Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə102/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   98   99   100   101   102   103   104   105   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Birinci şəxsin təki. Azərbaycan dili şivələrində birinci şəxs 
təkdə iki şəxs izoqlossu mövcuddur. Bunlardan birincisi, - am(-
yam), - əm(-yəm) şəkil- çisidir. Bu izoqloss şivələrdə güclü şəkildə 
yayılmışdır; məs.: cayılam, baki- liyəm (B.), göyəm “kürəkənəm”, 
“kosalıyam, kəççiyəm (Qaz.), arıçıyam, irəş- bərəm (Ş.), uşağam, 


190
191
görə bir-birindən fərqlənir. Bu şəxsdə şəkilçi variantlarını kəmiy-
yətinə və saitlərin növünə görə qruplaşdırmaq daha məqsədəuy-
ğundur:
1. Dördvariantlı, qapalı saitli - ıx(yıx), - ik//ix (yix//yik), - ux(-
yux), - üx(-yüx//yük) (Nax.), -ıx(yıx), -ux(-yux), -ik//ix 
(yik//-yix), -ük//üx (-yük// yüx) (Ş.); - ıx(-yıx), - ix(-yix), 
-ux(-yux), -üx(-yüx), (Qaz.); -ıx(yıx), -ix//ik (-yix//-yik), 
-ux(-yux), -üx//ük (-yüx//yük) (İm.); ıx(-yıx), -ix(yix), 
-ux(-yux), -üx(-yüx) (Şəm.) şəkilçisi ilə ifadə olunanlar
məs.: bənnayıx, qəbaxçıyıx, dülgərıx, hodəyik “cütçüyük” 
(Nax.), arıçıyıx, kəççiyix, doxdurux, çölçüyüx’ (Ş.), sığı-
rıx “yetim”, şahıdıx, adamıx, özünəbəylərix’, buxoyçuyux, 
göyüx’ (Qaz.) uşağıx, nəniyix, qonuyux, “qonşu”, qomux, 
“qo:hum”, gözüx’ (Şəm.).
Şivələrin qərb qrupunda birinci şəxsin cəmində az hallarda, 
- ıyıx
4
şəkil- çisinə də təsadüf olunur; məs.: adamıyıx, uşağıyıx, 
incineriyix, duzuyux və s.
2. Üçvariantda, qapalı saitli (ig(-yig), -uğ(-yuğ), -üg(-yüg//yük) 
şəkilçisi- nə Dərbənd şivəsində rast gəlinir; məs.: insanig, 
adamuğ, çobanuğ, anayuğ, güzətçiyig və s.
3. Lənkəran, Salyan və İmişli şivələrində iki variantlı dodaqlanan 
saitli, Bakı, Şəki və Ağcabədi şivələrində həm damaq, həm 
dodaq saitli şəkilçilər işlənir: -ıx(-yıx), -ux(-yux) (Ş.); -ig//ik 
(-yıg//yik), -uğ(-yuğ) (B.); -uğ(-yuğ), - üg(-yük) (İm.); -uğ//-ux 
(-yüg//yux) - ük(-yük) (Ağc.); -uğ//-ux (-yuğ//yux), -üg(-yüg) 
(Lən.); -uğ(-yuğ), -ük(-yük) (Ş.) şəkilçisi ilə ifadə olunanlar; 
məs.: arıçıyıx, sığırçıyıx, əkinçiyıx, gümçüyüx, simsarux, dox-
durux (Ş.), tələbeg //tələbig, bakilig, cayıluğ//cayilig (B.), su-
çuyuğ/ /suçuyux, qardaşuğ //qarda- şux, çölçüyük, günüyük 
(Ağc.), aşığçıyuğ, arançıyuğ, obaçıyuğ, beçərənçiyük, börk-
çiyük (S.), qonağuğ, babayuğ, dədəyüg, nənəyüg (İm.), baliğ-
çiyuğ, uşağuğ, gəlinug, nənəyüg (Lən.) və s.
4. İkivariantlı açıq saitli - ax(-yax), -əx›(-yəx›) şəkilçisi Gə-
dəbəy, Daşkəsən, Çəmbərək və Karvansaray bölgələrindəki 
“olmaq” felinin wol//vol şəklin- də macar dilində işlənməsini
Y.İmrə, Əlinin “Yusif və Züleyxa” əsərində, Qızıl Orda dilində 
birinci şəxs təkdə şəxs şəkilçisinin - van//ven ilə ifadə olunması-
nı nəzərə alaraq, şəkilçisinin tarixi inkişafını belə göstərmişdir: 
bən>bın>wın>ın (150, s.11). A.N.Kononov da bu fikrin tərəfdarı 
olmuşdur. Onun fikrincə, müasir türk dilindəki - (u)ım şəxs şəkil-
çisi bən şəxs əvəzliyinin başlanğıc samitinin b>v>w>y istiqamə-
tində y səsinə çevrilməsi və ahəng qanununa uyğun olaraq -(u)ın
4
şəklində şəkilçiləşməsi nəticəsində yaranmışdır (160, s.222).
F.Cəlilov nə mənsubiyyət, nə də şəxs kateqoriyasında şəkil-
çilərin mən> im, sən>in dəyişmələri nəticəsində yaranmadığını 
qeyd edir: “Həmin şəkilçilər əvvəlcə mənsubiyyət kateqoriyasın-
da - ın, morfemindən törəmiş, sonralar isə analogiya ilə xəbərlik 
paradiqmasına daxil olmuşdur (30, s.254).
Birinci şəxsin təkinin ifadə vasitəsinin mənşəyi olan bən və 
mən şəxs əvəzliklərinin hansının ilkin olması barədə qəti fikir 
söyləmək çətindir. Çünki ən qədim türk yazılı abidələrində hər iki 
forma paralel işlənmişdir. Bən//mən əvəzliyinin sadələşməsi türk 
dillərində iki istiqamətdə, yəni ilkin və sonuncu samitin düşməsi 
nəticəsində baş vermişdir. Sonuncu “n” samitinin itməsi ilə qara-
çay-balkar dilində - ma, - mə şəklində sabitləşmişdir; məs.: Men 
malçıma “Mən malçıyam” (184, s.57). Türk dillərinin əksəriyyə-
tində bu əvəzlik başlanğıc “m” samitini itirməklə sadələşmişdir. 
Bunun bariz nümunəsi türkmən dilində qalmışdır; burada ədəbi 
dildə və şivələrin əksəriyyətində - dır
4
forma- sı, birinci şəxs tək-
də - dırın şəkilçisi işlənir (139, s.185). - dır
4
formasının dur//tur 
feilindən yaranmasını nəzərə alsaq, şəxs şəkilçisi də - ın
4
şəklində 
meydana çıxır.
Azərbaycan, Altay, qaqauz, krım-tatar, tatar, türk və şor dillə-
rindəki - am
2
, - ım
4
, - m formalarının türk dillərinin sonrakı inki-
şaf prosesində - in ünsüründən təşəkkül tapmasını söyləmək olar.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin