Azerbacan dialektologiyasi-2019. indd


Mənsubiyyət şəkilçili isimlərin hallanması



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə87/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   83   84   85   86   87   88   89   90   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Mənsubiyyət şəkilçili isimlərin hallanması
Azərbaycan dili şivələrində birinci şəxs mənsubiyyət şəkil-
çisi qəbul etmiş isimlər ədəbi dildə olduğu kimi hallanır; məs.: 
ərəbəm, ərəbəmün, ərəbəmə, ərəbəmi, ərəbəmdə, ərəbəmnən, 
ərəbəmizərəbəmizünərəbəmizəərəbəmiziərəbəmizdəərəbə-
mizdən //ərəbəmizzən (B.), bovam, bovamın, bovama, bovamı, 
bovamda, bovamnan, bovamız, bovamızın, bovamıza, bovamızı, 
bovamızza, bovamızdan (Ş.) və s.
“Kitabi-Dədə Qorqud”da bu tipli isimlərin hallanması eyni 
şəkildədir, fərqli xüsusiyyət müşahidə olunmur; məs.: - Mən qa-
raquc atıma binmədin ol binmiş ola!; … “qızımı aŋa verirəm” 
deyü vədə eləmişdi; - Həq təala atamın könlinə rəhmət eləsə, kə-
bin kəsüb məni ol yigidə versə (KDQ, s.85,87).


160
161
şivələrdə də sabit şəkil almışdır. N - v səsuyğunluğunu söz köklə-
rində də müşahidə eləmək mümkündür:- Bu dərddən bu qəmdən, 
bu fəlakətdən, Qəm zinhara gəldi, kədər hövkürdü, Ürək atəşindən, 
ürək odundan, Səhəndin ağzından alov püskürdü (Səhənd, s.51)
Cəbrayılın Qaracallı və Zəngilanın bəzi şivələrində hallanma 
prosesində ikinci şəxs mənsubiyyət şəkilçisindəki - n səsi yiyəlik, 
yönlük və təsirlik hallarda ğ səsinə çevrilir; məs.: xalağın, xala-
ğa, xalağı (Cəb.), gözuğun, gözuğa, gözuğu (Zən.) və s.
Bu xüsusiyyət türk dilinin Qars şivələrində də nəzərə çarpır: 
eriğin (207, s.115). Balakən, Zaqatala və Cəbrayılın Balyand kənd 
şivəsində ikinci şəxs cəmdə isimlərin yönlük halında - ğ ünsürü 
işlənir; məs.: atağıza, nəvəğıza, quzuğuza, ütüğüzə (11, s.125).
Ən qədim xüsusiyyətlərdən biri də Qarakilsə (Ağüdü və Şəki 
kənd şivələri) şivəsində qeydə alınmışdır. Həmin şivələrdə mən-
subiyət şəkilçili isimlər yiyəlik, yönlük və təsirlik hallarda /nq/-
ın, /nq/ - un, /nq/-ı, /nq/-u, /nq/-a şəkilçilərini qəbul edir; məs.: 
nənənqın, nənənqa, nənənqı və s. İsimlər hallanarkən nq səsbir-
ləşməsi işlənmir.
Qax şivəsində ikinci şəxs tək mənsubiyyət şəkilçili isimlərin 
yönlük halında - ğa şəkilçisi işlənir (77,s.154). Müəllif buna aid 
başınğa sözünü nümunə göstərir, ikinci şəxsdə nq səsbirləşməsi-
nin mühafizə olunmasına başınq sözünü nümunə göstərən alim 
bütün hallarda nq-nın saxlandığını qeyd edir: başınq, başınğın, 
başınğa, başınğı, başınğıda, başınğınnan. Deməli, təkcə yönlük 
halda nq deyil, yönlük halın qədim - ğa forması da saxlanılır. La-
kin - ğa şəkilçisinin mənşəyi - nq səsbirləşməsi ilə deyil, - ğaru//
qarı morfemi ilə bağlıdır. Yuxarıdakı nümunələrdə yönlük halın 
əlaməti - a şəkil- çisidir. Bu forma Şərur və Zaqatala şivələrin-
də də özünü göstərir. İkinci şəxs mənsubiyyət şəkilçisindəki və 
ya - ın şəkilçisi düşür, nq birləşməsinin hissəsi olan ğ səsi qalır; 
məs.: yadığa, dilğa, qapğa (Şr.) (155, s.15); - Ata mehriban, mən 
buğun ova getmağa isdəyirəmvəzirrənğa da xabar ver (Zaq.).
Mənsubiyyət şəkilçili isimlərin n şəkilçisiz hallanması qıp-
çaq tipli türk dilləri üçün xarakterikdir. “Özbək, uyğur dillərində, 
Şərurun Alışar kənd şivəsində mənsubiyyət şəkilçili isimlərin 
yerlik halında da - n əvəzinə - y ünsürü işlənir; məs.: cibiydə, 
üzüydə, qoluyda, yadıyda (155, s.15).
Bakı (İçərişəhər, Bayırşəhər) və Muğan şivələrində ikin-
ci şəxs tək mənsubiyyət şəkilçili isimlər hallanarkən yönlük və 
təsirlik hallarda n əvəzinə v ünsürü işlənir: məs.: atova, atovi, 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin