Xəbər şəkli
Əbədi dildə olduğu kimi, şivələrdə də feilin üç zamanı var.
Zaman formalarının və şəxs əlamətlərinin işlənməsinə görə şi-
vələr həm ədəbi dildən, həm də bir-birindən fərqlənir.
Şühudi keçmiş zaman
Şühudi keçmiş zaman şivələrdə –dı,-di,-du,-dü şəkilçisi ilə
ifadə olunur. Zaman şəkilçinin variantlarının işlənməsinə görə
şivələr bir- birndən fərqlənir. Eyni zamanda ayrı- ayrı şivələrdə
müxtəliflik (-aq/-ağ/-ax,-ək/-əğ/-əx`) mövcuddur; məs.: məs.:
baxağ/ baxeg, oxıyağ/ oxiyeg (B.), qavax, gəlax, issinəx`(Ord.),
verax, kəsax, gedax, yetişax (Təb.), gedax, gəlax, içax, süzax
(Zən.), açax, qoşax, səpəx`, gələx` (Qaz.), alağ, gələg, pozağ, kü-
rüyəg (Ağc.), çıxağ, gedağ, qoyax, burax, enəg, öldü- rəg (İt.),
aləg, satəg, göreg, bürüyeg (D.) və s.
Bəzi şivələrdə əmr şəklinin I şəxs cəmində eyün//egün,-e-
güz (B.), -ağun//-əgün, -əyün (Şam., Cəl.), -ağun (Qb.), -ağun//
əgün-ağuz //əgüz (Muğ.), ağın//əyin (Cəb., Zən., İr.),- ağın,- əyin,
ağun, əgün/ əyün (Ağc., İm.),- ayın/-ağun,- əyin/- əgün (İt.),-
egün,- əgün (D.) şəkilçisinə də təsadüf olunur; məs.: gedegün//
gedeyün, alegün, qaçağun, gələgüz və s. Bu şəkilçinin mənşəyi
barədə müxtəlif fikirlər vardır. M.Şirəliyev, K.Ramazanov -ağun,
-əyin şəkilçisini I şəxs cəmin II şəxs cəmə müraciət forması,
R.Rüstəmov, Ə.Dəmirçizadə, A.Hüseynov və E.Əzizov qədim
-ayın, -əyin şəkilçisinin izi hesab edirlər. M.Rəhimovun fikrincə,
-ayın, -əyin forması türk dillərinin qədim dövrü üçün ümumi olan
arzu məzmunlu ğay şəkilçisindən törəmiş -ay və I şəxs əlaməti
olan -ın formatından əmələ gəlmişdir.
R.Rüstəmov, A.Hüseynov, M.Rəhimov və E.Əzizov Bakı və
Muğan şivələrində işlənən -ağuz, -əgüz formalarını mənşəcə di-
limizin tarixində işlənmiş – avuz, -əvüz şəkilçisi ilə bağlı hesab
edirlər.
İraq- türkmən ləhcəsində birinci şəxsin cəmində -alım,- əlim
şəkilçisi də tarixi mövqeyini qoruyub saxlamışdır; məs.: -Aşiq
halın soralım;- İndi birlikdə gedəlim (59a, s.179.). Bu şəkilçi “Ki-
tabi –Dədə Qorqud” abidəsində və klassiklərin dilində də işlən-
mişdir; məs.:- Məgər bir qoca babam, bir qarı anam var;gəl ge-
dəlim ikisindən biri bolay ki, canın verə (KDQ);-Bir- bir qılalım
qamu saŋa ərz (Füzuli);- İkimiz bir yerə həmdəm olalım (Vaqif).
Əmr şəklinin II şəxs cəm şəkilçisinin işlənməsinə görə şivələr
iki qrupa bölünür: 1) Qərb ləhcəsində, Naxcıvan, Zaqatala, Göy-
çay və Qax şivələrində, İraq- türkman ləhcəsində dörd variantlı –
ın şəkilçisi işlənir; məs.: açıŋ, sürüyüŋ, səpiŋ, qoşuŋ, görüŋ (Qaz.,
224
225
variantlarında işlənməkdədir; məs.: qannım, cumnum, allim, bil-
lim (Ş.), yazzı, kəssi (Muğ.) və s.
Dostları ilə paylaş: |