281
50MR) müşahidə olunmamışdır. 2014-cü ildə isə nümunələrin 5,2%-i orta davamlı
olaraq qeyd edilmişdir. 2013 və 2014-cü ildə kolleksiyada
olan genotiplərin uyğun
olaraq 33,5 və 29,2 %-i tam davamlı olmuşdur. Digər tərəfdən 2014-cü ildə tədqiq
olunan nümunələrin 5,2%-nin 5-50MR həddində orta davamlı olduğunu nəzərə alsaq
(bu göstərici 2013-cü ildə 0-dır), o zaman 2013 və 2014-cü illərdə orta davamlı və
davamlı nümunələrin sayının həmin illərdə 33,5 və 34,4% olmaqla təxminən bərabər
olduğu görünür.
Kolleksiyadakı nümunələrin növmüxtəlifliklərinə görə baxıldıqda onların
arasında fərqlərin olduğu görülmüşdür. Belə ki, cədvəl 2-dən göründüyü kimi 2013-
cü ildə bütün əsas 4 növmüxtəlifliyinin hər birində olan tam davamlı
nümunələrin
miqdarı 2014-cü ilə nisbətən çox olmuşdur. Bu isə fikrimizcə 2014-cü ildə sarı pasın
inkişafı üçün yaranan orta vəziyyətə uyğun olaraq həmin ildə orta davamlılığın da
(5-50MR) qeyd olunması ilə əlaqədar olmuşdur. 5-50MR
və R-də olan faizlərin
cəminə baxdığımızda hər iki ildə həmin cəmin uyğun növmüxtəlifliklərində təxminən
bərabər olduğu müşahidə olunur. Bu isə həm 2013 və həm də 2014-cü ildə
genotiplərin davamlılığının qalmasının və həmin genotiplərdən seleksiya prosesində
sarı pasa davamlılıq üçün istifadə oluna biləcəyinin göstəricisi kimi qəbul oluna bilər.
Ayrı-ayrı növmüxtəliflikləri müqayisə olunduqda (cədvəl 2) 2013-cü ildə
Lutescens
növmüxtəlifliyinə aid olan genotiplərin 46,3%-nin sarı pasa dayanıqlı
olduğu görülmüşdür. Digər növmüxtəlifliklərində isə bu göstərici az olmaqla uyğun
olaraq
Erythrospermumda
35,0%,
Ferrugineumda
41,7%, G
raecumda
isə 19,3%
olmuşdur. Bu isə Dağlıq Şirvan bölgəsi üçün sarı pasa davamlılıqda
Lutescens,
Erythrospermum
və
Ferrugineum
növmüxtəlifliklərinə diqqət yetirməyin əhəmiyyətli
olduğunu göstərir.
Dostları ilə paylaş: