Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə120/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   116   117   118   119   120   121   122   123   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

qoy, qoyun ədatları işlənir; 
məs.: qoy alım, qoy alax, qoy alsın (45,s.171).
II şəxsin təki şivələrdə iki şəkildə: 1) ədəbi dildə olduğu kimi, 
şəkilçisiz; 2) arxaik -qınan, -ginən şəkilçisi ilə əmələ gəlir. Bu 
şəkilçi iki hissədən -gıl, -gil və -an, -ən hissələrindən ibarətdir. 
-qıl, -qil şəkilçisinə qədim yazılı abidələrdə və müasir Altay, yeni 
uyğur və Qaraqalpaq dillərində də rast gəlmək mümkündür. Ək-
sər şivə- lərdə yalnız şəkilçinin -ginən variantı işləndiyi halda, 
Bakı, Şamaxı və Muğan şivələrində hər iki formasına -qınan, 
-ginən, Cəlilabad şivəsində isə -gınan,- ginən, Dərbənd şivəsində 
-ginən/ ginə şəklində təsadüf olunur. Qərb ləhcəsində həmin for-
ma dörd variantda işlənir; məs.: alqınan, qo:qınan, bilginən, gör-
ginən (Muğ.), soyğunan, yazğınan, çüşgünön, duruynan (Qaz.,-
Tov.,Bor.), dur, qaç, aparginən, ox- şaginən (Təb.), algınan, 
gəlginən, pozgunan, görgünən (Ağc.), alginə, tutginə, duş- ginə, 
kitginə (D.). Xocavənd şivəsində isə- ginən forması dörd variant-
da- ınan,- inən, - unan,- ünən şəklində yayılmışdır; məs.: alınan, 
gəlinən, pozunan, görünən və s.
Saitlə bitən sözlər II şəxsdə bəzən denən, deynən, dinə, otur-
nan (əksər şivə.), deyinən, yeyinən, deyiməyinən (Dm.) şəklində 
ancaq şəxs şəkilçisi qəbul edir. Meğrinin Aldərə kənd şivəsində 
II şəxs təkdə dınan, -dinən şəkilçisi geniş yayılmışdır; məs.: aldı-
nan, verdinən və s. 
Əmr şəklinin I şəxs cəmində şəxs şəkilçilərinin işlənməsinə 
görə şivələr üç qrupa bölünür: 1) Qarabağ, Qazax, Gəncə, Nax-
cıvan şivələrində iki variantlı -ax, -əx‘ şəkilçisi işlənir; 2) Bakı, 
Şamaxı, Muğan və Ağcabədi (Yastıyol kənd şivəsi) şivələrində 
-ağ, -əg, Dərbənd şivəsində -eg,- əg şəkilçisi geniş yayılmışdır; 3) 
Quba, Ordubad, Şəki, Təbriz, Bakı, Qax, Zəngilan və Zaqatala şi-
vələrində bir variantda - ax (Ord., Təb., Zən.), -eg (B.), -ağ (Qb.) 
şəkilçiləri özünü göstərir. İraq- türkman ləhcəsində bu cəhətdən 
b variantı işlənməkdədir; məs.: tapbadı, səpbədi, qapbadı və s. 
Qazax, ayrım, bəzən də Quba, Bakı və Şamaxı şivələrində 
əmr şəklində inkar şəkilçisinin -mo, -mö variantına da rast gəlinir: 
oxumoyun, üşümö:n (Qaz.,Ay.), oxumo:uz, yazmo:un, vurmo:un 
(B., Qb.) və s. (89,s. 188).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin