n ünsürünə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə
üstünlük verilmişdir. ğ səsinin yumşalması nəticəsində onun ye-
rində bəzi dialekt və şivələrdə y səsi meydana gəlmiş, bəzi dialekt
və şivələrdə də ğ səsi
v səsi ilə əvəzlənmişdir” (89, s.72).
Bu fikir T.Hacıyev, M.İslamov və E.Əzizov tərəfindən inkişaf
etdirilmişdir (45, s.9; 62, s.30-31; 40, s.93-95).
Ümumiyyətlə, qədim türk dilindəki ŋ səsinə müasir türk dillə-
rində y, v səsləri uyğun gəlir. Məsələn, qədim türk dilindəki sönük “sümük”, yanak sözləri bəzi müasir türk dillərində soyuk, yayak - sıŋız 4 izoqlossu şivələrin qərb qrupunda güclü digər şivələr-
də isə (Şəki, Zaqatala, Qax, Şərur və s.) özünü zəif şəkildə bürüzə
verir.
Bu şəkilçi müasir türk dilində, türkmən dilinin Manqışlaq şi-
vəsində, qazax dilinin türkmən dili ilə qonşu olan şivələrində, Ba-
rabin tatarlarının dilində də işlənir (160, s.222; 135, s.140; 151,
s.211).
Əsasən oğuz tipli türk dilləri üçün səciyyəvi olan - sıŋız, -
siŋiz şəkilçisinin qıpçaq tipli türk dillərində işlənməsi N.Z.Hacı-
yevaya görə, miqrasiya və əlaqələrlə bağlıdır (135, s.140).
- saŋız, - səŋiz şəkilçisi Gədəbəy və Daşkəsən bölgələrindəki
ayrım şivəsi üçün səciyyəvidir; məs.: bavasaŋız, anasaŋız, bal- dıssaŋız, nənəsəŋiz və s. - sıyız 4 . Qədim ŋ səsinin tarixi inkişafı nəticəsində yaranmış
ikinci şəxs cəmin y ünsürlü - sıyız şəkilçisi İrəvan, Zəngibasar və
Cəbrayıl (Daşkəsən və Süleymanlı) şivələri üçün xarakterikdir;
məs.: yaxşısıyız, kəççisiyiz (Cəb.), atasıyız (kişisi:z), əməsiyiz,
adamsuyuz, qonşuyuz, sütçüsuyuz (İr.), ləlix’siyiz, qo:msuyuz, uşaxsuyuz, üzümçüsüyüz (Zb.).