Qeyri-qəti gələcək zaman
Qeyri- qəti gələcək zaman şivələrdə –ar
2
şəkilçisi ilə ifadə
olunur. Şəxslər üzrə zaman və şəxs şəkilçilərinin işlənməsində
müxtəliflik özünü göstərir. Zaman şəkilçisi birinci və üçüncü
şəxslərdə -ar,-ər, ikinci şəxsdə isə -a,-ə şəklində işlənir; məs.:
baxaram, gedərsəŋ, gözdərix`, gedərsiŋiz, səpəllər (Qaz.), yığa-
san, çatasan “yüklə- yərsən”, büləsən, qazanası:z (Təb.), alaram,
alarsan/ alarsaŋ, alar, alarıx, alarsı:z, alarlar, tanıyərəm, oxuyər-
sən (Qub.), yazər, oxiyər, baxər, toxiyər, görəsən (L.), gələsən,
vurasan, tullaram, üx`lərəm, işdərıx, işdərsınız (Ş.), oyniyasan,
güləsən, yazasan, içəsən (Göy.) və s.
R,n,l səsləri ilə bitən feillərdə qeyri-qəti gələcək zaman şəkil-
çiləri I şəxsdə assimilyasiya nəticəsində -nam
2
, -nığ, -nig, -lam
2
,
Bu şəkilçinin II şəxsdə Naxçıvan, Ordubad, Göyçay, Laçın və
Ağcabədi (Əfşar və Zəkərəyli) şivələrində –as, -əs, Qazax şivə-
sində isə -aş, -əş formalarına təsadüf edilir; məs.: tutassan, tuta-
assız (Nax.), oxuyassan, sürüyəssən (Ağc.), gedəşşən, gedəşşiniz
(Qaz.) və s.
Qazax (Aşıqlı), Borçalı (Lejbədin), Şəmkir (Çaparlı), Cəb-
rayıl (Soltanlı), Gədəbəy (İsalı), Daşkəsən (Almalı), Göygöl
(Qızılca), Böyük Qarakilsə (Dəstəgird) şivələrində ikinci şəxs-
də qəti gələcək zaman şəkilçisinin –aş,- əş,-yaş,-yəş, Tovuz ra-
yonunun Düz Qırıxlı və Qovlar kənd şivələrində dördvariantlı
-ış/-yış Xatınlı kənd şivəsində -aş,- eş,-oş,-öş variantları yayıl-
mışdır. M.Şirəliyevə görə, bu forma dissimilyasiyanın təsiri ilə
c qovuşuq səsinin nəticəsi kimi meydana gəlmişdir. Həmin kənd
şivələrində -şaŋ,- şəŋ,- şıŋız, -şiŋiz,- şuŋuz,- şüŋüz (Düz Qırıx-
lı və Xatınlı kənd şivələri),- daŋ,- dəŋ,- dıŋız,- diŋiz,- duŋuz,-
düŋüz (Tovuzun Qovlar və Böyük Qarakilsənin Dəstəgird
kənd şivələri) şəxs şəkilçiləri işlənməkdədir; məs.: qalaşşaŋ,
gedəşşəŋ, də:şşiŋiz (Bor.), qalışşaŋ, gəlişşəŋ, oxuyuşşuŋuz, üz-
düyüşşüŋüz, alaşşaŋ, uçuroşşuŋuz, düzöşşüŋüz, qalaşdaŋ, üfü-
rüşdəŋ, qalaşdıŋız, üfürüşdüŋüz (Tov.), baxaşdan, gedəşdən,
gözdüyəşdən (B.Qk.) və s. Göygöl (Əli Bayramlı kənd şivəsi)
şivəsində ikinci şəxsdə -aş,-əş şəkilçisinin -eyış,- eyiş,- yeş fo-
netik variantları və -şaŋ,- şəŋ (tək),-şıŋız,-şiŋiz (cəm) şəxs şəkil-
çiləri, Laçın (Əhmədli kənd şivəsi) şivəsində üçüncü şəxsdə -eiş
variantı işlənir; məs.:aleyışşan, gəleyişşən, aleyışşınız (Gg.),
aleiş, oleiş (Laç.) (84,s.243). Dmanisi şivəsində zaman şəkilçisi
-aj,- əj şəklində ş variantlı şəxs şəkilçisi ilə işlənir; məs.: oturaj-
şaŋ, oturajşıŋız, biləjşəŋ, biləjşiŋiz və s.
Qazax, Şəki, Gəncə, Gədəbəy və İrəvan şivələrində qəti gələ-
cək zaman -ası, -əsi, Cəbrayıl və Göyçayın bəzi kənd şivələrin-
də –ey, Zərdab (Əlvənd, Aşağı Seyidlər, Şəftəxal kənd şivələri)
şivəsində -ay,- ey,-iy formaları ilə ifadə olunur; məs.: Hamı səni
qınıyasıdı (Tov.);- Bunun da səbəbini aşağıda diyəsiyəm (İr.);-
Gələyəm siyə buları siyə kim deyub öyrənəyəm (Zər.) və s.
234
235
vələrində I şəxsin inkarında – man, -mən forması işlənir; məs.:-
yazmanam, gedmənəm, yazmanuğ, gedmənüg (B.), bax- manam,
gəlmənuğ (Qb.), qavmanam, doğramanam, getmənıx (Ord.), qoy-
manam, getmənəm, almanıx (U.), oxumanam, bölmənəm, tutma-
nıx (Ş.) və s.
Bu şəkilçinin tarixi qədimdir. – manam
2
şəkilçisinin ilkin for-
ması olan - man
2
şəkilçisi XVIII yüzilə qədər Azərbaycan dilində
fəal işlənmişdir; məs.: Bilmən neçün mənim qanimi asiman içər
(Saib Təbrizi); Məni görgəc bilmən neşün yaşinur (Vaqif) və s.
XIV-XIX yüzilliklər Azərbaycan ədəbi dilində həm indiki, həm
də qeyri-qəti gələcək zamanın inkarını bildirmək üçün işlənmiş-
dir; məs.: Müşk iyləmənəm üzü qaradır, Gül dəstələmən üzü para-
dır (indiki zaman, Xətai); Dərd ilə əgər yüz il ölürsən, Bir bus ilə
qılmanam səni hey (qeyri-qəti gələcək zaman. Xətai) və s.
Quba (Zizik kənd şivəsi) və Şərur şivələrində qeyri- qəti
gələcək zamanın inkarında birinci şəxs cəmdə r ünsürü z ünsü-
rü ( -maz,- məz) ilə əvəzlənir; məs.:- Pulumuz çatmasa, partal ala
bilməzuğ (Qb.), bilməzəm, qoymazam, bilməzix`, qoymazıx (Şr.)
və s.
- man
2
və manam
2
şəkilçilərinə türk və türkmən dillərinin dia-
lektlərində də sabitləşmişdir..
Ədəbi dildə ikinci şəxsdə qeyri- qəti gələcək zamanın inkarı
-maz,- məz forması ilə ifadə olunur. Lakin şivələrin əksəriyyə-
tində, o cümlədən də Quba, Şamaxı, Ordu- bad, Şəki, Sabirabad,
Ağsu, Lənkəran, Zaqatala, Gədəbəy, Qubadlı, Dmanisi və bəzi
keçid şivələrində qeyri-qəti gələcək zamanın II və III şəxslərində
- mar
2
şəkilçisi geniş yayılmışdır; məs.: yazmarsan, yazmar (Qb.),
gəlmərsən, gəlmərsiz (Ord.), puz- marsan, götümərsən, bilmər-
sən, puzmarsız (Ş.), qalmarsaŋ , bilmərsəŋ , getmərsıŋız (Qub.),
baxmarsan, oynamarsan, baxmarsız (Göy.), danışmarsaŋ , danış-
marsız (Dm.)
Bəzi şivələrdə
Dostları ilə paylaş: |