Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə281/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   277   278   279   280   281   282   283   284   ...   352
 
UOT 631.71:631.589.2:631:544
 
ƏKİN SIXLIĞINDAN ASILI OLARAQ AZOT GÜBRƏSİNİN TÜTÜN 
BİTKİSİNİN TOXUM MƏHSULUNA VƏ TOXUMUN KEYFİYYƏTİNƏ 
TƏSİRİ 
 
S.A.QULİYEVA 
Böyük elmi işçi 
Elmi-Tədqiqat Əksinçilik İnstitutu, Sovxoz №2, Bakı, Azərbaycan 
Tel.: 5516130

4974931 
 
 
Məqalədə aparılan tədqiqat işinin nəticələri verilmişdir. Ətirli tütün sortları 70 
X 15 sm əkin sıxlığında əkildikdə hektara 60 kq- fosfor, 60kq-kalium fonunda 45 kq 
azot gübrəsinin verilməsi zamanı yüksək və keyfiyyətli toxum məhsuldarlığının 
alınması müəyyən edilmişdir. 
 
Açar sözlər: 
gübrə, torpaq, azot, kalium, fosfor, toxum, sort, Zaqatala-67, 
Samsun-155, Trapezond-285, əkin sıxlığı 
Ключевые слова : 
удобрение, почва, азот, калиум, фосфор, зерно, сорт, 
Загатала-67, Самсун-155, Трапезонд-285, густота стояния растений
Key words : 
fertilizer, soil, nitrogen, potassium, phosphorus, crop, variety, 
Zaqatala-67, Samsun-155, Trapezond-285, plant densit 
Kənd təsərrüfatı bitkiləri tütün bitkisinin məhsuldarlığı toxumun sort və əkin 
keyfiyyətindən asılıdır. Tütün bitkisi öz-özünə tozlanan bitkidir. Çarpaz tozlanması 
da mümkündür. Bu həşaratlar və ya külək vasitəsi ilə baş verir. Çiçəklərin normal 
mayalanması üçün əlverişli şərait günün uzunluğu 15-16 saat və havanın orta sutkalıq 
temperaturu 20-22
0
C olduqda daha intensiv gedir. tütün bitkisinə xas olan 
əlamətlərdən biridir. 
Əvvəlcə mərkəzdəki sonra isə periferik qutucuqlar yetişməyəy başlayır. 
Yetişmiş qutucuqlar və toxumlar açıq qəhvəyi rəng alır. Mayalanmadan toxumların 
yetişməsinə qədər olan müddət sortun bioloji xüsusiyyətlərindən və təbii iqlim 
şəraitindən asılı olaraq (orta temperatur 20-22
0
C) 25-30 gün davam edir. Periferik 
qutucuqlarda olan toxumlar mərkəzdəkilərə nisbətən yüngül olurlar. Bu cür 
toxumlardan yetişdirilən bitkilərin yarpaqları uzunsov, məhsuldarlığı isə aşağı olur 

1

. Ona görə də yüksək keyfiyyətli toxum almaq üçün periferik çiçək qrupları 


448 
vurulur. Bu toxum məhsuldarlığını nisbətən aşağı salır, lakin keyfiyyətli toxum 
hesabına kompensasiya olunur. Tütün toxumları şərti olaraq iki əsas bioloji və 
fizioloji yetişkənlik fazasına ayrılır. Birinci fazada toxumlar tam formalaşır, çiçək 
yatağından ayrılır və qidalanması dayanır. Bu cür toxumlar keyfiyyətsiz olub çox 
zəif cücərirlər. İkinci faza isə toxum yəğıldıqdan təxminən bir il sonra başlayır. 
Tütünçülükdə 2-3 illik toxumlardan istifadə edilir. Bu fazanı istilik verməklə 
tezləşdirmək mümkündür. Təzəcə yığılmış toxumlar 25-30
0
C temperaturda və 60-
65% nəmlikdə 1-2 ay ərzində fiziliji yetişkənlik fazasına çatmış olur 

4


Tütünçülükdə elit toxumlardan istifadə edildikdə daha səmərəli olur. Tütün 
toxumu çox kiçik olub uzunluğu 0,75 mm, eni 0,65 mm, qalınlığı isə 0,55 mm-dir. 
1000 dənin kütləsi 0,05-0,09 q, 1000 dənin mütləq həcmi 0,055-0,075 sm
3
, toxumun 
natura çəkisi 0,5 kq, xüsusi çəkisi 1,06-1,16 məsaməliliyi 54-59% olmaqla 1 qram 
çəkidə 12-15 min tütün toxumu olur 

2


Ştillik üçün toxumun səpin norması 0,3-0,5 qr/m
2
, bir hektar sahəyə 25-30 qr 
toxum tələb olunur. Toxumun tərkibində 6,9-7,1% su, 3,3% kül, 36,4-43,1% yağ, 
19,6-26,4% zülal, 14,2% sellüloz, 2,1-3,9% karbohidrat, 3,6 ümumi azot və 3,5% 
fosfor vardır. 
Məhsuldarlığın artırılması və keyfiyyətin yaxılaşdırılması və fermerlərin 
keyfiyyətli toxumla təmin edilməsi böyük əhəmiyyəti malikdir. Ona görə də fermer 
təsərrüfatlarını keyfiyyətli toxumla təminatı və toxumçuluq işinin yaxşılaşdırılması, 
başlıca məsələlərdəndir. Toxumçuluğu düzgün təşkil etmədən tütün bitkilərindən 
yüksək və keyfiyyətli məhsul almaq qeyri mümkündür

2


Toxumlar keyfiyyətli olduqda onlardan alınan bitkilər yaxşı inkişaf edir
möhkəm olur bu isə gələcəkdə yüksək və keyfiyyətli məhsul alınmasında başlıca 
şərtdir. Səpin üçün ayrılan toxumlar keyfiyyətli, dolu, sağlam və təmiz olmalıdır. 
Fermer təsərrüfatlarında tütün bitkisinin məhsuldarlığının artırılması və keyfiyyətinin 
yaxşılaşdırılmasında elit toxumların böyük əhəmiyyəti vardır. Azərbaycan 
Respublikası şəraitində çiçək qrupunda olan toxum qozalarının yetişməsi orta hesabla 
26-30 gün çəkir. Bu müddət havanın temperatururndan, nisbi rütubətindən və 
bitkilərin qidalanma rejimindən çox asılıdır. Toxumların optimal rejimdə yetişməsi 
onların keyfiyyət göstəricilərinə də təsir edir

2


Çiçəkləmə qurtarmamaış çiçək qrupuna verdikdə və zəif qozaları qırıb atdıqda 
toxumun məhsuldarlığı artır və toxumların yetişməsi sürətlənir. Eyni zamanda 1000 
dənin kütləsi artır. Bu onunla izah olunur ki, gec açılan və zəif qozalar kəsildikdə 
bitkiyə daxil olan qida maddələri bu orqanların inkişafına yox toxumun və yarpağın 
inkişafına sərf olunur. 
Kefiyyətli toxum alınması üçün əkin sıxlığından asılı olaraq azot gübrəsinin 
normalarının öyrənilməsi və tətbiqi böyük əhəmiyyət kəsb edir. Bunları nəzərə 
alaraq tarla şəraitində əkin sıxlığından asılı olaraq azot gübrəsinin müxtəlif 
normalarının ətirli tütün sortlarının toxum məhsuluna və keyfiyyətinə təsiri 
öyrənilmişdir

6


Toxum sahədə tam yetişdikdən sonra yığılaraq bir çiçək qrupunda olan 
qutucuqların sayı sayılmış, bir çiçək qrupunda olan toxumlar qurudularaq çəkisi 


449 
çəkilmiş və hektardan toxum məhsulu hesablanmışdır. Bundan 3 ay sonra 1000 
dənin kütləsi çəkilmiş, cücərmə enerjisi öyrənilmişdir. 
Samsun-155 sortunda 70x10 sm qida sahəsində hektara P
60
K
60
verilən variantda 
hektara 2,3 sentner toxum məhsulu alındığı halda Fon +N
30
variantında 2,9 s/ha, Fon 
+N
45 
variantında 3,1 s/ha, Fon +N
60 
variantında isə 3.4 s/ha toxum məhsulu 
alınmışdır. 70x15 sm və 70x20 sm qida sahələrində toxum məhsuldarlığında eyni 
qanunauyğunluq müşahidə olunmuşdur. Yəni qida sahəsi və azot gübrəsinin 
normaları artdıqca toxumun məhsuldarlığı da artmışdır. Samsun-155 sortunda bu 
qanunauyğunluq 1000 toxumun kütləsində, toxumların cücərmə enerjisində, 
toxumların cücərməsində, bir çiçək qrupunda olan qutucuqların sayında və bir çiçək 
qrupunda olan toxumların çəkisində də müşahidə edilmişdir (cədvəl 1). 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin