Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə138/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   134   135   136   137   138   139   140   141   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Köməkçi nitq hissələri
Qoşma 
Şivələr qoşmalarla zəngindir. Qoşmaların əsas hissəsi ədəbi 
dillə adekvat olsa da fonetik cəhətdən fərqlənir. Bununla yana-
şı, şivələrdəki spesifik qoşmalar ədəbi dil forması ilə sinonimlik 
əmələ gətirir. Azərbaycan dialektologiyasında qoşmalar semanti-
kasına və ismin hallarına görə təsnif edilmişdir.Ədəbi dillə müqa-
yisədə qoşmalar iki qrupa bölünür: 
1) ədəbi dildən fonetik cəhətdən fərqlənənlər: ötrü-ötür, ötrün, 
ötəri, ötərin (Nax.), örki, örti, ötüri, örtə (Göy., Zər., Ağd., Muğ.), 
ötrün, ötərnə (Ş.), ötru (L.); üçün-üçin, içün, için, yiçin, çun,çün, 
çu, çü, içü, iyçü, çin, içi (Dər.), çun, çün (B.), çın, çin, çun, çün 
(Qaz.); savayı,safay, savay, safayı, safayın, səvayi (Nax.), suvay, 
sıvay, sivayi, sıfay (Yar.), savayı, suvayı (Göy.), savayi, sahva-
yi (Ş.), savıya, sava- yım (Qaz.,Tov.), sovayi (Dər.), sufay, sufayi 
(L.) və s.
2) spesifik qoşmalar: həngi ”kimi” (K., Ağd.), tana, tan ”qədər, 
dək” (Nax., K., Qaz., Ş.), ögə ”başqa” tənni, damağ ” kimi”, art-
da” sonra”, sayrı “başqa” (Dər.), can ” kimi” (B.), binəm” görə” 
(Br.), çalı~ çalıx” qədər”, əfzəl” əvvəl”, bi- yana ”bəri”, tənqat 
”kimi” (Ağd., Zər.,Göy.), əzələ ”əvvəl” (Nax.), alahi ”başqa” (B., 
Şam., Mər., Muğ.), məsava “savayı”, qeyrəz “başqa” (Qaz.), əfsəl 
“başqa”, dərdinnən “ötrü” (Cəb.) və s. Nümunələr:-Uşağdan ala-
hi üydə adam yuxdu (Qb.);-Orda bir arvat var, sənə tənqat arvatdı 
(Göy.);-Sə:n həngi fikirləşseydim, heş bura gəməzzim (Ağd.);-O-
nıncan danışa bilmirəm (B.);- Munnan sayrı heş nəyim yoxdu 
(Dər.);- Puldan, taxıl- dan məsava yağ, peynir də alerıx (Qaz.);- 


246
247
2)spesifik modal sözlər bir və ya bir neçə şivədə yayılmış-
dır; məs.: hanna, hınqa “bəli”, tapar “görünür”, fərəzə (Ş., Qaz.), 
ömrəsürə ”əsla, qətiyyən” (Sal.), incəfara “xoşbəxtlikdən”( əksər 
şivə.), vaynəçəri “heç olmasa” (Zən., Kəl.), lamhala, la- mah-
lama” heç olmasa” ( G., Cəl.), ga:var ”deyəsən” (B., Qb, S., 
Cəl.), boylum, boyul “deməli” (Qaz., Gəd., Nax.), illah, illahım 
“xüsusən, xüsusilə” (Nax., Zən., Cəl., Cəb.), qətimut “qətiyyən” 
(Cəb.) və s.Nümunələr:-Hanna savax qadam gəliy;-Tapar, işdən 
gəlmiyifdi hələ;- Büyün gidir, fərəzə, sabax qəyidər;- Bizzərdə, 
ömrə- sürə, dəvə olmi:bdi;-İncəfara, Əhməd ordeydi, yoxsa it 
bizi yə:ceydi;- Pambıx su- yuna getmirsən, vaynəçəri, ayrı işə 
get;-Lamahlama, iki yüz qram da vermey;-Əli, ga:var, kəndə ge-
dib;-Onnan so:ra, boylum, dərzinin nobatıdı;- O çox danışandı, 
il- lahım da, Həsən (Ş., S., Cəb., Zən., Cəl., B., Nax.);- Ay toba, 
o:n qətimut bı işdən xəbəri yoxdu (Cəb.) və s.
Nida 
Şivələrdə nidalar geniş yayılmışdır. Ədəbi dildəki nidaların 
əksəriyyəti şivələrdə müxtəlif variantlarda işlənməkdədir. Bun-
larla yanaşı, spesifik nidalara da məhdud dairədə rast gəlinir
məs.: həvik ( Cul.), le: (S.), arə ( Dər.), nət, binət, bü- nət, minə 
(Zər.), boy (Dm.), piya/ piyo “bəh- bəh”, həyx “razılıq” ( Qaz.) 
və s.
Nümunələr:-Binət, nə görəcəxli günümüz var;-Nət, mən sa:
helə dedim:-Arə, ato- vu adi nədi?;- Qasımı maşın basdı-Le?;-Hə-
vik, o taxda, yaxçı şeydi (Göy., Zər., Dər., S., Cul.);- Boy, elə iş 
olmas! (Dm.) və s. 
dialektologiyasında ədatlar linqvistik baxımdan tam araşdırılma-
mış, bəzi dialektoloji tədqiqatlarda ümumi məlumat verilmişdir. 
Ədəbi dildəki ədatların əksəriyyəti şivələrdə fonetik cəhətdən 
fərqli variantlarda sabitləşmişdir. Bunlardan başqa, ayrı-ayrı şi-
vələrdə spesifik ədatlar da işləklik qazanmışdır. Şivələrdə ədatlar 
iki qrupa bölünür:
1)ədəbi dil formasından fonetik cəhətdən fərqlənənlər: dahı, 
laf /saf, məyə, yanı,bəyəm, dayı, pəs, əxi, keş, keşgə, keşgəm, 
bəgə, bəgəm, bəyəm, yap, dahi və s.
2)spesifik ədatlar ayrı-ayrı şivələrdə yayılmışdır: azı, azılı 
”heç”, bı, bi, bu, bü ”mı” cılız ”lap”, qa ” mı”, şırp , xud ”lap”, 
yaman ( Ks.), qarı, ğarı, dağı (Dər.) ca:z, cə:z ( Göy.), illap, il-
laf (Zən., B.Qk.), cılız ”lap” ( Br.,Tov., K.), dana, dayna, dahna, 
dənə (əksər şivə.), hint- mint “lap” (Qaz.) və s. 
Nümunələr:- Murğusdan azı çən əysiy olmur;- Hər afdoya ot 
gətmə: onca manat verdişqa?;- Gid qarı, onu çağır;- Bilitdi dağı 
gədə olanı- Sən məni illap dəng elədin;-Vəli davışdıxcan cılız 
hirslənirdi (K., Dər., Zən., Tov.);- Oğlu Sultanın hint- mint özüdü 
(Qaz.) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin