Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə79/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   75   76   77   78   79   80   81   82   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

ikinci şəxs cəmi şivələrdə, 
əsasən - nız
4
, - ınız
4
şəkilçisi ilə ifadə olunur; məs.: atanız, nənə-
niz, otunuz, körpünüz və s. Azərbaycan dili şivələrində ikinci şəxs 
cəmdə - ŋ- la işlənən formaya və şəkilçinin qısalmış variantlarına 
daha çox rast gəlmək mümkündür. Hər bir şivənin tələffüz xüsu-
siyyətinə uyğun olaraq, şəkilçinin müxtəlif variantları yaranır ki, 
bu da şivələri bir-birindən fərqləndirir.
II c.,s.167). Həmin dövrün dialekt xüsusiyyəti kimi ikinci şəxs 
sonluğu bəzi türk dialektlərində (arqu) ŋ əvəzinə ğ variantı ilə 
də işlənir. M.Kaşğari həmçinin - ığ şəkilçisinin birinci şəxs tək-
də işlənməsini qeyd etmişdir: ol meninğ eliğge suw koyturdu “O 
mənim əlimə su tökdürdü (MK, II c., s.193).
Qax şivəsində şəkilçinin - ınq, - inq, forması müşahidə olu-
nur; məs.: başınq, əlinq. Bu şəkilçi qumuq dilində - ınq,- inq, - 
unq, - ünq, - nq (147, s.60), özbək dilinin Qarabulaq şivəsində 
- ınq, - inq şəklində işlənməkdədir; məs.: atınqitinq (135, s.97).
Gədəbəy rayonu şivələrində və Şəmkir rayonunun Düyərli, 
İrmaşlı, Şiştəpə, Zəyəm kənd şivələrində mənsubiyyət kateqori-
yasının ikinci şəxs təki – q,-ıq,-iq,-uq,-üq şəkilçisi ilə ifadə olu-
nur;məs.: atıq, işiq, yoluq, körpüq və s.
İkinci şəxs təkdə ŋ, ğ, q, v, y elementlərinin işlənməsi dili-
mizin qədim xüsusiyyətləridir. M.Şirəliyevə görə, bu şəkilçilər 
öz mənşəyi etibarilə ikinci şəxsin arxaik forması olan nq//nğ ilə 
bağlıdır. Sonralar “nq//nğ”nın parçalanması nəticəsində oğuz tip-
li türk dillərində - ŋ, qıpçaq tipli dillərdə isə q(ğ) üstün olmuşdur 
(192, s.15). ŋ səsinin düşməsi ilə əlaqədar intervokal mövqedə 
q səsi ğ səsi ilə əvəzlənmişdir. Sonrakı inkişaf mərhələlərində 
ğ>y>v əvəzlənməsi baş vermişdir. Yəni “nq//nğ” birləşməsi tər-
kib hissələrinə aşağıdakı şəkildə ayrılmışdır:
nq//nğ oğuz - ŋ →n
qıpçaq k, q, ğ →y,v
T.Hacıyevin fikrincə, müşahidə olunan bu hadisəyə n-ğ sə-
suyğunluğu kimi deyil, qovuşuq nq-dən n-nın düşməsindən sonra 
iki sait arasında q -nın ğ-ya çevrilməsi kimi yanaşmaq daha doğ-
rudur (134, s.9).
E.İ.Əzizov yuxarıdakı fikri müdafiə edərək göstərir ki, türk 
dillərinin tarixində q - v səsuyğunluğu olmuşdur. İki sait arasında-
kı qədim q tədricən v-ya çevrilmişdir. Hazırda v ilə tələffüz edilən 
bir çox sözlər türk dillərinin qədim yazılı abidələrində ğ (k) ilə 


140
141
Bu şəkilçinin bir variantda işlənməsinin əsas səbəbi velyar ŋ 
səsinin tələffüzdə düşməsi və özündən sonra gələn səsə uzun və 
burunda tələffüz olunma xüsusiyyəti verməsidir.
Şivələrin cənub qrupunda və Zəngilan, Cəbrayıl, Zəngibasar 
şivələrində ikinci şəxs cəmdə maraqlı xüsusiyyətlərdən bir də 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin