– ay, Zəngilan (Göyəli kənd şivə-
si) şivəsində isə -
ey forması işlənir; məs.: alayəm, duray, baxay
(U.), sateyam, toxuyeysan, sateyıx, toxuyeysı:z (Zən.) və s.
Ərdəbil, ayrım və Ordubadın Kilid kənd şivəsində şəkilçiyə
həm –ey
, həm də –eyr formasında rast gəlinmişdir; məs.: aley-
ram, gedeyrik (Ərd.), gedeyrəm, gedey- rex` (Ay.) və s.
-iy şəkilçisi Şəki, Zaqatala. Qax, Ordubad, Zəngilan (Bartaz,
Şotarız və Ağbis kənd şivələri) və Cənubi Azəraycan şivələrinin
xarakterik xüsusiyyətidir. Ordubadın bəzi kənd şivələrində iki va-
riantda (-ıy, -iy), Zaqatala, Qax və Zəngilan şivələrində dörd va-
riantda (-ıy
4
), Şəki və Cənubi Azərbaycan şivələrində bir variant-
da (-iy) özünü göstərir; məs.: yazıyam, biçiyəm, işdiysən (Zən.),
aliyəm, yazıyam, görüy (Ş.), əkiy, gediy, oliy (Təb.) və s.
-ı
4
. İndiki zamanın ən qədim şəkli, formaca feili bağlama, la-
kin indiki zaman vəzifəsində işlənən bu şəkilçiyə Bakı, Şamaxı,
Göygöl, Göyçay, Cəbrayl, Tovuz, Lənkəran, Təbriz və Urmiya
şivələrində rast gəlinmişdir; məs.: olı, gəlü, alu, bili.
Bu şəkilçi şivələrdə II və III şəxslərdə müşahidə olunur. -ı
4
şə-
kilçisinin mənşəyini alimlər müxtəlif şəkildə izah edirlər. M.Şirə-
liyev, R.Rüstəmov, E.Əzizov bu şəkilçini tarixən mövcud olmuş
feili bağlama şəkilçisi ilə əlaqələndirir, M.Rəhi- mov, H.Mirzə-
zadə isə –ır
4
şəkilçisinin -r ünsürü düşmüş variantı hesab edirlər.
Bunlardan başqa, Dərbənd, Quba, Qax və Bakı (Hökməli,
Qobu, Güzdək kənd şivələri) şivələrində indiki zamanın anali-
tik formasına da (ala var, ala yux, ala döğü) təsadüf edilir. Quba
şivəsində ala var, almıya var, ala yux, Bakının bəzi kənd şivə-
lərində ala dögü, Qax şivələrində isə ala varkan şəklində işlən-
məkdədir. Dərbənd şivəsində ala var, diyə var forması ilə yanaşı,
bütün şəxslərdə ol köməkçi feilinin vasitəsilə əmələ gələn tapa
ula, gidə ula, verə ula, baxa ula forması da işləkdir.
232
233
Ağdaş və Culfa şivələrində qəti gələcək zamanın –at,-ət
forması ilə ifadəsinə rast gəlinmişdir. Bu forma Ağdaş şivəsində
üçüncü şəxsdə, Culfa şivəsində ikinci şəxs cəmdə yayılmışdır;
məs.: oxuyatsız, gələtsiz, görətsiz ( 47a,s.136; 97, s.269).
Üçüncü şəxsdə - eceg,-aceg,- eceg (B,), -acağ,-əcağ,-aceg,
-əceg (D.), -acağ/ acax,-əcək/ əcəg,-cax,-cəg (Muğ.), -acağ,-əcağ
(Qb.), - acax,- əcax,-əcəx`(Nax.), - acax,- əcax (Təb.), -ajax,-ə-
jex`,-ojax,-öjəx`(qərb), - ıcax,- icax,-cax (Ş.) şəklində yayılmış-
dır; məs.: alaceg, diyaneceg, gedeceglər (B.), gidəcağ, vuracağ,
gürmiyacağ (Qb.), alacax,/alacex`,gələcax/ gələcəx`, gözdüyəcək
(Nax.), baxajax, biləjəx`, usdı- yajax, diyəjəx`lər (qərb), donacax,
tutacax, girəcaxla (Təb.), alıcaxdı/ alcaxdı, gəlcaxdı, qoriycaxdı
(Ş.) və s.
Şəki (Qoxmuq və Kiş kənd şivələri) şivəsində üçüncü şəxs-
də qəti gələcək zaman şəkilçisi -ıcat,- icat,- ucat,- ücat,- cat şək-
lində işlənir; məs.: yazıcatdı, işdiy- catdı, qurucatdı, üfürcatdı (
61,s.127).
Cəbrayılın Sirik kənd şivəsində qəti gələcək zaman şəkilçisi
fərqli şəkildə yayılmışdır. Həmin şivədə hər üç şəxsdə zaman şə-
kilçisi - ažıy,- əž iy,- yaž ,- yəž şək- lində işlənir; məs .: alažıyam,
alassᾶ , alaž ax, cələž iyəm, cələssə, cələžəx` (45, s.181).
Dostları ilə paylaş: |