Arzu şəkli
Arzu şəkli şivələrdə –a
2
, -ya
2
şəkilçisinə şəxs şəkilçilərinin
əlavəsi ilə əmələ gəlir. Bakı şivəsində həmin şəkilçinin –e (ye) va-
riantı da işləkdir. Şəxslər üzrə müvafiq şəkilçilərin işlənməsində
müxtəliflik özünü göstərir:
Birinci şəxs təkdə- m, cəmdə -ğ,-g (B.), -ğ,-x (Qb.), -ğ, -x,-g
(S.),- x,- x` (Nax., Qaz., Tov.),- x (Ş.),- k (Şr.,Şah.) və s. şəxs şə-
kilçiləri işlənir; məs.: alam, görəm, alağ/ aleg, başdiyağ/başdiyeg
(B.), quşam, gürəm, quşağ/ quşax (Qb.), baxam, baxax/ baxağ,
görəg (S.), çalışam, çalışax (Nax.), qıylıyam, qıylıyax (Qaz.),
baxam, bilək, səpək (Şah.) və s.
İkinci şəxs təkdə -san,- sən (əksər şivə.)-saŋ,- səŋ (Qaz.,-
Tov.,Gəd.,Dm.),- sıŋ,-siŋ (Gəd.), cəmdə -suz,-süz (B., Qb.,Şam.,
Şr.),- sıŋız,-siŋiz (Qaz.,Tov.),- saŋız,-səŋiz (Gəd.), -sız,- siz,- suz,-
süz (Ord.) və s. şəxs şəkilçiləri işlənir; məs.: işdiyəsən, baxasan,
biləsüz, oxıyasuz (B.), gürəsən, uxıyasan, uxıyasuz, tükəsüz (Qb.),
qoşa- saŋ, güləsəŋ, sürüyəsiŋiz (Tov.), alasın, görəsin, alasaŋız,
görəsəŋiz (Gəd.), qoşa- san, büləsən, qoşasız, büləsiz, baxasuz,
güləsüz (Ord.) və s.
Üçüncü şəxsdə şəxs şəkilçisi işlənmir. Bu şəxsin cəmində fe-
illərə -lar,- lər şəkilçisi əlavə olunur; məs.: baxa, bilə, başdiyə,
işdiyələr (B.), qura, tökə, gözziyələr (Şam.), dura, soruşa, gələ,
köçələr (Ş.) və s.
Arzu şəklinin mürəkkəb formaları ədəbi dildən fərqlənir. Arzu
şəklinin hekayəsi idi köməkçi feilinin vasitəsilə əmələ gəlir. İdi
köməkçi feili sözə bitişik –ydı,- ydi,- ydu,- ydü şəklində tələffüz
olunur. Lakin Naxçıvan, İrəvan, Ordubad şivələrində və İraq-
türkman ləhcəsində ədəbi dildə olduğu kimi –a
2
, -ya
2
şəkilçiləri
ilə bildirilir; məs.: alaydı, gələydi, başdıyaydı, işdiyəydi (Nax.),
tutaydım, çıxaydım, oturaydıq, öləydi (İt.) və s. Şivələrin əksəriy-
yətində –e (-ye), Qazax və Gədəbəy şivələrində –e (-ye), -o(-yo),
238
239
Gərək ədatı ilə arzu şəklinin -a, -ə şəkilçisinin vacib məz-
munu ifadə etməsi şivələrdə geniş yayılmışdır. Bu formaya Bakı,
Qazax, Gədəbəy, İmişli, Şəki, Göyçay və Təbriz şivələrində rast
gəlinmişdir; məs.:- Gərək irayona gedəm, hər idarələri tanıyam
(Göy.);- Mənim bir xasiyetim var, söz verdim, gerex` yerinə ye-
tirəm (Ş.) və s.
Təbriz, Şəki və Oğuz şivələrində vacib şəkli məsdərlə gərək
sözünün birlikdə işlənməsi vasitəsilə də ifadə olunur; məs.:- Baba,
gün çıhmamış yollanmax gərəx′ (Təb.);- Balam, işu: dalınca özün
getmax gərəx`sən ki, yarıyasan (Ş.) və s.
Zəngilan şivəsində -ar,-ər şəkilçisi zaman mənasından əlavə,
bəzən vacib mənası bildirir; məs.:- Keçiyi satar olsan m: xavar elə.
Vacib şəklinin mürəkkəbi idi (-ydı,-ydi) və imiş (- ymış,-
ymiş) köməkçi feilləri vasitəsilə əmələ gəlir; məs.: almalıy-
dım, almalıydın, almalıydı, almalıydıx, almalıydıŋız, almalıydı
(Cul.), oxımaliydim, oxımaliydun, oxımaliydi, oxımaliyduğ, oxı-
maliyduz, oxımaliydilər (Qb.), qanırmalıymışıx, örməliymişix`
(Qaz.,Tov.) və s.
Dostları ilə paylaş: |