Şərt şəkli
Şərt şəkli şivələrdə –sa
2
şəkilçisi ilə ifadə olunur. Şərt şəklinin
əlamətinin işlənməsinə görə şivələr iki qrupa bölünür: 1) Cənub,
qərb ləhcələrində, Zəngilan, Zaqatala və Qax şivələrində bütün
şəxslər üzrə -sa
2
şəkilçisi dəyişikliyə üğramır; məs.: atsam, get-
sən, vursa, atsax, getsəniz, vursalar və s.
2) Şimal-şərq ləhcəsində və Şəki şivəsində I şəxs cəmdə, II
şəxsdə şərt şəkilçisi –so, -sö, -su şəklində özünü göstərir; məs.:
alcoğ, bilsög (B.), atsoğ, gəlsuğ (Qb.), atson, bilsön, atsoz, bilsöz
(B., Muğ.), açson, açsouğ, açsoz (Ab.) və s.
Tabasaran şivəsində şərt şəklinin I şəxs cəmində –muz, -müz
şəxs şəkilçisi işlənir; məs.: başlasamuz, işləsəmüz və s.
Quba və Xaçmazın bəzi kənd şivələrində, Tabasaran şivəsində
II şəxsdə -v,-vuz,- vüz, İraq- türkman ləhcəsində isə -v,-y,-nız,-vuz/
uz şəxs şəkilçisi işlənir; məs.: qursov, icsöv, otursav, baxsovuz,
açsavuz, bilsəvüz (Qb.,Xaç.,Tab.), istəsəv, versəv, tutsay, gəlsəy,
alsavuz, görsəvüz (İt.) və s.
Şərt şəklinin hekayəsi idi köməkçi feili və şəxs şəkilçisinin va-
sitəsilə əmələ gəlir. Naxçıvan, İrəvan, Ordubad şivələrində və İraq-
türkman ləhcəsində şəkil əlaməti -sa
2
, əksər şivələrdə -se şəklində
işlənir; məs.: olsaydı, solmasaydı, görsəy- dim, bilsəydim (İt.), al-
seydim, alseydün (B., Qb), qavsaydım, işdəsəydim (Nax.).
Qazax, Cəbrayıl (Soltanlı) və Dmanisi şivələrində -se, -so, -sö
şəkillərində müşahidə olunur; məs.: çöyürsoydüm, yoğursoydum,
tüşsöydünüz (Qaz.), danışseydim, getseydin, otursoydux, gülsöy-
düŋüz (Dm.), qursoydux, örsöydüx`(Cəb.) və s.
Bəzən də
z ünsürünün düşməsi ilə zaman əlaməti -a,-ə şək-
lində işlənir: qaşmasaŋ, işməsəŋ, işməsıŋız (Şr.), yazmasan, otu-
masan, tutmasuz, dözməsuz (Ş.) və s.
Dostları ilə paylaş: |