horalın keçi (Q.), mənün bacı, sənün bacı, unun bacı, bizün bacı,
süzün bacı, ularun bacı (Dər.), mənim bina, bizin bina, sənün
bina, süzün bina, onın bina, oların bina (Cəl.), mənim qız, sənin
iş, olərin ev (L.); mənin məhlə, sənin məhlə, onun məhlə, bizin
məhlə, sizin məhlə, oların məhlə (Bl) və s.
Şəki və Təbriz şivələrində bu forma birinci şəxsin tək və cə-
mində özünü göstərir; məs.: mə:m qonax, bizim dö:r (Ş.), mənim
mal, bizim qız, bizim məhəllə (Təb) və s.
Şivələrin şərq və qərb qruplarında birinci və ikinci şəxslərin
cəmində ikinci tərəf şəkilçisiz işlənir; məs.: bizim küçə, süzün öy
(B.), bizim ineg, süzün yerrər (Lən.), bizim bağ, sizin uşax (Qaz.),
bizin öy, sizin binə (Gəd.), bizim kət (G.), bizim ömür, bizim xəz-
nə, sizin yoldaş (Tov.), mənim öküz, bizim kət (Ağs.), bizim qo-
hum, bizim gəlin (Qard.) və s.
Dmanisi rayonu şivələrində bu xüsusiyyət birinci və ikinci
şəxslərin tək və cəmində qeydə alınmışdır; məs.: mənim qız, mə-
nim suvar “atlı”, bizim paççax, sizin şə:r, sizin öy və s.
morfoloji-sintaktik tipi ilə bağlı fərqli xüsusiyyətlər bərabər şə-
kildə yayılmamışdır. Mənsubiyyət kateqoriyasının bu tipinin şi-
vələrdəki arealı bunu bir daha təsdiqləyir.
Şivələrin əksəriyyətində mənsubiyyət kateqoriyasının ədəbi
dilə uyğun gələn formaları geniş yayılmışdır; məs.: mənim atım,
sənin atın, onun atı, bizim atımız, sizin atınız, onların atı(ları) və
s. Bundan əlavə, bəzi şivələrdə qədim formalar səciyyəvilik təşkil
edir. Dərbənd şivəsində yalnız sonu saitlə bitən sözlərdə, Qax şi-
vəsində həm sait, həm də samitlə qurtaran sözlərdə hər üç şəxsin
tək və cəmində ikinci tərəf - ı
4
,-sı
4
şəkilçilərini qəbul edir; məs.:
mənün atasi, sənün atasi, unun atasi, büzün atasi, süzün atasi,
ularun atasi (Dər.), menin adı, senin adı, honun adı, bizin adı, si-
zin adı, holların adı (Q.); Ha burda utuma, men atasının yurdıdı,
kesəcağam (Zaq.) və s.
Türkologiyada mənsubiyyət anlayışının bu şəkildə ifadəsi
qeyri-qohum dillərin təsiri kimi izah olunur. Sarı-uyğur, salar,
çuvaş və karaim dilinin Trakay dialektində də mənsubiyyət for-
maları deformasiya uğramaq üzrədir. Karaim dilində də üçüncü
şəxs mənsubiyyət şəkilçisi birinci və ikinci şəxslərin qrammatik
mənasını bildirir; məs.: menim üstina, bizin arasyna (172, s.79).
Qax, Dərbənd, Quba və Şəki şivələrində “mən” və “biz” əvəz-
likləri birinci şəxsin tək və cəmində - in, qərb qrupunda isə - iŋ
şəkilçisi qəbul edir; məs.: menin atasi, bizin atasi (Qax), mənin
dişim, bizin kənt (Dər.), mənin bağ, bizin bağ (Qb.), məniŋ öy,
biziŋ kət (Qaz.) və s.
Dərbənd şivəsində (I - II şəxs), Zaqatala - Qax şivələrində (I,
II, III), Quba şivəsində birinci şəxs cəm əvəzliyinin yiyəlik halın-
da - n ünsürü düşür; məs.: sənü bacuv, mənü atam, sənü qələmüv
(Dər.), bizi dil, bizi qoşun, bizi kənt (Qb.), meni keçi, seni keçi,
honu keçi (Q.); - Üş qün dalbadal gelib məni balaları yiyip gedip-
di; - …oni malını yukladılar; - Muni eşidən oğlunun arvadı bi diri
to:ğu tükni alar (didər) (Zaq., Q.).
Bu xüsusiyyət X-XIII əsrlər Şərqi Türküstan mətnlərində də
qeydə alınmış (195,s.80), qaraçay-balkar və qumuq dillərində
148
149
Bizim vilayətdə büzürg, büzürgzadələr çox var, əlbəttə, bil na-
bələd degilik (Məhəmməd, s.188);
Bu xüsusiyyət rus və Avropa dillərində geniş yayıldığından
bir sıra tədqiqatçılar rus dilinin təsiri hesab edirlər. N.K.Dmitri-
yev bu xüsusiyyəti rus dili- nin təsiri olmasına etiraz edir və VIII
əsrdə Orxon yazılarında işləndiyini qeyd edir (149, s.34).
Qax və Zaqatala rayonlarında azsaylı xalqlardan: saxur, ləz-
gi, avar və inqiloylar yaşayırlar. Saxur dilində danışanlar Qax ra-
yonunun Qum, Çinarlı, Ləgit, Zərnə, Zaqatalanın Suvagil, Göz-
baxar, Muxax, Qala və s. kəndlərində məskunlaşmışlar. Həmin
kəndlərdə saxur dilində danışanlar mənsubiyyətin bu formasını
menin qələm, senin kitab, honnarın ev şəklində işlədirlər. Bəzən
bunun saxur dilinin xüsusiyyəti kimi Zaqatala - Qax şivələrinə tə-
sirini qeyd edirlər (4, s.14-16). Bu xüsusiyyət yalnız Zaqatala və
Qax şivələrində deyil, dilimizin qədim abidələrində, digər müasir
türk dillərində və onların şivələrinin əksəriyyətində də işlənir.
E.Əzizovun fikrincə “ikinci növ təyini söz birləşməsində
ikinci tərəfin mənsubiyyət şəkilçisiz işlənməsi və şəxsə görə
uzlaşmanın gözlənilməməsi saxur dilində mənsubiyyət və şəxs
şəkilçilərinin yoxluğu ilə, ümumiyyətlə, şəxsə görə uzlaşmanın
olmaması ilə üst-üstə düşür. Görünür ki, belə dil mühiti türk dil-
lərində qədim dövrlərdə mövcud olan bir xüsusiyyəti, yəni şəxsə
görə uzlaşmanın bəzi hallarda gözlənilməməsi xüsusiyyətini fəal-
laşdırmışdır (41a, s.17).
N.Z.Hacıyeva həmin birləşmələri kökdil dövrünə aid edir.
İkinci tərəfdə mənsubiyyət şəkilçisinin işlənməməsini isə pleo-
nazmdan qaçmaq meyli ilə əlaqələndirir (135, s.70). Pleonazm-
dan qaçmaq meylini yalnız birinci tərəfi şəxs əvəzlikləri ilə ifadə
olunan birləşmələrə aid etmək olar. Şivələrdə, xüsusilə Qax şivə-
sində hər iki komponenti isimdən ibarət olan mənsubiyyət ifadə
edən birləşmələrin də ikinci tərəfi şəkilçisiz işlənir; məs.: quşun
bala, inəyin bala, camışın bala və s. Ümumiyyətlə, ikinci tərəf-
də şəkilçinin işlənməməsi tarixən mövcud olmuş xüsusiyyətin
qalığıdır.
Bu hadisənin izlərinə müasir Azərbaycan danışıq dilində bi-
rinci və ikinci şəxslərin cəmində rast gəlmək mümkündür. İkinci
tərəfdən şəkilçinin ixtisar olunma səbəbini Ə.Dəmirçizadə belə
izah edir: “Əgər birinci tərəf birinci və ikinci şəxslərin cəmini
bildirən əvəzliklə, eləcə də əşyanı ifadə edən söz ümu- miləşə
bilən bir əşyanı ifadə edirsə, nisbət şəkilçisi ixtisar edilə bilər…
mənsub tərəf ümumiləşmiş, yaxud ümumiləşə bilən bir əşyanı və
ya hər hansı bir varlığı ifadə etmirsə, nisbət şəkilçisini ixtisar et-
mək olmaz (32, s.207). Bəzi türkoloqlar müəyyən emosionallıq,
sözün kollektiv xarakter alması və s. üslub məsələləri ilə əlaqədar
olduğunu söyləyirlər (148, s.58; 161, s.88).
Şivələrimizdən aşkara çıxarılan faktlar (menin keçi, senin
keçi, honun keçi, mə:m qonax, bizim ineg və s.) qeyd olunan
fikirlərin dəqiqləşməsini zəruri edir. Dialektoloji nümunələrdə
ikinci tərəf konkretlik bildirən sözlərlə də ifadə olunur. Bu xüsu-
siyyət yalnız Azərbaycan dilində və onun şivələrində deyil, kara-
im, qaqauz, qumuq, başqırd, çuvaş, xakas, türk, qaraçay-balkar
və türkmən dilinin dialektlərində birinci və ikinci şəxslərin tək və
cəmində geniş yayılmışdır.
Göründüyü kimi, digər türk dillərindən fərqli olaraq, Azər-
baycan dili şivələrində bu forma hər üç şəxsdə öz izlərini müha-
fizə etmişdir. Yazı dilindən daha çox danışıq dili üçün səciyyəvi
olan belə birləşmələrdə əşyanın mənsubluğu və kəmiyyəti birinci
tərəfdən məlum olur. Bəzən şivələrdə birinci və ikinci şəxslərin
cəmində ikinci tərəf - lar,-lər cəmlik şəkilçisi qəbul edir ki, bu da
birləşmənin kəmiyyətini qabarıq nəzərə çarpdırır; məs.: - Süzün
evləri təzə tikəndə məni basdıran yərdə kərpic kəsdilər (Qb.).
Türk dillərinin qədim yazılı abidələrində bu hadisəyə rast
gəlmək olar; məs.: - Bizin sü atı turuk, azukı yok erti (KT, Böyük
abidə, 39-cu sətir); - Dəstursızca yağıya girmək bizim eldə eyb
olur (KDQ, s.92); - bizin ew “bizim ev”; - meninğ tawar çatışdı
“mənim malımı satmaqda yardım etdi” (MK, III c., s.71, 381);Bi-
zim yerdən gəlirsən bir xəbər ver aşinalərdən (Füzuli, s.106);
150
151
Bundan əlavə, bəzi şivələrdə səciyyəvi formalar da mövcud-
dur. Şəki şivəsində mənsubiyyət kateqoriyasının birinci şəxs tə-
kində bəzən sahib şəxs iştirak etmir, mənsub əşya da şəkilçisiz
işlənir, məs.: - Ciyi dolma asıtdı; - Əmi öləndə mən laf kiçiyiydim
və s.
Qubanın Alpan, Zizik və Xuray kənd şivələrində mənsubiyyət
kateqoriyasının geniş yayılmış formalarından biri də yiyəlik hal
şəkilçisi qəbul etmiş şəxs əvəzliyinin “üçün” qoşması ilə ikinci
tərəfin isə şəkilçisiz işlənməsidir; məs.: - Mə:mçün bir dənə oğul
var; - Sə:nçün də iki əl var, mə:mçün də iki əl var; - İki uşağ var da
ounçun və s. Nümunələrdə mənim oğlum, sənin əlin , mənim əlim ,
onun uşağı əvəzinə , məmçün oğul, sənçün əl , məmçün əl , bunçün
uşağ birləşmələri işlənmişdir. Mənsubiyyətin belə birləşmələrlə
həmin şivədə ifadəsi Qafqaz dillərinin təsiri ilə yaranmışdır.
Dostları ilə paylaş: |