Kəmiyyət zərfləri
Şivələrdə kəmiyyət zərfləri az sayda məhdud arealda yayıl-
mışdır: nanca, az-küş, xeylax, accə ( Ş.), oğarta, biro:r, bitgə,
birez (B.), hoğarta, çux (Dər.), barham- bar “çox”, azırınqı, dın-
najıx, accana (K.), dınnajıx, accana, birə:ləm (Qaz.), birhavır
~birsamat ”bir qədər”, ərəsət~lığlama ”çoxlu” (Qb.), birhəmbir
” tamamilə” (Ağs.), naxantana (Qar.) və s.
Nümunələr: -Ə, möşöyləri birhəmbir dolduruf harya aparer-
san (Ağs.);-Dınna- jıx yemişdim, gəldi ki, bəsdi (Br.);- Barham-
bar yığmışam armıtdan turşu qaynassanıza ( K.); -Hoğarta sən
yazmısa (Dər.) ;-O, bitgə yidi (B.); -Bir az-küş olurdı əvvəl qar-
toflu, sora olmadı; -Nancə didim xeyri olmadı ( Ş.) və s.
Ədəbi dildə işlənən bəzi zərflər ayrı-ayrı şivələrin tələf-
füz şəklinə uyğunlaşaraq müxtəlif formalarla fəaliyyət göstərir;
məs.: sonra (ədəbi dil)- sora ( əksər şivə.), sohrə (L.), soram,
forma cəhətdən fərqlənən səciyyəvi zərflər; məs.: ifcin”səliqə
ilə”, mağıl” yaxşı”, bruz” uzaq”, peydər “həmişə”, anarı ” bəri”(
Qaz., Tov., Br.), qərəm ”həmişə” , xuduru” boş”, boylum “sonra”
( Nax.), usuli ” yavaş”, gallah” başlı-başına”, siləvər ”başdan-
başa”, sokki “sonra” (B.), art ”sonra”, açağ ”səhərçağı”, ög ”qa-
baq”, ögə ”əvvəl” (Dər.) və s.
Dialektlərdə zərfin mənaca tərzi-hərəkət, zaman, yer, kəmiy-
yət olmaqla dörd növü vardır. Bunlar şivələrdə qeyri-bərabər kə-
miyyətdə yayılmışdır.
Tərzi-hərəkət zərfləri
Tərzi- hərəkət zərfləri şivələrdə geniş yayılmışdır. Ədəbi dillə
ortaq zərflərin əksəriyyəti fonetik cəhətdən fərqli tərkibə malik-
dir; məs.: kir-kirimiş ” sakitcə”, teyim-teyim ”tez-tez”, yübürə-yü-
bürə, qaçarağı ( Ş.), əsim-əsim, sayana ” yaxşı”, əyax ”piyada”,
hənəx-hənəx ” az-az”, hərrəmə, birənti ( Qaz., Br.), mərmər ”par-
par ” vərbərvər ”tez-tez”, bata-batda, naxoş-naxoş (Nax.), düz,
əgri, güzəl, asda-asda, yelli, kahal ” ləng”, yanpörti, lafdan ” qəf-
lətən”, səllimi ”sahibsiz”, tələmtəhdili “tələsik”, cireynən ”nor-
ma ilə”, dirit-dirit ”hissə-hissə”, vəhlə-vəhlə ” topa-topa”, qolay
(Qb.), yaxçı, aram ” sakit”, bala-bala ” yavaş-yavaş”, çin-çin,
bağ-bağ (Təb.) və s.
Nümunələr: -Ha soruşurux dimmir, kir-kirimiş durur ( Ş.);-Sə-
nin irahat sayana yaşamağın mə:m üçün xoşdu (Qaz.);-Mən
köhnədən arıçı olmuşam, gedib vərbərvər göstəriş verərdim
(Cul.);-Geçiləri səllimi bıraxdılar dəriyə (Qb.) və s.
Dostları ilə paylaş: |