- x//-ğ .Çoxluq bildirən qədim - q//-kşəkilçisinin fonetik
cəhətdən dəyişmiş əlamətidir. Azərbaycan dili şivələrində aşağı-
dakı sözlərin tərkibində qo- runub saxlanmışdır; məs.: buğarsax “buğa dəstəsi, işsizlər dəstəsi” (Qaz.), alışıx “ocağın gözünə qo-
yulan quru çör-çop, yonqar” (Ağ.,Qk.), turatax “xırda odunlar”
(Zər.,Ağd.,Cəb.) (ADDL,1964, s.33, 88, 388), günsük “günün
təsiri ilə xarab olan ağartılar” (54, s.53) qatığ (Zən.) - düyü xörə-
yinin xuruşu.
- x//-ğ(-q//-k) tarixən cütlük bildirən şəkilçi olmuş, müasir di-
limizdə birinci şəxs cəm şəxs şəkilçisi funksiyasını yerinə yetirir.
Azərbaycan dili şivələrində özünü - x//-ğ,-x//k//g şəklində büruzə
verir. Müasir türk dillərinin əksəriyyətində feilin əmr, xəbər, şərt,
vacib və arzu şəkillərinin birinci şəxs cəmində işlənir. Araşdır-
malarda bu şəkilçinin şəxs deyil, toplluq və cəmlik semantikası
diqqət önünə çəkilir. M.Şirəliyevə görə, bu şəkilçilərdə işlənən
-x, k ünsürü vaxtı ilə cəmliyi bildirən şəkilçilər olmuşdur. Cəm-
lik mənasında bu ünsürləri daşlıq, meşəlik isimlərində də görmək
mümkündür (89,s.162). A.N.Kononov şəkilçinin mənşəyi barədə
iki maraqlı mülahizə irəli sürür: 1) - q//-k şəkilçisinin mənşəyi
- kün/ /gün kəmiyyət şəkilçisi ilə əlaqələnir, o da öz növbəsin-
də qədim - kün “xalq” sözündən törəmişdir (160,s.223); 2) -q//-k şəkilçisi türk dillərinin materiallarına əsasən şəkilçinin parça-
lanması ilə n>n- ğ və ya birinci şəxs əvəzliyinin dəyişməsi ilə
desinlə xəlq lal oturmağa, Bu Nəbati tək bəxtəvər gərək (Nəba-
ti,s.49);- Ya molla, seyid,
qoydula viranə, a Molla, Baxmazla sə-
nin sinədə dürlü gühərin var (Sabir, s.99,103).
Bu şəkilçi özbək dilinin dialektlərində feillərdə, türk dilinin
dialektlərində həm isimlərdə, həm də feillərdə, qumuq dilində is-
min yiyəlik, yönlük və təsirlik hallarında, qaraçay- balkar dilində
isə ismin bütün hallarında qeydə alınmışdır (106,s.17; 145,s.10;
89,s.104; 146,s.65; 126,s.41,43). Türk alimi Z.Qorxmazın fikrin-
cə, Anadolu ağızlarında üçüncü şəxs cəmdə işlənən – la şəkilçisi
oğuzların kınıq boyuna xas olan xüsusiyyətdir (216,s.26).
-la,-lə şəkilçisi türkmən dilinin dialektlərində geniş işləkliyə
malikdir. Tekin, sarık, noxur və qeoklan dialektlərində cəm isim-
lərin yiyəlik halında işlənir; məs.: adamlan, kitaplan, quşlan, ko- çelen “küçələrin”. Yomud, qeoklen və noxur dialektlərində bu şə-
kilçinin- lэ,- lo,- lö variantlarına da rast gəlinmişdir; məs.: qэçilэ “keçilər”, qöllö “göllər”, ello “yollar” ( 123,s.20-21).