Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə135/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   131   132   133   134   135   136   137   138   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-qacın,- gəcin. Bu şəkilçi Dmanisi şivəsində -ınca şəkilçisinin 
mənasını bildirir; məs.:  vurqacın, içgəcin, görgəcin və s.
-anda
2
(əksər şivələr): alanda, başdıyanda və s.
-dıxca, -dihcə, -duxca, -dühcə, -dıxcan
4
(qərb şivələri), -dıxca, 
-duxca (Təb., Ord., Ş., Zaq., Q.); -dığcan (Qb.), -dığca,-digcə,-dı-
ğcan, -digcən (şimal-şərq şivələri): aldıxca, aldıxcan, aldığcan, 
gördühcə, qorxduxca, gördığcan və s.
-çağın,-cağın,- cəgin,- cəyin,- çəğin
(Dm.)/ cağın,- cəyin 
(Cəb.) şəkilçisi ədəbi dildəki ib,-ib feili bağlama şəkilçisinin si-
nonimidir; məs.: aççağın, çağırcağın, ölcə yin, iycəyin “yeyib” 
(Dm.), gəlcəyin, alcağın (Cəb.) və s.
İraq- türkman ləhcəsində -anda,- əndə və -dıqca şəkilçili fe-
ili bağlamalar şəxs şəkilçiləri ilə işlənir. –anda,- əndə şəkilçili 
feili bağlamalar hər üç şəxsin tək və cəmində, - dıqca şəkilçili 
feili bağlamalar isə birinci şəxsin təkində şəxs şəkilçiləri qəbul 
edərək dəyişir; məs.:alandam, alandau, alanda, alandağ, alanda-
vuz, alanda- lar, baxdıxcam, yandıxcam, sürdükcəm, gördüx`cəm 
(59a, s.229-230). 
-annan
2
(sora): alannan sora, gələnnən sora və s.
-dıxdan, -dihdən, -duxdan, -dühdən (sora) (qərb şivələri); 
-dıxdan sora (Təb., Ord., Qb., Zaq., Ş.): aldıxdan sora, gəldihdən 
sora və s.


242
243
boylum, peydər ”həmişə”, nişil, bıldır, əzəldənnən (Qaz.) və s.
Nümunələr:-İnnən belə həməvax gələjəm (Ks.);-Dünənnəri 
gəlmişdi (Dər.);-Əğəldən Pir Şəfi kişi olıb (B.);-Öyralı didilər ki, 
isdansı işdi:r (Ş.);-Zol kətdə olmışam (Bs.);-Yengidə yaxşi taxılı-
mız oləcəy (L.);-Onun qaydasıdı, adamın dalın- nan peydər qıy-
vat qırar (Br.) və s.
Yer zərfləri 
Şivələrdə yer zərfləri ədəbi dil formasından yalnız fone-
tik cəhətdən fərqlənir. Şivələrdə spesifik zərflərə nadir hallarda 
rast gəlinir: bırda, orda, uxarı, aşağa, yəxində (B.), başşağı, ba-
şuxarı, anrıda, horda (Ş.), yoxun, uzağ, bəri, içəri, geri (Muğ.), 
irax, yoxun, bəri (Təb.), uxarı, tişqarı, eşix, aşağı (Qaz.), yavıx 
”yaxın”, qənşər, iləri (Qb.), qəyşər, irax, gennən, a:rı-bəri, ara-
bəsər, dəngül-dəngül” orada-burada”( Göy., Zər.) və s.
Nümunələr:-Alçanı dənniyibən qutara bilmədim, gənə dən-
gül-dəngül qalıf (Ağd.);--Bizim kət çox uzaxda dəyil, yavixdadı 
(Qb.);- Ordoydu, bir az uxarı bax, taparsan (Qaz.);-İrax getdilə, 
fikir eli:rəm bı tezlıxda gəlip çıxmazla (Təb.);-Anrıda çay var un-
nan anrı bizim yerdi ( Ş.) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin