Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


Cədvəl 1. 2012-2013 və 2013-2014-cü vegetasiya illərində bəzi hidrometeoroloji



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə178/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   174   175   176   177   178   179   180   181   ...   352
Cədvəl 1.
2012-2013 və 2013-2014-cü vegetasiya illərində bəzi hidrometeoroloji 
parametrlər 
 
Aylar 
2012-2013 
2013-2014 
Yağıntı, 
(mm) 
Orta 
temp., 
0

Havanın nisbi 
rütubəti, % 
Yağıntı, 
(mm) 
Orta 
temp., 
0

Havanın nisbi 
rütubəti, % 
Sentyabr 
23,1 
18,0 
63 
52,0 
19,5 
67 
Oktyabr 
24,1 
14,9 
74 
23,2 
11,2 
74 
Noyabr 
21,6 
7,8 
84 
11,2 
7,2 
80 
Dekabr 
28,7 
2,2 
82 
18,3 
-2,2 
79 
Yanvar 
27,5 
1,0 
78 
20,1 
0,1 
83 
Fevral 
48,2 
3,2 
87 
12,5 
-0,7 
83 
Mart 
28,9 
6,2 
72 
37,4 
4,9 
80 
Aprel 
40,2 
9,7 
73 
19,8 
10,7 
67 
May 
75,2 
15,7 
65 
23,2 
19,5 
52 
Iyun 
20,2 
19,5 
52 
4,1 
22,2 
41 
Cəmi: 
337,7 
222,3 
Orta: 
9,2 


280 
Ona görə də buğda genotiplərinin sarı pasa qarşı davamlılığının öyrənilməsinin 
hidrometeoroloji parametrlərlə paralel olaraq aparılması daha məqsədəuyğundur. 
Tədqiqat illərində hidrometeoroloji parametrlərin qiymətləri 1-ci cədvəldə 
verilmişdir.Cədvəldən göründüyü kimi 2013-cü ilin aprel, may və iyun aylarında 
yağmurların miqdarı 135,6mm, havanın nisbi rütubəti 73-52%, orta temperatur isə 
15-20º C olmuşdur. Bu şərait sarı pasın inkişafı üçün əlverişli olmuşdur. 2014-cü ilin 
həmin aylarında yağıntıların miqdarının nisbətən az olmasına baxmayaraq (47.1mm) 
havanın nisbi rütubəti (67-41%) və orta temperaturu (19-22ºC) bu ildə də sarı pasın 
inkişafına şərait yaratmışdır. Eyni zamanda qeyd etməliyik ki, sarı pasın inkişafı və 
yayılması üçün hava şəraitinin gedişi 2013-cü ildə 2014-cü ilə nisbətən daha əlverişli 
olmuşdur.
Dağlıq Şirvan şəraitində seleksiya işində tətbiq etmək məqsədilə 344 
nümunədən ibarət olan payızlıq yumşaq buğda kolleksiyasının morfofizioloji, 
aqronomik xüsusiyyətləri və xəstəliklərə davamlılıqları tədqiq edilir. Nümunələrin 
sarı pasa qarşı davamlılıqlarının 2012-2013 və 2013-2014-cü vegetasiya illərində 
öyrənilməsinin nəticələri (cədvəl 2) göstərmişdir ki, genotiplərin bu xəstəliyə 
sirayətlənməsi hər iki vegetasiya ilində fərqli olmuşdur. Yuxarıda qeyd etdiyimiz 
kimi 2012-2013-cü vegetasiya ilində, xüsusilə yaz-yay aylarında yağıntıların çox 
olması havanın da nisbi rütubətinin yuxarı olmasına səbəb olmuşdur. Bu səbəbdən də 
tədqiq olunan genotiplərdən sarı pasa həssas olanların siyarətlənməsi 2013-cü ildə 
2014-cü ilə nisbətən yüksək olmuşdur. Alınan nəticələr göstərmişdir ki (cədvəl 2),
2013-cü ildə tədqiq olunan genotiplərin 22,4%-i, 2014-cü ildə isə yalnız 7,3%-i 50-
100S həddində sarı pasa siyarətlənmişlər. Bu zaman 5-50S həddində siyarətlənmənin 
2013-cü ildə (32,8%) 2014-cü ilə nisbətən (46,9%) az olması 2013-cü ildə sarı pas 
sporlarının inkişafı üçün daha əlverişli şəraitin olması səbəbindən siyarətlənmənin 
daha da irəli gedərək 50-100S həddinə çatmasına səbəb olmuşdur. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin