Feili bağlamalar
Şivələrdə feili bağlama şəkilçiləri geniş yayılmışdır. Bu şə-
kilçilərin bir hissəsi ədəbi dillə eyniyət təşkil etsə də, digər qismi
yalnız ayrı- ayrı şivələrdə yayılmışdır. Bəzi şivələrdə feili bağ-
lama məqamında şəxsli feillər işlənir; məs.:- Züleyxa bını götdü
getdi;- Yol bırıynan aşır gedir (B.Qk.);- Baxır görür, ilan dırma-
şır ağaca (Cəb.) və s.
Şivələrdə tez-tez işlənən feili bağlama şəkilçiləri bunlardır:
-ıb
4
(əks. şivə.): alıb, gəlib, qurub, görüb və s.
-ip
4
(Zaq., Q., İr.): alıp, gəlip, qurup, görüp və s.
-if
4
(qərb ləhcəsi, Zaq., Q., Ş.): alıf, gəlif, quruf, işdiyif və s.
-ifdan
4
(Tov.,Ağs.): aparıfdan, oxuyufdan və s.
-iban
4
(Qb., Şam., Qob., İs., Zaq., Q., Qar.): alıban, gəlibən və s.
-ibani, -übəni (Qb.). -ibanı
4
(Zaq., Q.)- ıbanı,-ibəni (İs.): alı-
banı, gəlibəni və s.
Şəki, Zəngilan və Cəbrayılın bəzi kənd şivələrində -sı
4
şəkilçi-
sinə təsadüf edilir; məs.: çıxsıydım, gessiydin, oxusuydux, üzsüy-
dünüz (Ş.), alsıydım, gessiydim, tussuydum, görsüydüm (Zən.),
alsıydım, gəlsiydim, dursuydum (Cəb.) və s.
Qazaxın Əli Bayramlı kənd şivəsində şəxs şəkilçisi iki dəfə
işlənir; məs.: alsam idim, bilsən idin və s. Bu xüsusiyyət Qaraqal-
paq, türkmən və yeni uyğur dilində də mövcuddur.
Şərt şəklinin rəvayəti imiş ( -ymış,-ymiş,-ymuş,- ymüş) kömək-
çi feilinin vasi- təsilə əmələ gəlir; məs.: baxseymışam, gətirsey-
mişəm, qursoymuşux (Qaz.) və s.
Lazım şəkli
Lazım şəkli şivələrdə az işlənən şəkillərdən biridir. Bu şəklə
daha çox qərb ləhcəsində, şimal-qərb, Göyçay, Ağdaş, İsmayıllı
və Cəbrayıl şivələrində rast gəlinir.
Şimal-şərq (İsmayıllı şivəsi istisna olmaqla) və cənub ləhcələ-
rində lazım şəkli, demək olar ki, işlənmir. İşin icrasının lazımlılı-
ğı həmin şivələrdə gələcək zamanla ifadə olunur. Şivələrdə lazım
şəklinin şəkli əlaməti -ası
2
(-yası
2
) şəkilçisidir. Bu şəkilçi Şəki
şivəsində –as
2
(-yas
2
) şəklində yayılmışdır; məs.: baxasıyam, otu-
rasısan (Qaz.), alassınız, sürüyəssüz (Ş.). Lazım şəklinin mürək-
kəbi idi, imiş köməkçi feillərinin vasitəsilə əmələ gəlir; məs.:
oxuyasıydıx, köçəsiydix (Qaz.), vurasiydim, gələsiydux, gələsiy-
duz (Ş.), baxasıydın, içəsiydüz (İs.), çalasıymışam, görəsiymişix′
(Qaz.), alasıymışşaŋ, gələsiymişşiŋiz (Tov.) və s.
Dostları ilə paylaş: |