Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə91/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   87   88   89   90   91   92   93   94   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Kəmiyyət kateqoriyası
Azərbaycan dilində və onun şivələrində kəmiyyət anlayışı 
morfoloji, leksik- sintaktik və leksik üsullarla formalaşmışdır. 
Şivələrdə kəmiyyət ka- teqoriyası əsasən 
–lar,- lər şəkilçisi ilə 
ifadə olunur.Bu şəkilçi əsas nitq hissələrinə əlavə olunur. Feillər 
istisna olmaqla, digər əsas nitq hissələri –lar,- lər şəkilçisini qə-
bul etdikdə substantivləşir (gözəllər,birincilər, sizlər, aşağı- lar, 
oxuyanlar və s.). Feillər-lar,- lər şəkilçisini yalnız üçüncü şəxsin 
cəmində qəbul edir. Bu məqamda –lar,-lər şəkilçisinin işlənməsi 
kəmiyyətə görə uzlaşmanın tələbindən irəli gəlir. İsimlər bütün 
hallarda- lar,-lər şəkilçisinin vasitəsilə çoxluq ifadə edir.Şivələr-
də fonetik şəraitdən asılı olaraq, bu şəkil- çi müxtəlif variantlarda 
işlənir: 
-nar/ nərxannar, qannar, vətənnər, çobannar (İs.),şamdan-
nar, şannar “nişanlar” (Qaz.), nişannar, oğlannar (Br.), günnər, 
gəlinnər (B.), ilannar, tükənnər, xırmannar, seyvannar (Ş.),kəv-
şənnər, qoşunnar, xızannar “uşaq- lar”, heyvannar, insannar 
(Nax.), badamnar, damnar, üzümnər (Təb.) və s.
Müasir türk dillərində də sonu burun samitləri ilə bitən söz-
lər- lar,- lər şəkilçisinin –nar,- nər formasını qəbul edir;məs.: ka-
zannar, bəyləmnər “əla- qə”(tatar), xozannar “dovşan”, künner 
“gün”(xakas), çonnar “xalq”, temner “vaxt” (şor), nomnar ”ki-
tab”, annar “canavar”(Tuva) (156,s.80-87).
-dar/dər: qızdar, itdər, külfətdər (Dər.), tişdər,sajdar (Gəd.), 
addar, seyiddər, gözdər (Nax.), qizdər, qərdəşdər, ətdər, süz-
dər (Qb.), gomuşdar, quşdar (Mər.), atdar, kətdər,tatdar, sözdər, 
şivəsi üçün də səciyyəvi xüsusiyyətdir. Dərbənd və Ağcabədinin 
Üzeyirkənd şivəsində bu şəkilçi (-uv, - üv) ikinci və üçüncü şəxs 
əvəzliklərinin yiyəlik halında da müşahidə olunur; məs.: sənüv, 
sizüv, onuv, ollaruv; - Hindi sənüv hələ vaxtuv dəgül, qartimisəv, 
kit əvüvdə otu (Dər.) (62, s.31).
- uv, - üv şəkilçisi n - q/ğ - v səs uyğunluğu nəticəsində əmələ 
gəlmişdir.
- u şəkilçisi Ağcabədi və İraq türkmanlarının şivələrində ikin-
ci şəxs tək mənsubiyyət şəkilçisi kimi də işlənir. Yiyəlik halda 
işlənməsi də v ünsürü ilə bağlıdır. Ağcabədi şivəsində yiyəlik hal-
da və ikinci şəxs mənsubiyyətdə dodaqlanma əlaməti güclüdür. 
Azərbaycan dili şivələrində dodaq saitlərindən sonra v səsinin 
“saitləşməsi” əlaməti meydana çıxır (alo
u
, köçö
ü
sözlərinin tələf-
füzündə olduğu kimi). Burada yiyəlik hal şəkilçisinin u saiti ilə v 
samitinin “saitləşməsi” nəticəsində əmələ gələn u saiti birləşir və 
uzun tələffüz olunur. Hər iki forma (-uv//-nuv, - u) paralel işlənsə 
də, onlar arasında zaman və məkan fərqi vardır. - uv, - nuv şəkil-
çisi vasitəsilə yaxın zaman və məkan məsafəsi, - u şəkilçisi ilə 
nisbətən uzaqlıq anlayışı bildirilir.
Şivələrdə ikinci şəxs mənsubiyyət şəkilçisindən sonra yiyəlik 
hal şəkilçisinin düşməsi hər iki şəkilçinin eyni semantikalı olma-
sının nəticəsidir; məs.: - Ağzımın liğabın da verəjəm dədə:n gözü 
yaxşı olsun (Ağ.); - Bu da sənin dərdi:n əlacı (G.) və s.
Bu xüsusiyyətə klassiklərin dilində də rast gəlinir; Ayağun 
tozuna başlar fədadür (Q.Bürhanəddin, s.52);-Çizginürmən mən 
gözün yaşinəvü qanım tökər (Kişvəri, s.314);- Hər ayağın torpağı 
mülki - Süleymandır maŋa (Xətai, s.36);-Saçın zəncirinə könül 
bağladım (Vaqif, s.16).
Eyni hadisə üçüncü şəxsdə də baş verir. Şivələrdə üçüncü şəxs 
mənsubiyyət şəkilçisindən sonra yiyəlik hal şəkilçisi bəzən dü-
şür; məs.: - Üş qardaş üçü də, biri də arvad getdilər dədəsi əvinə 
(Ağ.);- Bu yol başdi:r kin, gessin baxtın dalınca (G.); - So:ra öz-
zəri öyə gedəndə yerinə darğa qoyardı, cama:tın əkdiyin ica:rəsin 
almağa (Sab.).Orta əsrlər yazılı abidələrin dilində bu xüsusiyyət 


170
171

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin