180
181
Komponentlər arası qrammatik - semantik əlaqələr tam forma-
laşdıqdan sonra miqdarı sayları əşyanın konkret miqdarını bildir-
miş,
-lar,-lər şəkilçisinin işlənməsinə ehtiyac qalmamışdır. Digər
tərəfdən də müəyyən miqdar sayları konkretlik, -
lar, - lər şəkil-
çisi qeyri-müəyyənlik semantikasına malikdir. Bunlar birləşmə-
nin tərkibində ziddiyyət təşkil edir. Azərbaycan dili şivələrində
isə qədim dövrlərdə olduğu kimi, bu qəbildən olan birləşmələrdə
qrammatik əlaqənin formalaşması tam başa çatmamış və həmin
xüsusiyyət ədəbi dil variantı ilə paralel işlənməkdədir. Bu xüsu-
siyyətin şivələrdə qalmasının bir səbəbi
də nümerativ sözlərlə
bağlıdır. Miqdar saylarından sonra gələn nümerativ sözlər bu xü-
susiyyətin fəaliyyət dairəsini məhdudlaşdırmışdır.
2) Azərbaycan dilində və onun şivələrində miqdar saylarından
sonra isimlər -
lar, - lər şəkilçisi qəbul edərək təqribilik, təxmini-
lik bildirir; məs.: -
Otuz yaşlarımda mən qaldım Tərbizdə təhcə
(Təb.); -
Beş günnərnən qaldığ orda ac-susuz (İs.); - Həsən kişi
atmış yaşlarında oa gedərdi (Ağd.). Bu
tipli ifadə tərzi birinci
tərəfdən təqribi sayların (30-40, 5-6, 60-70) ixtisarı nəticəsində
meydana çıxmışdır. Müəyyən miqdar sayları ilə -
lar,- lər şəkilçili
isimlərin birləşmə şəklində təqribilik bildirməsi türk, başqırd, öz-
bək və b. müasir türk dillərində də mövcuddur (197, s.91).
Hər iki tərəfi qeyri-müəyyən kəmiyyət bildirən komponentlər-
dən ibarət olan birləşmələr müasir şivələrdə və qədim abidələrdə
geniş yayılmışdır; məs.: - Munnan sonra
bir neçə haravaçılar gəl-
di (Mr.); - Fit dağında Missafa xan qalası çox
qannara şa:d olıb
(İs.); - Baş Göynüx’dən
bir neçə öyləri yandırdılar (Ş.); -
Beş-altı
adamnarı göndərdilər qız öyünə (Ağd.); - Gəlinnər çox
qabları
yüyüllər, pişirdikləri qəyqənağı lavaşın arasına qoyullar (Nax.).
Bu xüsusiyyət yazılı abidələrin dilində sabit şəkil almışdır;
məs.: - Əgər çox anın
oğlannarı var (Yusif və Züleyxa); - Ol
bir
neçə dilsizlərə töhmətdir bu (Xətai); -
Bir neçə qızlar ki ana yar idi
(Həqiri) - Dərgahında külbinə
çox
ilticalar eylərəm (Vaqif) və s.
Şivələrimizdə bu qəbildən olan birləşmələrdə komponentlər
arasında formal cəhətdən yerdəyişmə də baş verir: məs.: - Gəlin
ki, bunlar həmişə bir bölünməz kimi çıxış edir, həmişə yeddi və
qırxdır. Yəni nağıllardakı qırx quldurlardan sıradan çıxanları olur,
lakin onlar yenə də əvvəlki kimi adlanırlar (29, s.37).
Onu da
qeyd etmək lazımdır ki, bu xüsusiyyət folklor nümunələrinə xalq
danışıq dilinin ənənəvi forması kimi daxil olmuşdur. İlk növbə-
də, real varlıqların kəmiyyətini bildirmək üçün -
lar, - lər şəkilçi-
sindən istifadə olunmuşdur. Yeddi və qırx rəqəmləri xalqın mifik
təfəkkürünün məhsulu kimi meydana çıxmışdır.
Miqdar saylarından sonra isimlərin -
lar, - lər şəkilçisi qəbul
etməsi Altay dilləri, o cümlədən də
türk dilləri üçün səciyyəvi
deyildir. Bunun qədim abidələrdə mövcudluğunu H.Mirzəzadə
qrammatik səbəblərlə - birləşmənin tərəfləri arasında kəmiyyətə
görə uzlaşmanın sabitləşməməsi ilə əlaqələndirir: “Qədim və
orta əsrlərin yazı dilində bu qəbildən olan birləşmələrin tərəflə-
ri arasında kəmiyyətcə uzlaşma üçün formal əlamətin işlənməsi
hələ tələb olunur. İkinci tərəf birinci tərəfin çoxluq məzmununa
əsasən, bir qayda olaraq, -
lar, - lər şəkilçisi qəbul edir. Lakin
sonrakı dövrlərdə tərəflər arasın- dakı məntiqi əlaqənin möhkəm-
lənməsi nəticəsində formal əlamət zəifləyir və get-gedə sıradan
çıxır (75, s.250). N.K.Dmitriyev bunu sayılan əşyaların müxtəlif
kateqoriyalarla mənsub olması, hər birinin ayrılıqda fərd təşkil
etməsi ilə izah edir: “Türk müsəlman məişətində üç
aylar termi-
ni işlənir. Bu birləşmə üç fərdi müxtəlif müsəlman ayını bildirir:
şaban, məhərrəm və ramazan. Başqırdıstanın Salavat rayonunda
Dostları ilə paylaş: