Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə283/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   279   280   281   282   283   284   285   286   ...   352
S.A.Guliyeva 
Research Institute of Crop Husbandry 
 
In the artcle have been given results of the contucted researches. Have been 
revealed that. Productivity of crops increases by utilizing 45 kg of the nitrogen 
fertilizer in the background of 60 kg of phosphorus and potasium at the sowing 
process of the fragrant tobacco varieties according to 70 х 15 cm plant density 
scheme. 
 
UOT 631:631.582 
 
ABŞERONUN SUVARMA ŞƏRAİTİNDƏ BECƏRMƏ AMİLLƏRİNİN 
QARĞIDALININ DƏN MƏHSULUNUN STRUKTUR ELEMENTLƏRİNƏ 
TƏSİRİ
 
P.M.MƏMMƏDOVA
Dissertant
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı, Az 1098, Sovxoz №2 
E-mail: mammadova.p@mail.ru 
 
Məqalədə becərmə amillərinin qarğıdalının Zaqatala-420 sortunun struktur 
elementlərinə təsiri verilmişdir.Bitki sıxlığı və qidalanma şəraitinin dən üçün 
becərilən Zaqatala-420 qarğıdalı sortunun struktur elementlərinə təsiri hektarda 47 
min bitki olmaqla N
180
P
120
+20 ton peyin fonunda yüksək olmuşdur. 
 
Açar sözlər:
sort, qarğıdalı, bitki sıxlığı, qidalanma şəraiti 


453 
Ключевые слова:
сорт, кукуруза, густота стояния растений, условия 
питания 
Key words:
variety, corn, plant density, nutrition conditions 
 
Qarğıdalının becərilməsinə daxil olan amillər icərisində bitki sıxlığının düzgün 
nizamlanması yüksək dən məhsulunun formalaşmasına birbaşa təsir edir. Belə ki, 
optimal bitki sıxlığında dən məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəlir.Qarğıdalı 
bitkisinin məhsuldarlığına beçərmə üsullarının təsirinin öyrənilməsi ilə müxtəlif 
vaxtlarda bir sıra tədqiqatçılar məşğul olmuşlar [1; 2; 3].
 
Dən istehsalının artırılmasında etibarlı ehtiyat mənbələrindən biri qarğıdalı 
bitkisidir. Bu bitki xalq təsərrüfatında müxtəlif məqsədlər ücün istifadə edilir. 
Dünyada istehsal olunan qarğıdalı dəninin 60-65%-i yem, qalanı isə ərzaq və texniki 
məqsədlər ücün istifadə olunur. 
Məhsuldarlığına və yemlik dəyərinə görə qarğıdalı bütün dənlı alaf bitkilərindən 
üstündür. Onun dəni kombinə edilmiş yem hazırlanmasında əvəz olunmaz 
komponentdir. Buğda və çovdar unu ilə qarğıdalı ununun qarışığından cörək bişirilir 
və müxtəlif qənnadı məmulatları hazırlanır.
 
Sənayedə qarğıdalı dənindən nişasta, etil spirti, şəkər, yağ, E vitamini, askarbin 
turşusu alınır. Əhəmiyyətli ərzaq və yem bitkisi olduğunu nəzərə alaraq qarğıdalının 
becərilməsində aqrotexniki tədbirlər kompleksinə daxil olan səpin üsulu, bitki sıxlığı 
və qidalanma şəraitinin öyrənilməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur. 
Məlumdur ki, yüksək dən məhsulunun formalaşması bilavasitə struktur 
göstəricilərinin səviyyəsindən asılıdır. Belə ki, məhsulun struktur göstəriciləri nə 
qədər yüksək olarsa, məhsuldarlıq da bir o qədər yüksək olar. Məhsulun struktur 
göstəriciləri tətbiq olunan aqrofonun səviyyəsindən asılı olaraq dəyişir. Belə ki, 
aqrofon optimal olduqda məhsul göstəriciləri yüksəlir. Becərilmə şəraitindən asılı 
olaraq, qargıdalı bitkisində məhsulun struktur göstəricilərinin öyrənilməsi ilə bir çox 
tədqiqatcılar məşğul olmuşlar [4;5].
Qidalanma şəraiti və bitki sıxlığından asılı olaraq qarğıdalı bitkisində məhsulun 
struktur elementləri öyrənilərək nəticəsi illər üzrə cədvəllərdə (1; 2 və 3) verilmişdir. 
Cədvəl 1-dən görünür ki, hektarda bitkilərin sayı artdıqca məhsulun struktur 
elementlərinə daxil olan bir bitkidə qıçanın sayı, kütləsi, qıçadan dən çıxımı, qıçanın 
uzunluğu, qıçanın diametri və 1000 dənin kütləsi azalır.
Belə ki, 2012-ci tədqiqat ili üzrə hektarda 41 min bitki olduqda qidalanma 
şəraitindən asılı olaraq bir bitkidə qıçanın sayı 0,9-2,2 ədəd, bir bitkidə qıçanın kütləsi 
120,5-240,5 qram, qıçadan dən çıxımı 79,6-83,5%, qıçanın uzunluğu 16,4-22,6 sm, 
qıçanın diametri 3,3-5,4sm, 1000 dənin kütləsi 240,2-302,4 qram arasında olmuşdur. 
Hektarda 47 min bitki olduqda qidalanma şəraitindən asılı olaraq, bir bitkidə qıçanın 
sayı 0,9-2,1 ədəd, bir birkidə qıçanın kütləsi 114,2-235,0 qram, qıçadan dən çıxımı 
78,2-82,4%, qıcanın uzunluğu 15,2-21,4sm, qıçanın diametri 3,2-5,2sm, 1000 dənin 
kütləsi 232,6-298,2 qram oldugu halda, hektarda 57 min bitki olduqda bu göstəricilər 
müvafiq olaraq 0,8-2,0 ədəd; 110,4-230,2 qram; 76,8-80,2%; 15,0-20,2 sm; 3,0-
5,1sm və 226,2 -295,4 qram arasında dəyişilmişdir. 


454 
2012-ci tədqiqat ilində struktur elementlərinin ən yüksək qiyməti N
180
P
120
+20 
ton peyin fonunda müşahidə edilmişdir. Bu fonda hektarda bitki sayından asılı olaraq, 
bir bitkidə qıçanın sayı 2,0-2,2 ədəd, bir bitkidə qıçanın kütləsi 230,2-240,5 qram, 
qıçadan dən cıxımı 80,2-83,5%, qıçanın uzunluğu 20,2-22,6 sm, qıçanın diametrı 5,1-
5,4 sm və 1000 dənin kütləsi 295,4-302,4 qram olmuşdur ki, bu da digər qidalanma 
şəraitlərinə nisbətən xeyli yüksəkdir.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin