176
177
Şivələrin əksəriyyətində iki rəngli heyvanı ala inəx`//inəg, ala
it, çox rənglisini ala-bula//ula inəx` və ya it adlandırırlar. Şəki
şivəsində
çox rəngli heyvanlara alaş inək və ya
alaş it deyilir.
Burada
alaş sözündə - ş çoxluq ifadə edən şəkilçi kimi çıxış edir.
Borçalı şivəsində “toyuğun qabıqlanmamış yumurtacıqları” mə-
nası ifadə edən
kürüş sözündə də - ş ünsürü çoxluq bildirir.
- gil şəkilçisi. Azərbaycan ədəbi dili ilə müqayisədə - gil şə-
kilçisi şivələrdə geniş dairədə işlənməkdədir. Bu şəkilçi bir vari-
antda yazılır və topluluq ifadə edən vasitələrdən sayılır.
Azərbaycan dili şivələrində -
gil şəkilçisi şəxs adlarına və qo-
humluq mü- nasibətlərini bildirən
sözlərə əlavə olunaraq, qey-
ri-müəyyən kəmiyyət ifadə edir; məs.: Əhmədgil, Arifgil, babam-
gil, əmimgil.
Şivələrin bir qismində -
gil şəkilçili isimlər bir neçə ailəyə,
nəslə mənsub üzvləri bildirdikdə -
lar, - lər şəkilçisi qəbul edərək
işlənir: məs.: Əhmədgil
- lər, Arifgillər (Zb.),
bacımgillər, ma-
mamgillər “bibi” (Göy.).
-
gil şəkilçisi bir nəslin, ailənin üzvləri ilə yanaşı, məkan mə-
nası da əmələ gətirir; məs.: - Bir müddət keçey, kəntçi bi varlı
dossugilə qonağ gedey (Yar.).
Dərbənd və Tabasaran şivələrində - gil -in ifadə etdiyi məna
- lar, - lər şəkilçisi ilə yerinə yetirilir; məs.: - Mən getmişdim Ba-
hadurrara (Dər.); - Vəzir qidib Pirbabannara diyədü çıxarub bir
yüzlük verədü (Tab.).
- gil əvəzinə-
lar,-lər şəkilçisinin topluluq bildirməsi digər türk
dillərində
də mövcuddur; məs.:
Maxmutlari “Mahmud öz ailə
üzvləri ilə”,
El- darlari “Eldarın ailəsi” (qaraçay-balkar),
Abay-
lar “Abay və onun həyat yol- daşı” (qazax),
Taşkentler “Daşkənd
və başqa şəhərlər”, (Qaraqalpaq),
Asanlar “Asan, onun ailəsi və
dostları (krım-tatar),
Nesrinler “Nesrinin ailəsi” (türk),
Muxatlar
“Muxatın ailəsi (türkmən),
dadamlar “ata və onun yanındakılar”
(uyğur);
Sabirovlarqa bardım “Sabirovun evinə getdim” (tatar)
(146, s.70), Şariflar, Raximovlar (özbək) (161, s.69).
bildirməsini,
gedişat, elat, içalat, bağ-bağat sözlərinin tərkibində
qalmasını göstərir (30, s.200).
Dostları ilə paylaş: