244
245
Hələ onnan əfsəl hələ sᾶ: söz də:jiydim;-Sə:n
dərdinnən qalmışıx
sərgərdan (Cəb.) və s.
Bağlayıcılar
Bağlayıcılar sözlər və cümlələr arasında tabelilik və tabesizlik
münasibətləri yaradan köməkçi nitq hissəsidir. Şivələrdə qoşma-
larla müqayisədə bağlayıcılar zəif mövqeyə malikdir. Qoşmaların
müəyyən məna çalarları ifadə etməsi, aid olduğu sözlə birlikdə
cümlə üzvü olması onun cümlədə yerini möhkəmləndirir. Dialek-
tdə ünsiyyət əsasən sadə cümlələr üzərində qurulur, buna görə də
bağlayıcıların işlənməsinə ehtiyac qalmır, nəticədə buraxılır. Ək-
sər hallarda bağlayıcıların funksiyasını intonasiya yerinə yetirir.
Bütün bunlara baxmayaraq, ədəbi dildəki bağlayıcıların əksəriy-
yəti şivələrdə fonetik fərqlənmələrlə işlənməkdədir:
amma~ ama,
əmma ( B.),
aman (Dər.),
əmə, əmbə (Br., Qaz., Nax.),
amman (
Qb.),
amba, hama (Ş.),
hamma, hamba (Muğ., Göy.);
ki~ kı, ki,
ku, kü, kın, kin, kun, kün (Nax., Qaz.),
kına, kinə, kuna, künə,
kını, kini, kunu, künü (K.),
xı, xu (İm.); əgər~əgən,
egən, əgənə
(Dər.), əyəm, begəm, begə (B.), ə:m, ə:r (Qaz.), əgənə (Qb., Ab.),
eyəm ki, əyəm ki, əyəmnəri (Ş.), əyər, həyə (Nax.) və s.
Quba, Şəki, Dərbənd, Tabasaran, Şamaxı, Balakən, Qax, İmiş-
li şivələrində
ya, nə bağlayıcıları ədəbi dildəki mənasından əlavə,
bir-birinin funksiyasını da yerinə yetirir; məs.:-
Nə isdər gidər,
nə
isdər qalar(Qb.);-
Ya ləzgi dögü,
ya burdan dögü (Dər.) və s.
Şivələrdəki spesifik bağlayıcılara ədəbi dildə rast gəlinmir.
Bunlar ədəbi dildəki bağlayıcılarla sinonimlik təşkil edir: məs.:
ara ”gah, gah da”(K.,Qb),
hay “ya, gah”(Dər.),
hakəzə ”həmçi-
nin” (L.),
gəl ki ”amma, ancaq” (Zən., Cəb.) və s. Nümunələr:-
Ara tütün yığıram,
ara taxıram;- Qapı-qapı gəzdirədilər
hay
yumurta,
hay şekər verədilər;-Yaxşı barama verdix,
gəl ki sortu
aşağı oldu;- Hammımız yığışduğ getduğ, Kiçxanım də
hakəzə
(K., Dər., Cəb., L.) və s.
Ədat
Şivələrdə də ədatların əsas vəzifəsi
sözlərin və cümlələ-
rin mənasını qüvvətləndirməkdir. İndiyə
qədər Azərbaycan
soralarım, su:ra (Qb.),
sonra (Qaz.),
soura (B.),
soramnarım
(Ş.),
soyra (Cul.) və s. Şivələrdə ədəbi dildəki zərflərin müxtəlif
dialektizmlərlə ifadə olunmasına rast gəlinir; məs:
həmişə ( ədəbi
dil)
sürüzə (Ağs.),
qərəm (Ord.),
ilmidama ~ilmizam ( Göy., Qb.),
peydər (Br.,Yar.),
həməvax (K.),
zol (Bs.),
müdam (Ş.).
Dostları ilə paylaş: