Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə107/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   103   104   105   106   107   108   109   110   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

sağız, - səğiz. Gədəbəy şivəsində ikinci şəxs cəm şəkilçisi-
nin ilk saiti açıq olan ğ ünsürlü variantı da işlənməkdədir; məs.: 
sığırçısağız, bavasağız, xasımsağız “həmyaş”, çərçisəğiz, özünə-
bəylərsəğiz.
n > ğ səsuyğunluğu türk dillərində geniş yayılmışdır. Bunun 
ən bariz nümunəsi ağac sözüdür. Türk dillərinin materialları ağac 
sözünün anaç şək- lində olmasını söyləməyə əsas verir (182, 
s.70). “Ağac” sözü Altay dilinin teleut dialektində anaş, tofalar 
dilində neş şəklində işlənir. n > ğ səsuyğunluğu şəkilçilərdə də 
təzahür etmişdir. Daha çox feilin şəxs şəkilçilərində özünü bü-
ruzə verir. Qədim - sinis//sinlar şəkilçisi qaraçay-balkar, qumuq, 
tatar və Altay dillərində siğiz>ğiz, sığar>ğar formalarında sabit-
ləşmişdir.
-suvuzV ünsürü ilə digər variantlardan seçilən bu formaya tə-
dqiq olunan şivələr arasında Ağcabədi şivəsində rast gəlinmişdir; 


200
201
naxırçısız, gəvsiz “yeznə”, mədədçisiz “köməkçi”, xorumçısız “ot 
bağlayan adam” (Nax.), günüsiz, çölçüsiz, suçusız (Ağc.) və s.
-suz,-süz. İkivariantlı dodaqlanan saitli - suz, - süz şəkilçisi 
Bakı, Muğan, Quba, Lənkəran, Dərbənd və Salyan şivələrinin sə-
ciyyəvi xüsusiyyəti sayılır; məs.: kətdisüz, tikməsüz “varis”, həm-
şirəsüz “bacı”, cursuz “dost” (B.), balig- çisuz (Lən.), uşağsuz, 
adaşsuz, giyovsuz “kürəkən”, günisüz, bədəlsüz “həmyaş” (Qb.), 
aşıqçısuz “çalğıçı”, dədəsuz, xəstəkarsuz “elçi”, ciyəvarsuz “kən- 
dirbaz”, adamsuz, müğrüğsuz “başçı”, eltisüz (Muğ.) və s.
-saz, - səz. Digər şivələrdən fərqli olaraq, Dəvəçinin Baş 
Əmirxanlı kənd şivəsində ikivariantlı, açıq saitli - saz, səz şəkilçisi 
işlənməkdədir; məs.: uşağ- saz, kişisaz, gəlinsəz. Buna qədim - 
saŋız
4
 şəkilçisinin ixtisar şəkli kimi də yanaşmaq olar. Lakin Nax-
çıvan, Ordubad və Şəkinin bəzi şivələrində velyar ŋ səsinin düş-
məsi ilə yaranmış qısa forma burunda tələffüz olunur (saz, -səz).
Azərbaycan dili şivələrinin bir qismində - sız
4
şəkilçisi birva-
riantlıdır. Şivələrin bir qismində damaq və digər qismində dodaq 
saitləri daha çox nəzərə çarpır. Məsələn, Təbriz, keçid və Şəkinin 
bəzi şivələrində - suz, Cəbrayılın Papı, Əfəndilər və Mirzəcanlı 
şivələrində - sız, Zaqatalanın Yuxarı Tala və Verxiyan şivələrində 
- siz, Cəlilabadın Cəngan şivəsində - süz forması apa- rıcı mövqe-
dədir; məs.: mə:limsuz, kömürçüsüz (Ş.), qonaxsuz, başmaxçısuz, 
yolçısuz, xəlvərçisuz, qəfəçisuz “çayçı” (Təb.), həkimsuz, naxırçı-
suz (Zər.), iççisız (Cəb.), uşaxsiz, adamsiz (Zaq.), əkinçisüz, xa-
lasüz (Cəl.). Bununla yanaşı, Şəki, Cəbrayıl, Zəngilan, Ağcabədi 
və Qarakilsənin bəzi kənd şivə- lərində birvariantlı - sız və ya 
suz formaları uzanaraq burunda tələffüz olunur; məs.: çobansuz, 
qulluqçusuz, arıçısız, həkimsiz (Ş.), pammıxçısız, dayısız, gəlinsız 
(Ağc.), iççisiz (Cəb.) və s.
Müşahidələrdən belə qənaət hasil olur ki, - sız izoqlossu şi-
vələrimizin şərq və cənub qruplarında, eləcə də keçid şivələrində 
sıx, qapışıq şivələr də isə seyrək şəkildə özünü göstərir.
Bu şəkilçi - sız, - siz, - sıs, - sis şəklində qazax, qaraçay-balkar, 
Qaraqalpaq, qumuq, karaim və noqay dillərində geniş yayılmışdır. 
(türk), suyek, yayak (qumuq), süjek, ziyak//zajak (qaraçay-bal-
kar), suvak, yayax (karaim), süjok, zanak (qazax) şəklindədir.
Bu xüsusiyyət şəkilçilərdə də təzahür etmişdir. Başqırd dilinin 
şimal-qərb dialektlərində - heqez,- zoğoz,-höqöz, tatar dilinin orta 
dialektlərində - sığız,-seqez, özbək dilində - yiz, Sibir (tyumen) 
tatarlarının dilində - ğuz// ğuş, qumuq, tatar, qaraçay-balkar dillə-
rində - ğiz formaları mövcuddur (135, s.97).
M.Şirəliyev n səsinin şəkilçilərin tərkibindəki təzahür formala-
rının mənşəyi məsələsinə toxunaraq, - ğ elementini, M.İsmayılov 
isə - v ünsürünü qıpçaq mənşəli hesab edirlər (192, s.14; 62, s.32).
Beləliklə, aydın olur ki, velyar ŋ səsinin arxaikləşməsi ilə 
müasir türk dillərində və onların şivələrində müxtəlif təzahür for-
maları meydana çıxmışdır. Oğuz tayfa dilləri üçün velyar ŋ səsi 
səciyyəvi olduğundan, q/ğ, y, v ün- sürləri digər tayfa dillərinə 
məxsus olmuşdur. İnkişaf prosesində 
n səsli forma türk ədəbi dil 
normasına, digər variantlar dialekt xüsusiyyətinə çevrilmişdir. 
Velyar ŋ səsli forma istisna olmaqla, digər variantların müasir 
türk ədəbi dillərində geniş dairədə işlənməməsini də tarixi dialekt 
faktının ədəbi dilə nüfuz edə bilməməsi ilə izah etmək olar.
Gədəbəy şivəsindəki ilk saiti açıq olan - sanız

şəkilçisi qapa-
lı formadan (-sınız
4
) qədimdir. İkinci şəxsin cəminin qrammatik 
forması sən//san əvəzliyinin üzərinə - kəmiyyət şəkilçisi əlavə 
etməklə düzəlməsi tədqiqatçılar tərəfindən artıq qəbul edilmişdir. 
Belə güman etmək olar ki, ilk əvvəllər ikinci şəxs cəm şəkilçisi - 
sanız, - səniz şəklində olmuş, sonralar ahəng qanununun tələbi ilə 
şəkilçinin ilk açıq saiti qapalılaşmışdır.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin