473
bioloji məhsuldarlığın təmin edilməsindən, ətraf mühitin keyfiyyətinin qorumasından,
flora və faunanın sağlam inkişafından ibarət olduğunu qeyd edirlər. Torpağın
keyfiyyəti onun deqradasiya səviyyəsinin və elastikliyinin (tez bərpa olunmasının)
balansı və ekosistem çərçivəsində müxtəlif torpaq xassələrinin birgə təsiri ilə
müəyyən edilən ekoloji funksiyaları həyata keçirmək qabiliyyəti kimi də təyin edilir
[12; 13].
Torpağın keyfiyyəti adətən üç aspektdən öyrənilir: fiziki, kimyəvi və bioloji.
Torpaqda baş verən kimyəvi və bioloji proseslər onun fiziki xassələrindən asılıdır.
Odur ki, torpaq keyfiyyəti tədqiqatlarında
onun nəmliyini, sıxlığını, məsaməliyini,
strukturunu, suyadavamlılığını və digər fiziki xassələrini qiymətləndirmədən
torpaqda baş verən prosesləri dərk etmək mümkün deyildir. Torpağın fiziki xassələri
bitki-mikrobioloji sistemin yaşayış mühitinin fiziki amilini formalaşdırır. Torpaqların
fiziki vəziyyəti bilavasitə ətraf mühitin keyfiyyətinə və bitkilərin məhsuldarlığına
təsir edir. Yaxşı fiziki şəraitli aqreqatlaşmış torpaqların məsamə fəzasında hava və
suyun optimal balansı təmin olunur [16].
Son zamanlar aqrolandşaftda enerji və maddə daşınmasının
istiqamətinin və
intensivliyinin məhz torpağın fiziki xassələrinin müəyyən etməsi aydın şəkildə dərk
edilməkdədir. Aqroekosistemin mühüm tərkib hissələrindən biri olaraq torpağın fiziki
xassələri bitkinin böyüməsini, inkişafını və məhsuldarlığını nəzərəçarpacaq dərəcədə
məhdudlaşdıra
bilər
və
nəticədə
istehsalatda
aqroekosistemdən,
onun
komponentlərindən effektiv istifadəni azaldar.
Bitkilər üçün optimal şəraitin tədqiqi zamanı adətən torpağın fundamental və
idarə olunan fiziki xassələri nəzərə alınır. Bu xassələrin spektri çox genişdir:
qranulometrik tərkib və üzvi maddənin miqdarı, hidrofiziki xarakteristikalar və
hidroloji sabitlər, sıxlıq və məsaməlik, strukturluq və suyadavamlılıq göstəriciləri və
s. Adətən minimum sayda göstəricinin istifadəsindən maksimum infornasiyanın əldə
edilməsi prinsipi əsas götürülür. Bu baxımdan bitkilər üçün
optimal şəraitin ümumi
şəkildə
qiymətləndirilməsində
kompleks
göstəricidən
istifadə
olunması
məqsədəuyğundur. Belə ümumi göstəriciyə orta çəkili “aqrofiziki indeks” [8] və orta
həndəsi “aqrofiziki vəziyyət indeksi” [4] misal ola bilər. Qeyd edilən göstəricilər
torpağın hər hansı xassəsini deyil, bütövlükdə torpağın aqrofiziki vəziyyətini
xarakterizə etməyə imkan verir.
Torpağın fiziki vəziyyətinin aqrofiziki qiymətləndirilməsi
yekun aqrofiziki
vəziyyət indeksinin (AFİ) hesablanması ilə aparılır. AFİ torpağın təcrübi təyin
edilmiş (faktiki) fiziki xassələrinin qiymətlərinin (
)
,
1
(
,
Dostları ilə paylaş: