Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə134/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   130   131   132   133   134   135   136   137   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Vacib şəkli 
Vacib şəkli şivələrdə az işlənən şəkillərdəndir. Şivələrdə bu 
şəkil - malı,- məli forması ilə ifadə olunur; məs.: suamalıyam, su-
amalıyıx, almalıdılar (Qaz.), tapmalı, düzməli (Təb.), getməliyəm, 
getməliyux, qurmalsan, qurmalsıŋız, qurmaldılar (Ş.), almaliyəm, 
gidməlisən, gidməlidi (Qb.), görməliyəm, görməlisən, görməlidi, 
görməliyig (Muğ.) və s. İraq- türkman ləhcəsində vacib şəklinin 
şəxs şəkilçisiz işlənməsi də qeydə alınmışdır; məs.:- Ya bu dərdi 
çəkməli, ya bu köydən köçməli (59a, s.218).


240
241
Məsdər 
Qazax, Qarabağ, Gəncə, Naxçıvan, İrəvan şivələrində məsdər 
şəkilçisi -max′ -məx′, Bakı, Şamaxı, Qobustan, İsmayıllı, Muğan 
şivələrində-mağ, -məg. Bakı şivə- sində -meg, Quba şivəsində 
mağ, Təbriz, Ordubad, Qax, Şəki, Zaqatala şivələrində -max 
şəklində işlənir; məs.: almax, işdəməx′, oxımağ, işdəməg və s. 
Sonu 
p samiti ilə bitən feillərdə məsdər şəkilçisi –bax/pax, -bəx`/
pəx`şəklində yayılmışdır; məs.: tapbax, səpbəx`(Şr.), yapbax, 
köpbəx`(Am.), yappax, təppəx`(B.Qk.) və s.
Əsasən cənub ləhcəsində, qismən də Bakı, Qazax (Köçəsgər 
kənd), Dərbənd (Cimikənd) və Lerik şivələrində -max,- məx`məs-
dər şəkilçisindən sonra –lıx,-lix` leksik şəkilçisi işlənir; məs.:oxu-
maxlıx, yazmaxlıx (Təb.), pişməx`lix`, suvar- maxlıx (Şr.), iş-
məx`lix`, utanmaxlıx (Şah.), baxmaxlıx, cəmləməx`lix`(Qaz.), 
almağlığ/ al- meglik, oxımağlığ/ oxımeglig (B.), güləmegligim, 
əsirmeglig “sərxoşluq etmək” (Dər.), ağləməğliğ, gülməğlığ, get-
məgligin (L.) və s.
Zərf
Zərf spesifik leksik- qrammartik xüsusiyyətlərə malik əsas 
nitq hissəsidir. İndiyə qədər zərflər dialektoloji baxımdam ayrıca 
araşdırılmamış, tədqiqatlarda və dərs vəsaitlərində əsas nitq hissə-
si kimi ondan ümumi şəkildə bəhs olunmuşdur. Bu- nun da səbəbi 
ədəbi dildə və şivələrdə eyni qrammatik xüsusiyyətlərin fəaliyyət 
göstərməsidir. Şivələrdə zərflər ədəbi dildən yalnız lüğət tərkibinə 
görə fərqlənir. Buna görə də dialekt leksikasında zərflər üç qrupa 
bölünür: 1) məna və formaca ədəbi dillə eyniyyət təşkil edənlər: 
tez, indi, birdən, hərdən, yanakı, çəpəki, dünən, aşağı, irəli, az, 
çox və s. 2) mənaca eyni, amma ayrı-ayrı şivələrdə müxtəlif fone-
tik formalarda işlənənlər; uxarı, biyax, həmməşə, xeylağ (Muğ.), 
əxşəm, hindi, büldür, sabax (Nax.), biyağ, bərkə, bərkəm, dayi, 
əxşəm (B.), çux, yaxşi, bərq, surə, saba (Dər.) və s. 3) məna və 
-iban
4
şəkilçisi ilə əmələ gələn feli bağlamalar XI yüzildən 
XX yüzilin əvvəllərinədək ədəbi dilimizdə işlənmişdir. Quba şi-
vəsində bu şəkilçinin cəm şəkilçisi qəbul etmiş -ibannarı
4
forma-
sına da rast gəlinir; məs.: qışqırabannarı, gidibənnəri.
-ı,-i,-u,-ü (Təb.): Ginə buları aparı təfil veri;- Gedi qapıların 
döyi, oğla:n nənəsi gəli və s.
-alı
2
. Bu şəkilçi qərb ləhcəsində -alı
2
, şimal-şərq ləhcəsində 
-anı
2
şəklində işlənir;məs.: olalı, gələli (qərb), alanı, oxuyanı (şi-
mal-şərq), axanı, biləni (Ab.) və s.
-inca
4
(əksər şivələr), -incan, -incən (şimal-şərq şivələri), -in-
cax
4
(qərb şivələri): alıncan, görüncən, alınca, qurunca, alıncax, 
quruncax və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin