Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə273/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   269   270   271   272   273   274   275   276   ...   352
 
R.B.ABBASOV 
Dissertant 
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı 1098, Pirşağı qəs., Sovxoz 2 
 
Məqalədə 2013-2015-ci illərdə Zaqatala rayonunun dəmyə şəraitində əsas 
becərmə üsullarının bitki sıxlığı, qidalanma şəraiti və cərgəarası becərmənin 
qarğıdalının struktur elementlərinə və dən məhsuldarlığına təsiri üzrə aparılmış 
tədqiqat işinin nəticələri şərh edilir.
Bitki sıxlığı, qidalanma şəraiti və cərgəarası becərmələrin asılı olaraq 
qarğıdalının bir sıra struktur elementlərinə, böyüməsinə və dən məhsuldarlığına 
təsiri verilmişdir. 
Nəticədə hektara 47 min bitki olmaqla 70 X 30 sm sxemində N
140
P
100
+20 ton 
peyin fonunda 2-ci cərgəarası becərmənin dibdoldurma ilə əvəz ediıməsi variantında 
yüksək nəticə alınmışdır. 
 
Açar sözlər:
torpağın aqrokimyəvi göstəriciləri, bitki sıxlığı, qidalanma şəraiti, 
cərgəarası becərmə, dibdoldurma, struktur elementləri, dən məhsuldarlığı 
Ключевые слова: 
агрохимическая характеристика почвы, густота и 
схема посева, междурядная обработка, окучивание, структурные элементы, 
урожайность 
Key words: 
agrochemical features of soil, plant density, nutrition condition, 
inter – row cultivation, earthing up, yield, structural elements


434 
Azərbaycanda qarğıdalıçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən ən gəlirli 
sahələrindən biri hesab olunur. 
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu bitki olduqca böyük 
potensial imkanlara malikdir. 
Qarğıdalı xalq təsərrüfatının müxtəlif sahələrində ərzaq, yem və texniki 
məqsədlər üçün istifadə olunur. Qarğıdalı çoxtərəfli istifadə olunan xüsusiyyətlərə 
malikdir. Onun yüksək qidalılığı zəngin kimyəvi tərkibə malik olması ilə bağlıdır. 
Respublikamızda torpaq-iqlim şəraiti qarğıdalıdan yüksək və keyfiyyətli məhsul 
alınmasına imkan verir. 
Ümumiyyətlə, kənd təsərrüfatı bitkillərinin o cümlədən qarğıdalının 
məhsuldarlığı və keyfiyyəti sortdan, torpaqdan, iqlim şəraitindən və tətbiq olunan 
aqrotexniki tədbirlərdən çox asılıdır. 
Bütün bunlar üçün qarğıdalının bioloji xüsusiyyətləri və becərilmə 
texnologiyasını öyrənmək tələb olunur. 
Yer kürəsində elə bir ölkə yoxdur ki, orada qarğıdalıdan istifadə edilməsin. 
Dünya miqyasında 139 milyon hektardan çox dən məhsulu üçün qarğıdalı 
becərilir. 
Ölkəmizdə qarğıdalının öyrənilməsi üçün geniş tədqiqat işləri aparılmışdır, 
lakin zaman keçdikcə bu bitkinin sort və hibridləri təzələnmış, becərmə texnologiyası 
dəyişmişdir. 
Respublikamızda istər kənd təsərrüfatının, istərsə də sənayenin daxili 
təlabatının tam ödənilməsi məqsədi ilə qarğıdalı bitkisinin əkin sahəsinin və 
məhsuldarlığının artırılması zəruridir. 
1980-ci ilərdə qarğıdalının əkin sahəsi 100 min hektar olduğu halda, bu gün bu 
bitkinin əkin sahəsi və məhsuldarlığı xeyli azalmışdır. Son vaxtlar məhsuldar 
sortların və hibridlərin yaradılması bu bitkidən daha yüksək və keyfiyyətli dəni və 
silos kütlə alınmasını təmin edir. 
İlk vaxtlar qarğıdalı bir bağçılıq və bostan bitkisi kimi becərilirdi, ondan sonra 
yetişməmiş halda sütül bişirib istifadə edilirdi. Qarğıdalının mənşəyi haqqında çox 
müxtəlif fərziyyələr mövcuddur, lakin nisbətən dəqiq məlumat alaraq mənşəyi 
Meksika sayılır. Azərbaycana qarğıdalının haradan gətirilməsi haqqında dəqiq 
məlumat yoxdur, belə güman edilir ki, qarğıdalı Gürcüstandan gətirilmişdir. Şəki-
Zaqatala bölgəsində əkilən yerli sortların bir sıra ümumi xüsusiyyətləri Gürcüstanda 
becərilən sortlara çox oxşayır, xüsusilə sortların uca boylu olması, 1000 dənin kütləsi 
və s. 
Dünyamalıyev S.A. və [5] göstərirlər ki, Əkinçilik institutunda uzun illər 
ərzində aparılmış tədqiqatla seleksiya işləri nəticəsində təsərrüfat qiymətli əlamətlərə 
malik həm dən, həm də yemlik istiqamətli sortlar o cümlədən Zaqatla-68 sortunun 
vegetasiya müddəti 111 gün, bitkinin boyu 316 sm, yarpaq sayı 16 ədəd, qıcanın 
uzunluğu 24 sm, qıçanın dən çıxımı 81,4%, 1000 dənin kütləsi 335 qr, məhsuldarlığı 
65,9 s/ha olmuşdur. Şəki rayonunun suvarma şəraitində tədqiqat nəticəsində müəyyən 
etmişlər ki, gübrəsiz variantda Zaqatala-68 qarğıdalı sortunun 1000 dənin kütləsi 
359-382 qr, məhsuldarlığı 61-71,6 s/ha arasında dəyişmişdir. 


435 
Musayev Ə.C; Təlai C.M. [1] qeyd edirlər ki, qarğıdalı hər hektar sahədən 50-
60 dən və 500-600 s yaşıl kütlə məhsul götürüldükdə torpaqdan 150-180 kq azot, 50-
60 kq fosfor və 150-160 kq kalium aparır. 
Bu məqsədlə qarğıdalı əkilən sahəyə 30-40 ton üzvi gübrə, 150 kq fosfor, 90 
kq kalium şum altına azot gübrəsi isə səpindən sonra becərmədən əvvəl yemləmə 
şəkilində verilmişdir. 
Məmmədova P.M; Rzayev M.Y. [4] - Abşeronun suvarma şəraitində 2012-
2014-cü illərdə apardıqları tədqiqata əsasən göstərirlər ki, hektarda bitkilərin sayı 
artdıqda qarğıdalının inkişafı ləngiyir, ən yüksək böyümə, inkişaf və məhsuldarlıq 
N
130
P
100
+20 ton peyin fonunda hektara 41 min bitki olmaqla 70 X 20 sm sxemində 
aparılan səpinlərdə müşahidə edilmişdir. 
Akademik Xadjinov M.H. [3] tədqiqatında ilk dəfə ölkədə qarğıdalıda zülalın 
keyfiyyətinin yaxşılaşdırılması üçün seleksiya işinə başlamışdır. Qarğıdalının genetik 
xüsusiyyətlərini öyrənməklə hibrid qarğıdalının müxtəlif sortlarının Meksika və Latın 
Amerikasında 1930-cu ilə qədər öyrənilmədiyini izah etmişdir. 1966-cı ildə mutasiya 
Opeyk-2 yaranmış nəticəsində ehtiyyat zülalın fraksiya tərkibinin dəyişməsi 
endospermoda lizinin artmasına səbəb olmuşdur. 
Əliyev S.C, Behbudova S.P. [6] yazırlar ki, qarğıdalı yağı ən yaxşı və 
keyfiyyətli bitki yağıdır. Aparılmış təcrübələrlə sübut etmişlər ki, qarğıdalı yağı 
istifadə edən yaşlı insanların orqanizmində cavanlaşma prosesi gedir. Qarğıdalıda 
keyfiyyətli texniki spirt, yağ lak, qənd və sabun alınır. 
Cəfərov M.İ. [7-8] yazır ki, sortun başlıca göstəricisi olan məhsuldarlığın ona 
təsir edən amillərdən asılı olduğunu, aqrotexniki qaydalara əməl olunduqda k/t 
bitkiləri, o cümlədən qarğıdalı rütubət; qida maddələri; günəşdən daha səmərəli 
istifadə edərək öz məhsuldarlığını yüksəltmişdir. 
Bu mənada qarğıdalının mənşəyini, biologiyasını, yayılmasını, becərmə 
texnologiyasını, xalq təsərrüfatı əhəmiyyətini, botaniki xüsusiyyətlərini öyrənmədən 
bu bitkidən yüksək və keyfiyyətli məhsul almaq olmaz. Yuxarıda göstərilənləri 
nəzərə alaraq biz tədqiqatımızda Zaqatala rayonunun nəmliklə təmin olunmuş dəmyə 
şəraitində, qarğıdalının dən üçün becərilməsində əsas amillərin (bitki sıxlığı, 
qidalanma şəraiti və cərgəarası becərmə) elmi cəhətdən öyrənilməsi və 
əsaslandırılaraq fermerlərə iqtisadi cəhətdən sərfəli tövsiyələrin verilməsini qarşıya 
məqsəd qoymuşuq. 
Tədqiqat işi ƏET İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının Pərzivan 
sahəsində Zaqatala-68 sort ilə aparılmışdır. Ərazinin torpaqları əsasən çəmən-dağ 
torpaqları olub, humusun miqdarı 2,56 %, ümumi azot 0,17 %, ümumi fosforun 
miqdarı 22,7% təşkil edir. Təcrübə sahəsində qarğıdalı səpini aprelin 3-cü 
ongünlüyündə aparılmışdır. 
Qarğıdalı dəni almaq üçün 3 amilli (2 x 3 x 3) tarla təcübəsi aşağıdakı sxemdə 
aparılmışdır. Səpin hektarda 41 min bitki olmaqla 70 x 35 sm, hektarda 47 min bitki 
olmaqla 70 x 30 sm, hektarda 57 min bitki olmaqla isə 70 x 25 sm sxemdə 
aparılmışdır. 
Gübrə normaları üzrə Gübrəsiz, N
140
P
100
+20 ton peyin və N
180
P
120
K
60 
variantları öyrənilmişdir. Peyin, fosfor və kalium gübrələrinin hamısı şum altına 


436 
verilmişdir. Azot gübrəsinin isə 30 %-i səpinqabağı, qalan hissəsi isə cərgəarası 
becərmələrdə verilmişdir. Bitki sıxlığı və qidalanma şəraiti cərgəarası 2 dəfə becərmə 
və dibdoldurma variantında öyrənilmişdir. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin