Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə123/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   119   120   121   122   123   124   125   126   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Nəqli keçmiş zaman 
Nəqli keçmiş zaman şivələrdə müxtəif formalarla ifadə olunur. 
Ədəbi dildə işlənən –mış
4
şəkilçisi əsasən I şəxsdə özünü göstərir. 
Cəbrayıl (Sirik kənd şivəsi) şivəsində bu şəkilçi –mıs şəklində 
sabitləşmişdir; məs.: almışam, getmişəm (əksər şivə), usdamışıx, 
tüşmüşüx`(Qaz.), sarımışux, bürümuşux, qalmışux (Təb.), satmı- 
sam, cəlmisəm, durmusux (Cəb.) və s. Cəlilabad ( Ləkin və Cən-
yan kənd şivələri) şivəsində birinci şəxs təkdə -ıb.- ib şəkilçisi də 
qeydə alınmışdır; məs.: Mən qəribəm, irağ yerdə qalıbam;- Elə 
hey deyisən alıbam və s. (104a,s.24). 
II şəxsdə –mi
4 
(B., Qb., İs., Qob., Qar., Ş., Nax.), -ıb
4
, -ıp
4
(Zaq., Q., İr.) -ib
4
(şimal-şərq ləhcəsi) -if
4
(qərb ləhcəsi, Zaq., 
Q.),- mı,- ıp,- ıf (Təb.) şəkilçiləri işlənir. Göründüyü kimi, ikin-
ci şəxsdə nəqli keçmiş zaman şəkilçisində ş samiti işlənmir. Bu, 
Azərbaycan dilində iki kar samitin yanaşı işlənməməsi ilə əlaqə-
dardır. Lakin Zəncan, Urmiya və Borçalı (Araplı, Aşağı Saral) 
şivələrində isə s samiti işlənmir; məs: vurmuşan, sürmüşən (Br.), 
gəlmişən, görmüşən (Zən.), aparmışan, durmuşan (U.) və s. Ur-
miyanın Bağanuş kənd şivəsində II şəxs təkdə şəxs əlaməti – ey 
şəklindədir; məs.: öyrənmişey, almışey və s. (219, s.72).
Ayrım şivəsində I və II şəxs təkdə digər şivələrdən fərqli ola-
raq, şəxs şəkilçilərinin qapalı variantları işlənir; məs.: yazmşım, 
gəlmişim, vurufsun, görüfsün.
III şəxsdə şivələrdə -ıb
4
, -ıp
4
(Zaq., Q., İr., Nax., Ord., Təb.), 
-ıb, -ib (şimal-şərq ləhcəsi), -if
4
(Qaz., G., Ağ., Zaq., Q.) şəkil-
çiləri işlənir. Şəki, Zaqatala, Quba, Dərbənd, Oğuz və Qaxın bəzi 
kənd şivələrində III şəxsdə -itdi
4
şəkilçisinə rast gəlinir; məs.: ya-
zıtdı, oxuyutdi, giditdi və s. Bu şəxsdə şəkilçilərin müxtəlifliyi 
Cənubi Azərbaycan şivələrində də özünü göstərir. Təbriz şivəsin-
də -ıp, Salmas şivə- sində- ıb,- ıf,- ıt,- ıbdı,-ıtdı, Xorasan şivəsində 
-ıb,-ıt, Urmiya şivəsində -mış,- ıb,-ıt,- ıtdı/ıttı, Ərdəbil şivəsində 
şəxs şəkilçiləri də fonetik cəhətdən fərqli şəkildə sabitləşmişdir. 
Qazax, Qarabağ, Gəncə və Ağdam şivələrində dördvariantlı –
 şəkilçisi işlənir; məs.: qaldım, gəldim, tutdum, gördüm (Qub.), 
azdım, gəldim, qurdum, tükdüm (Qb.), aldım, verdim, qo:dum, 
sürdüm (Göy.) və s. 
Şimal- şərq ləhcəsində -dı şəkilçisi həm dörd, həm də iki vari-
antda işlənir. Bakı, Şamaxı və Muğan şivələrində ikivariantlı –dı, 
-di və ya -du, -dü şəkilçiləri üstün mövqeyə malikdir. Bakı və 
Muğan şivələrində birinci şəxsdə dördvariantda, ikinci şəxsdə 
dodaq variantı, üçüncü şəxsdə isə damaq variantı işləkdir: oxı-
dım/ oxudum, oxıdun, oxıdı/oxıdi, oxıdığ/ oxuduğ/ oxidig, oxuduz, 
oxıdılar (B.), yığdım, yığdun, yığdı, yığduğ /yığdığ, yığduz, yığ-
 (Muğ.) və s. Quba şivəsində isə birinci şəxs tək dördvariantlı, 
birinci şəxc cəm və ikinci şəxs- du, üçüncü şəxsdə- di variantı 
işlənir; məs: başardım, başardun, başardi, başarduğ, başarduz, 
başardilər (Qb.).
Naxçıvan, Quba, Ordubad, Təbriz, Zaqatala, Zəngilan və Qax 
şivələrində birinci və ikinci şəxslərin cəmi üzrə birvariantlı şəkil-
çilər işlənir: -duğ (Qb.), -dıx, -dux, -dız, -dıuz (Nax.), -dıx, -dux,-
dox, -duz, -duz, -doz (Şəki), -dıx,-diz, -duz (Zaq., Q.),- dux (Təb.), 
-du (Zən.); məs.:verdux, ələdux, yetiştux, kəsdux, seşdux (Təb.), 
satduz, giyduz, otduz, üzduz, otumaduz (Ş.), gördux, süzdux, al-
du:z, gəldu:z (Zən.) və s. Şərur şivəsində ikinci şəxsin cəmində 
dördvariantlı-z,- yız şəkilçisi işlənir; məs.: aldız/ aldıyız, gəldiz/ 
gəldiyiz, gətdiz/ gətdiyiz və s.
Təbriz, Zəncan, Şirvan (Navahı), Salyan (Mikayıllı), Ağdaş 
(Qəsil) və Ordubad (Üstüpü) şivələrində sonu t, ş, x, ç samiti 
ilə bitən feillərdə şühudi keçmiş zaman şəkilçisi –tı,- ti,- tu,- tü 
şəklində işlənir; məs.: yetiştux, baxtun, qayıttı, getti, uştı, içti:z 
(Təb.), tuttum, tuttun, tuttux, tuttu:z (Zən.), çattı, eşitti, düşti (Şr.) 
və s. 
Şəkinin İncə və Zunud kənd şivələrində –di
4
şəkilçisi as-
similyasiya nəticəsində -li
4
,- ni
4
, Şamaxı, Göyçay, Ağdam və 
Muğan şivələrində –zı, -zi, -sı, -si, Sunqur şivəsində- lı (gəllim) 


226
227
mühafizə olunmuşdur; məs.:- Simavar horda qaynıya durur (Q.); 
-Nə çux belə qəzeti uxıya durmısan? (Qb.) və s.
a+durur forması daha çox III şəxsdə özünü büruzə versə də, 
Qax şivəsində bütün şəxslərdə işlənməkdədir; məs.: ala durıyam, 
ala durıysan, ala dırıy və s.
Bu şəkilçiyə M.Kaşğarinin «Divan»ında (aka turur), XV yü-
zilliyə qədər klassiklərin (Nəsimi, Xətai, Kişvəri) dilində də rast 
gəlmək mümkündür.
Quba və Bakının Corat kənd şivəsində qeyd olunan şəkilçinin 
a-tdı, ə-tdi variantı da müşahidə olunmuşdur; məs.: baxatdı, ge-
dətdi və s.
a, -ə. İndiki zamanın qıpçaq forması sayılır. Təbriz, Dərbənd, 
Tabasaran, Quba, Bakı, Şamaxının bəzi kənd şivələrində və Şir-
van şəhər şivəsində II şəxsdə işlənən -a, -ə şəkilçisi indiki za-
man (bəzən də gələcək zaman) mənasını ifadə edir; məs. : alasan, 
gələsən, alasuz, gələsüz (Dər.), gidəsən, gidəsüz (Qb.) və s.
a,-ə türk dillərinə xas qədim formalardandır. Görkəmli tür-
koloq A.M.Şerbakın fikrincə, bu şəkilçi qədim dövrdə hərəkətlə 
bağlı meydana çıxmış, bir tərəfdən şəxs əlaməti qəbul etmiş indi-
ki zaman, digər tərəfdən feili bağlama funksiyası yerinə yetirmiş-
dir (198,s.85). B.Serebrennikov və N.Hacıyeva – a şəkilçisinin 
indiki zamanın ən qədim göstəricisi kimi tatar, başqırd, qumuq, 
krım- tatar dillərində işlənməsini qeyd edirlər (182,s.85).
Oğuz mənşəli indiki zaman şəkilçiləri:

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin