Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə108/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   104   105   106   107   108   109   110   111   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-sız
4
. Bu şəkilçi Azərbaycan dili şivələrində eyni kəmiyyətdə 
yayılmamışdır. Şəkilçinin kəmiyyətinə görə, şivələrimiz arasında 
fərq vardır. Qazax, Zəngilan, Mingəçevir ətrafı şivələrində - sız 
şəkilçisi dörd variantlıdır; məs.: atasız, anasız, adamsız, dossuz 
(Q.), qocası:z, məllimsi:z, əkinçi- si:z, qorux- çusu:z, üzümçüsü:z 
(Zən.), qağası:z, əmisi:z, üzgüçüsü:z (Min.) və s.
-sız
2
Naxçıvan və Ağcabədi şivələrində bu şəkilçinin damaq 
variantı (-sız,-siz) üstünlük təşkil edir; məs.: bənnasız, qəbaxçısız, 


202
203
qaraçay-balkar, qırğız, özbək və Qaraqalpaq dillərində şəkilçinin 
tərkibində - z və - lar
2
şəkilçiləri paralel işlənir.
Üçüncü şəxs. Müasir Azərbaycan dilində və şivələrində üçün-
cü şəxs - dır şəkilçisi ilə ifadə olunur. Şivələrin əksəriyyətində - r 
səsinin düşməsi ilə dörvariantlı -  şəkilçisi işlənir; məs.: kosa-
lıdı, kəççidi, buzoyçudu, toyçudu örüx’çüdü (Tov.), arıcıdı, sim-
sardı “qohum”, kəççidi qoruxçudu, kümçüdü (Ş.), bənnadı, qə-
baxçıdı, dəmçidi, gəvdi “yeznə”, ciyəvdi “kürəkən”, xorumçudu 
“ot bağlayan adam”, günnüxdü “şapkanın qabaq hissəsi” (Nax.), 
malavandı, ciyəvəzdi “kəndirbaz”, şabaçidi “ağsaqqallıq edən qa-
dın”, urbanadı “əkilməyə yararlı ağac”, suluxdu “bulama”, örüş-
dü (Muğ.) və s.
-dı, - di. Şəkinin Baş Küngüd, Kiş, Qışlaq kənd şivələrində və 
İmişlinin Arazqırağı şivələrində şəkilçinin damaq variantı işlək-
dir; məs.: qaroldı, doxdurdı, öküzdi, göndi (Ş.), qorıxçıdı, babadı, 
üzimçidi, nənədi (İm.) və s.
-du, - dü. Bakı, Quba, Lənkəran və Muğanın bəzi şivələrində 
üçüncü şəxs şəkilçisinin dodaq variantı (-du, -dü) üstünlük təş-
kil edir; məs.: abqoradu, cilodu “atın cilovu”, həmşinədü “bacı”, 
meynədü, güzəmdü (B.), uşağdu, kəççidü, repicdü “keçi balası”, 
süzmədü, nelçüdü “nalbənd” (Qb.), tüəngdü, eltidü, küdridü “su 
çıxmayan yer”, bacıdu, barmaxçıldu (Muğ.) və s.
M.Kaşğari də - dır şəkilçisinin - - sız işlənməsini qeyd et-
mişdir; məs.: sub yılıdı “su ilidir” (MK, III c., s.97).
Üçüncü şəxsin təki ilə cəmi eyni şəkilçi ilə ifadə olunur. - dır 
şəkilçisi kəmiyyət bildirmir. Buna görə də kəmiyyətə görə uzlaş-
manı göstərmək üçün - lar şəkilçisindən istifadə olunur ki, bu da 
şivələrdə - lar şəkilçisinin tam formalaşmaması ilə bağlıdır.
-dılar
4
şəkilçisi Bakı, Dərbənd, Cəbrayıl və qərb qrupu şivələ-
rində məhdud dairədə işlənməkdədir; məs.: əfcidilər.., uşağdular, 
atadılar (Dər.).
-dıla
4
. - lar
2
şəkilçisinin r səsinin düşməsi nəticəsində yaran-
mış bu for- ması Təbriz (-dilə) və Zəngibasarın Sarvanlar kənd 
şivəsində (dıla
4
) geniş yayılmışdır; məs.:köçəridilə, damdardilə, 
Buna əsaslanaraq N.Hacıyeva - sız şəkilçisini qıpçaq dilləri üçün 
səciyyəvi hesab edir (136, s.182).
Göründüyü kimi, Azərbaycan dili şivələrində iki izoqloss (-sı-
nız, -sız) mövcuddur. Oğuz və qıpçaq tipli türk dillərində hər iki 
forma paralel yayılmışdır. Lakin hər ikisinin müasir arealı müxtə-
lif mərkəzdən yayıldığını göstərir. - sınız izoqlossunun innova-
siya mərkəzinin oğuz dilləri, - sız izoqlossu- nunkı isə qıpçaq 
dilləridir.
-sız
4
şəkilçisinin yaranması ilə əlaqədar türkologiyada iki fikir 
mövcuddur. Birincisi, - sınız şəkilçisinin n səsi düşmüş variantı, 
ikincisi isə qədim müstəqil şəxs şəkilçisi ilə bağlıdır. Birinci fikir 
tədqiqatçıların əksəriyyəti, digəri isə daha çox R.Rüstəmov tərə-
findən müdafiə olunur.
Türkoloqların əksəriyyəti ikinci şəxs cəm əvəzliyinin pratürk 
formasını siz (182, s.136-137), si:s şəklində bərpa edirlər (197, 
s.127). Yəni biz və siz əvəzlikləri simmetriya şəklində yaranmış-
dır. Siz əvəzliyinin tərkibi dəyişmə- dən şəkilçi mövqeyində iş-
lənmişdir. Lakin - siz ilə - sınız şəkilçisinin ixtisar -si:z variantını 
eyniləşdirmək olmaz. İkinci forma n səsinin düşməsilə iki saitin 
birləşərək uzun tələffüz olunması nəticəsində meydana çıxmışdır.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin