166
167
sonra gələn sözün arasında fasilə verilmə- məsi və yaxud fasilə-
nin əhəmiyyətli dərəcədə qısalması -
i formasının ixtisarına səbəb
olur (62, s.50).
Qədim yazılı abidələrdə mənsubiyyət şəkilçisindən sonra tə-
sirlik hal şəkilçisi bəzən işlənmiş, bəzən də işlənməmişdir. Mən-
subiyyət şəkilçisi müəyyənlik ifadə etdiyindən, ondan sonra hal
şəkilçisinin işlənməsinə ehtiyac hiss olunmamış, fikir tam şəkildə
bildirilmişdir. Tədricən cümlədə sözlər arasında idarə əlaqəsi tam
formalaşmış, bu xüsusiyyət
ədəbi dildə arxaikləşmiş, şivələrdə
isə bu proses davam etməkdədir.
Azərbaycan dili şivələrində qorunub saxlanılan qədim xüsusiy-
yətlərdən biri də birinci şəxs tək mənsubiyyət şəkilçisindən sonra
yiyəlik hal şəkilçisinin düşməsidir; məs.: -
Başım iyəsi olsaydı,
meni də saya salallar (Q.); -
Babam qənnadi tükani vardi Tərbizzə
(Təb.); -
Dişim ağrisinnən səhərcət yatməmişəm (L.) və s.
Buna qədim yazılı abidələrin və klassiklərimizin əsərlərində
tez-tez rast gəlmək mümkündür: -
Közüm yaşı sawrukur kudhı
akar… “gözümün yaşı sovrularaq aşağıya axar”;
ewim tusı “evi-
min qarşısı” (MK, II c., s.229; III c., s.126); - Mənim
köprüm
yanında bu qovğa nədir, niyə şivən edirsiz? - dedi [KDQ, s.78];
- Mənim
könlüm anlarə çox rəğbəti var (Şühədanamə);- Şahənşah
dedi: ey
canım parası (Dastani-Əhməd Hərami, s.38);-
Gözlərüm
gəmisi ləngər saldı qan dənizinə (Q.Bürhanəddin, s.52);- Gedəli
sən yıxıldı
könlüm evi (Kişvəri, s.310);-Bu
könlüm təxtinə sultan-
dır, ey dust (Xətai, s.61);-
Könlüm odu qıldı yanə-yanə (Füzuli, II
c., s.37).
Ağcabədi şivəsində birinci və ikinci şəxslərdə, üçüncü şəxs
cəmdə mənsubiyyət şəkilçisini qəbul etmiş isimlərin yiyəlik ha-
lında -
in əvəzinə -
uv, həm də -
u (yalnız I şəxsdə) şəkilçisi işlə-
nir; məs.:
bajımuv/ bajımu, xalamuv /xalamu,qolumuv/ /qolumu,
bajımızuv/ bajımızu, xalamızuv / xalamızu
, bajısınuv, xalasınuv,
qolunuv, qollarınuv, bajılarınuv (6, s.17).
Yiyəlik və mənsubiyyət
şəkilçilərinin tərkibində v ünsürü-
nün işlənməsi Azərbaycan dilinin bir sıra şivələri kimi, Ağcabədi
həmhüdud olan samitə yaxın qapalı saitlərə (daha çox ı, i saitlə-
rinə) çevrilir. İkincisi,
y samiti belə fonetik şəraitdə qapalı
i sai-
tinin funksiyasını öz üzərinə götürür. Yuxarıdakı nümunələrdə -
i
şəkilçisi işlənməsə də sözün təsirlik halda olduğu aydınlaşır.
Lerikin Hiledərə, Qosmalyan, Halabın və Qışlaq kənd şivələ-
rində mənsubiyyət şəkilçili isimlərin təsirlik halında -
y, -v, - iv
şəkilçisi səciyyəvilik təşkil edir; məs.:
kənduy//kənduv, qabiy//
qabiv, əğəciv
, qaşığiv və s. (27, s.63).
Təsirlik hal şəkilçisinin düşməsi birinci və ikinci şəxs mən-
subiyyət şəkilçilərini qəbul etmiş isimlərdə də müşahidə olunur;
məs.: - Qaradovoylar gəldilər
malım, pulum, davarım hər nəyim
vardısa hamısını taladılar; -
Yeməyin görmoyom,
içməyin gormo-
yom mən səndə nə üçün duroyum (Qk.).
Birinci şəxs mənsubiyyət şəkilçisindən sonra təsirlik halın
şəkilçisiz işlənməsinə yazılı
abidələrdə də təsadüf olunur; Qu-
ruluca
qopuzım götürün, ögün məni - dedi;…
qopuzım ələ alun,
məni ögün (KDQ, s.88);- Dəlindi ğüssədən bağrım, sən etmə ürə-
yim yarə; Çaxdı
sirrim aləmə, əsrarımı faş eylədi (Nəsimi, s.18,
42);-Saçın fikri
ayağım bağlar oldu, Maŋa guya dəlürmak çağlar
oldu (Kişvəri, s.339);-Yandırıb
canım, cahansuz etmə bərqi-ahi-
mi, Asiman, xurşidi-rəxşanın gərəkməzmi saŋa? (Füzuli, s.51);-
Dedi şimdi bu bəni bilir isə,Bir
içim su verməyə başım kəsə
(Y.Məddah, s.189);- Səbrilə
qərarım aldı, getdi, Nə səbr ki, varım
aldı, getdi (Xətai, s.80).
Ümumiyyətlə, qədim yazılı abidələrdə, müasir şivələrdə tə-
sirlik hal şəkilçisinin düşməsinə tez-tez rast gəlmək olur. H.Mir-
zəzadə bunu belə izah edir: “Belə bir xüsusiyyəti yalnız şeirlərin
dilində deyil, eyni zamanda nəsr əsərlərinin dilində də görmək
olar. Təsirlik halın şəkilçisiz işlənməsi sadəcə olaraq, vəznin xa-
tirinə deyil, əksinə qrammatik əlaqələrin formal cəhətdən hələ ta-
mamilə formalaşmamasından irəli gəlmişdir. Şübhəsiz, bu zəiflik
tarixi etibarilə daha qədim dövrlərin qalığı hesab edilə bilər (75,
s.82). M.İslamovun fikrincə, bu hadisə bilavasitə tələffüz tezliyi
ilə əlaqədar olaraq baş verir. Təsirlik halda olan əvəzliklə ondan