430
son illər heyvandarlığın sürətli inkişaf etməsinə baxmayaraq bu bitkiyə ögey
münasibət hələdə davam etməkdədir. Halbuki, südlük təyinatlı malqaranın şirəli
yemlə təmin olunmasında bu bitkinin rolu əvəzsizdir.
Bir sıra kənd təsərrüfatı bitkiləri kimi yem çuğunduru da vegetasiya
müddətində ikişafının ilkin mərhələsində qida maddələrinə olduqca tələbkar olur.
Əsasən birinci il məhsul verdiyi üçün torpaqdan mineral maddələrlə yanaşı küllü
miqdarda mikroelementlərdə mənimsəyir.
Ümümiyyətlə
nəzərə alsaq ki, bitkilər eyni yerdə uzun müddət becərildikdə
torpaqda olan qida maddələrini mənimsəməklə onu tükəndirir. Ona görə də həmin
qida maddələrinin yenidən torpağa qaytarılması zərurəti meydana çıxır.
Məlumdur ki, torpaqda bir sıra qida maddələrinin çatışmaması, əkilmiş
bitkilərin inkişafında müxtəlif yollarla özünü bürüzə verir. Beləki, bitkilərdə normal
inkişaf təmin olunmur, xəstəlik və zərərvericilərə qarşı müqavimət azalır,
nəticədə
məhsuldarlıq və məhsulun keyfiyyəti aşağı düşür.
Məlumdur ki,kimi zonalar üzrə qida maddələri və eləcədə mikroelementlər
bərabər surətdə paylanmadığı üçün torpağın münbütlüyi də müxtəlif olur.
Akademik P.A.Vlasyuk və M.İ. Şkvaruk çoxillik tədqiqatlarla sübut etmişlər
ki, toxumların səpinqabağı mikroelementlərlə işlənib hazırlanması toxumun cücərmə
faizinin çoxalmasına, vegetativ orqanların normal böyüməsinə, bitkidə fazaların
sürətlənməsinə, məhsuldarlığın isə 20 %-ə qədər artmasına səbəb olur.
Bu mühüm məsələni öyrənmək məqsədilə Gəncə-Qazax zonasında (Ağstafa
YTT) sınaq təcrübəsi aparılmışdır.
Təcrübənin aparılmasında əsas məqsədçuğundur toxumunun ayrı-ayrı
mikroelementlərlə işlənib hazırlanması və həmin mikroelementlərin bitkinin
məhsuldarlığına, keyfiyyətinə təsirini öyrənməkdən ibarət olmuşdur.
Təcrübə sahəsindən götürülmüş torpağının aqrokimyəvi
analizi nəticəsində
müəyyən edilmişdir ki, əkin qatında humusun miqdarı 5,36%, ümümi azot 6,90 %,
fosfor 23,3% və udulmuş kalium 21,93%, illik yağmurların miqdarı isə 500-560 mm-
ə qədərdir.
Rəqəmlərdən göründüyü kimi, zona üzrə torpaqda olan ehtiyyat qida
maddələrinin zənginliyi, iqlimin normal keçməsi
çuğundur bitkisindən yüksək
məhsul almağa imkan verir.
Tədqiqat aşağıdakı metod üzrə aparılmışdır.
Çuğundur toxumları manqan, bor, molibden və sink duzlarının 0,05%-li
məhlulunda, nəzarət toxumları isə distillə olunmuş suda 24 saat müddətində
isladılmış və kölgədə qurudulmuşdur.
Torpaqda gündəlik orta temperatur 10-12
0
C olduqda mart ayının III
ongünlüyündə hər ləkin sahəsi 50 m
2
olmaqla 4 təkrarda, 12 kq səpin normasında
səpin aparılmışdır.
Səpində yem çuğundurunun rayonlaşmış «Barres» sortundan isdifadə
olunmuşdur.
Çuğundur üçün sələf bitki payızlıq buğda sahəsidir. Payızlıq buğda
toplandıqdan sonra sahə üzləyici ilə 10-12 sm dərinlikdə üzlənmiş, əsas şum altına 15
431
ton peyin, təsiredici maddə hesabı ilə 60 kq azot, 90 kq fosfor və 60 kq kalium (N
60
P
90
K
60
) gübrəsi verilərək şum aparılmışdır.
Həmin şum yazqabağı əmələ gəlmiş alaq otlarını
məhv etmək üçün yenidən
disklənmiş və səpindən qabaq mala çəkilmişdir. Sahə səpinə hazır vəziyyətə
gətirildikdən sonra əl ilə şırım çəkilərək səpin aparılmışdır.
Sahədə tam cücərtilər alındıqdan sonra 6-8 sm dərinliyində cərgə arası əl ilə
toxalanmışdır.
İlk filqə yarpaqlar əmələ gəldikdən sonra birinci seyrəltmə, eyni zamanda
seyrək yerlər isə isladılmış toxumlar hesabına yenidən bərpa olunmuşdur.
Vegetasiya müddətində metodikada nəzərdə tutulmuş
aqrotexniki tədbirlər
vaxtaşırı yerinə yetirilmişdir.
Aparılmış ilkin manitorinq nəticəsində müəyyən edilmişdir ki, mikrogübrələrin
təsiri nəticəsində toxumların cücərməsi nəzarət variantına nisbətən tez yəni,
manqanın təsirindən 3 gün, borun təsirindən 4 gün, molibdenin təsirindən 6 gün,
sinkin təsirindən isə 8 gün tez başlamışdır. Cücərtilərin əmələ gəlməsinin nəzarət
variantına nisbətən tez başlanmasının əsas səbəbi mikroelementlərin bitki
hüceyrələrindəki fermentlərin fəaliyyətinə olan təsiri ilə əlaqədardır.
Yem çuğundurunun həyatında yarpaqların böyük rolu vardır. Yarpaq
aparatının tez formalaşması və bütün vegetasiya müddətində yaşıl qalması həm
bitkinin məhsuldarlığına həm də quru maddələrin toplanmasına böyük təsir edir. Bu
eynilə yarpaqların əmələ gəlmə dəyişkənliyinə də (dinamikasına) öz təsirini göstərir.
Ümumiyyətlə yarpaqların artım dəyişkənliyinə nəzarət etdikdə məlum oldu ki,
iyulun I ongünlüyünə kimi bu proses sürətlə gedir.
Bundan sonra isə qurumuş
yarpaqlar hesabına azalmağa başlayır. Tədqiqat göstərir ki, iyulun 2-də nəzarət
variantında 51 yarpaq olduğu halda, manqanın təsirindən 53, borun təsirindən 56,
molibdenin təsirindən 58və sinkin təsirindən isə 61 ədəd çox olmuşdur.
Hər bir yarpağın həyat fəaliyyəti 22-65 günə qədər davam edir. Lakin əmələ
gəlmiş ilk cüt yarpaqlar az ömürlü olduğundan bitkinin həyatında
nisbi çəkisidə az
olur. Yayda əmələ gələn yarpaqlar isə vegetasiyanın sonuna qədər yaşadığı üçün
köküyumrularıninkişafında və qida maddələrinin toplanmasında mühüm rol oynayır.
Yarpaqların tökülməsi mövsümün sonuna yaxın daha intensiv olur.
Vegetasiya müddətində bitkilər üzərində aparılmış fenoloji müşahidələr
göstərmişdir ki, həmcinin mikroelementlərdə kökyumruların gündəlik artımına öz
təsirini göstərir. Beləki, kökyumruların gündəlik artım dəyişkənliyi iyul-avqust
aylarında bütün variantlar üzrə daha əhəmiyyətli dərəcədə olmuşdur. Bu dövrdə
gündəlik artım 9,8-10,2 qrama çatmışdır.
Vegetasiyanın sonuna yaxın (sentyabr-oktyabr aylarında) gündəlik orta
temperaturun aşağı düşməsi hesabına köklərin artım faizi isə azalaraq 3,2-4,3 qrama
satmışdır.
Dostları ilə paylaş: