Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə110/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   106   107   108   109   110   111   112   113   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

- ur//tur - ır olmuş, müstəqil sözdən şəkilçiyə keçid prosesində 
vurğusunu itirmiş, ikinci hecanın düşməsi nəticəsində qısaldılmış 
forması əmələ gəlmişdir: tur-ur//dur-ur>tür//dür>tur//dur; tır-
ır//dır-ır>tır// dır>tır/ /dır (150, s.5). Tədqiqatçılar bu şəkilçinin 
mənşəyini dənizçilikdə “hə” mənası ifadə edən müstəqil “dur” 
sözü ilə də əlaqələndirirlər (Qeyd edək ki, Azərbaycan dili şivələ-
rində “dur” sözü həqiqi mənasından “durmaq” əlavə, dayanmaq 
mənasında da işlənir).
S.Əlizadə belə bir fikirlə razılaşmır və - dur//dür xəbər şəkil-
çisinin “durur” feilindən törəməsini inandırıcı hesab etmir (107, 
s.12).
Qədim yazılı abidələrdə üçüncü şəxsdə - dur///dür ilə durur 
formaları yanaşı işlənmişdir; məs.: Çoban aydır: “Ağam Qazan, 
bu ağac ol ağacdır kim, sən kafəri basarsan qarnın açıqar, mən 
saŋa bu ağacla yemək bişürərin” - dedi; Bu gələn kafər çoq kafər-
dir (KDQ, s.76, 91);- Cəmalından münəvvər ay ilə xurşid, ey 
dilbər,Mələkdir valehü heyran bu gün bu hüsni-zibayə; Zülfün 
ge- cəsi qədrdürür, al yanağın ay (Nəsimi, s.35, 75);- El ilə gələn 
bəla bayramdır; Elə ilə gələn qərə gün dügündür (Oğuznamə, 
s.28);- Bu sözmüdurur ki, eylədin nəql? Sorayım nə kişidir bu? 
(Xətai, s.25, 40);- Bihudədir ol qamu fəsanə, Kim, aşiqdir filan, 
filanə (Füzuli, s.32).


206
207
şəkilçi xəbərlik ifadə etdiyindən onun modallıq mənasına şübhə 
yeri qalmır. Modal hissə- ciklərin ifadə etdiyi yəqinlik, qətilik, 
ehtimallıq mənaları - tur köməkçi feilində olduğundan bu şəkilçi 
xəbərlik vəzifəsini yerinə yetirir. - dir şəkilçisi şəxs bildirməsə 
də, Azərbaycan dilində və onun şivələrində üçüncü şəxs şəkilçisi 
mövqeyində sabitləşmişdir. Şəxs əvəzliyi işlənmədən də -dir şə-
kilçisi əşyanın və hərəkətin üçüncü şəxsə aidliyini göstərir.
Şəxs anlayışı keçmiş zamana aid olduqda “idi” köməkçi fe-
ilindən isti- fadə olunur. İdi hissəciyi samitlə bitən sözlərdə 
birinci saitini itirir - dı şəklində, saitlə bitən sözlərdə isə “iydi” 
şəklində tələffüz olunur, saiti düşür və ya söz kökünün son saiti 
ilə birləşərək uzun tələffüz olunur.
Birinci şəxs - dı, - ıdı, - iydi, -ydı zaman əlamətinə - m, -x, 
-ğ, -g şəxs şəkilçilərini əlavə etməklə düzəlir; məs.: qonağıdım, 
uşağıdım, çobanıdım, qonağıdıx (Ağc.), doxdurdım, irəcbərdim, 
irəcbərdig (Dər.), uşağiydim, məlimiydim, qarolçiydim (Ş.), ba-
ğıydım, əkinçiydim (Zən.), dülgardım, bən- naydım, qəbaxçıy-
dım, qahımdıx, qonaxdıx, qardaşdıx (Nax.), cayıldım// cayildim, 
cayildig (B.), məllimdim, məllimdıx (Q.) və s.
İkinci şəxs - dı, - ydı zamanı əlamətinə -ŋ, -n, -z şəxs şəkil-
çisinin əlavəsi ilə əmələ gəlir; məs.: bənnaydın, qəbaxçıydın, 
dülgardın, dülgardız, uşaxdıuz (Nax.), məllimdin, məllimiydiz 
(Dər.), uşağdın, cayıldun, uşağdız (Q.), əkinçiydin, qoruxçuyduz 
(Zən.), bağbanıdın, bağbandıŋız, bağbanıdıŋız (Ağc.), qo:mdın, 
tanışdın, qom:dız, tanışdız (Təb.) və s.
Üçüncü şəxsdə “idi” hissəciyinin işlənməsinə görə şivələr üç 
qrupa bölü- nür: 
1) Qax, Zəngilan, Ağcabədi, Naxçıvan, Muğan və Qarakilsə 
şivələrində dördvariantlı -  şəkilçisi işlənir; məs.: bənnaydı, qə-
baxçıydı, biçinçiydi, odunçuydu, üzümçüydü və s.
2) Təbriz, Şamaxı, Ordubad, Zaqatala şivələrində damaq 
variantı (-dı, - di), Lənkəran şivəsində isə dodaq variantı (-du, - 
) üstünlük təşkil edir; məs.: baliğçiydu, inəgiydu, buğlamıydu 
(Lən.), başmaxçıydı, döxdüriydi, o:lanıydı, qo:mıydı (Təb.).
gətirmək üçün şəxs əvəzliklərinin şəkilçiləşməsi prosesinin ümu-
mi qanunauyğunluqları üzərində dayanmağı vacib bilirik. Şəxs 
əvəzliklərinin şəkilçiləşməsi eyni deyil, müxtəlif şəkildə baş ver-
mişdir. Bunu birinci şəxsdə -m ünsürünün qalması, ikinci şəxsdə 
dəyişmənin baş verməməsi və ya mənsubiyyət kateqoriyasında 
-n ünsürünün mövcudluğu da aydın göstərir. Bu barədəki fikirləri 
aşağıdakı şəkildə ümumiləşdirmək mümkndür:
1) Müstəqil sözlərdən ibarət olan şəxs əvəzliklərinin əvvəlcə 
vurğusunu itirməsi; 2) Tədricən leksik mənadan məhrum olma-
sı; 3) Fonetik tərkibdə dəyişiklərin baş verməsi (uyğun səs də-
yişmələri, səslərin düşməsi, ahəng qanununun təsiri və s. nəzərə 
alınır); 4) Formanın tamamilə arxaikləşməsi; 5) Yeni fonetik tər-
kibdə innovasiyanın meydana çıxması.
Azərbaycan dilində ol-dır keçidi sonuncu qanunauyğunluq 
əsasında əmələ gəlmişdir. M.Kaşğari qeyd edir ki, turur//durur 
müzari feilidir və mənası da “odur” deməkdir (MK, II c., s.6-7). 
Belə güman etmək olar ki, tarixən üçüncü şəxs şəkilçisi mövqe-
yində ol əvəzliyi ilə - tur//dur yanaşı işlənmiş “oldur”, sonra ol və 
ya o əvəzliyinin düşməsi ilə “dur” şəklini almışdır.Üçüncü şəxs 
əvəzliyi şəkilçi mövqeyində işlənmiş, ol sonrakı dövrlərdə arxa-
ikləşmiş, II minilliyin əvvəllərindən başlayaraq bu vəzifəni - dir 
şəkilçisi yerinə yetirmişdir.
Y.Balasağunlunun “Kutadqu biliq” əsərində də ol əvəzliyi - 
üçüncü şəxs şəkilçisi mövqeyində işlənmişdir; məs.: …bu bəglər 
ot ol, ota barma yağuq “bu bəylər oddur, oda yaxın getmə” (KB, 
b.653).
Bəzi türkoloqlar - tur şəkilçisinə qeyri-müəyyənlik bildirən 
modal hissəcik kimi yanaşır, qrammatik göstərici kimi şəxs bil-
dirməsini inkar edirlər (121, s.274). H.Mirzəzadənin fikrincə, - 
dir şəkilçisi feili cümlələrdə üçüncü şəxsin təkini bildirdiyi halda, 
ismi cümlələrdə heç bir şəxslə əlaqədar olmur, bilavasitə cümlədə 
verilmiş bu və ya başqa hökmün bitməsinə xidmət edir (75, s.86). 
A.M.Şerbak -dur//tur şəkilçisinin həmin mənasını onun qədim 
etimoloji forması (-r feli sifəti) ilə əlaqələndirir (198, s.27). Bu 


208
209
( Qb.), sullaf “sakit”, muğdusa “çirkin” (Ş.), əzvay “aciz”, şətəl 
“nadinc”, şəlpə ”köhməlmiş parça” (B.), kəpir ”boş”, ceydax ”çox 
uzun” (Nax.), göy “xəsis”, öddəx`”qorxaq”, yasar “tənbəl”, qolay 
“pis”, naçax “xəstə”, nuzul “aciz”, təşər “lovğa” (Qub.) və s.
Şivələrdə də sifətin üç dərəcəsi vardır: adi, azaltma və çoxalt-
ma. Adi dərəcə əlamətin və keyfiyyətin norma səviyyəsini bildi-
rir: saytal ”seçmə”, mayıf “şikəst” (Qub.), qəlbi, güdə, alçağ, tü-
nik «nazik» (əksər şivə), törə “qısa”, qolay “ağır, pis” (Zən.) və s. 
Azaltma dərəcəsi aşağıdakı şəkilçilərlə əmələ gəlir: 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin