdə 
işlənərək qeyri- müəyyən əvəzlik əmələ gətirir; məs.:-Xırda adam 
dünyənin işini sənnən- mənnən çox qanır (Göy.) və s.
O və bu əvəzlikləri birlikdə işlənərək qeyri- müəyyən əvəzlik 
əmələ gətirir; məs.:- O-bu deyir, sən də inanırsan (G.);- Onun- 
munnun haravasıynan gəldix` çıxdıx kəndə ( Daş.) və s. 
Sual əvəzlikləri 
Şivələrdə işlənən sual əvəzlikləri ədəbi dillə müqayisə çox-
luq təşkil edir. Dialektlərə xas sual əvəzliklərinin əksəriyyəti 
M.Kaşğari bu hadisəni nğ şəklində qeydə almışdır: meninğ 
emgek “mənim əməyim”; bizinğ ew “bizim ev” (MK, III c., 
s.370, 372).
Fikrimizcə, hallanma prosesində birinci şəxs əvəzliklərinin 
yiyəlik halda qəbul etdiyi əlaməti mənsubiyyət, digər əvəzliklərə 
əlavə olunan formanı isə hal şəkilçisi adlandırmaq doğru deyildir. 
Qədim türk yazılı abidələrində, müa- sir türk dillərində, o cüm-
lədən şivələrimizdə mən və biz əvəzliklərinin yiyəlik halında iş-
lənən - in hal şəkilçisi olub və - im formasından qədimdir.
İşarə əvəzlikləri 
Şivələrdə işarə əvəzlikləri fərqli şəkilllərdə qeyri- bərabər kə-
miyyətdə yayılmışdır. 
Bu işarə əvəzliyi hallanarkən adlıq haldan 
başqa, digər hallarda b>m dəyişməsi baş verir: munun, muna, 
munı, munda, munnan. Şivələrin əksəriyyətində 
bu əvəzliyinin 
cəm formasında ilk samit dəyişməz qalır (buların). Qazax şivəsin-
də isə b>m dəyişməsi saxlanılır; məs.: munnarıŋ, munnara, mun-
narı, munnarda, mun- nardan. Bundan başqa, digər işarə əvəzlik-
ləri aşağıdakı formalarda yayılmışdır:  habu/habı (Q., Zaq., Ş.), o, 
bu//be, budey, odey, belənçi, belənçik (B., Şam.), odua:, budua:, 
odurana, budurana (Q.), bıdırana, bıdıxana, odurannı, budurannı 
(Nax.), habıdağa, habıdırana (Q.), butana, otana (G.), a:na, ə:nə 
(qərb), onək, bunək (Ağ.), oğal, bığal/buğal (B., Şam., Nax.), oqı-
lıx, buqılıx «elə», “şu”nu gətir, “şu”nu qoy (Gəd.), anarı ( qərb, 
şimal- qərb), həvlə/ həblə, habləjə, belənçik, eləncig (İm.), heylə /
həylə, həbelə/ hibelə (Cəb.).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin