Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə313/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   309   310   311   312   313   314   315   316   ...   352
 
Açar sözlər:
aqrofiziki xassələr, sıxlıq, kütləvi nəmlik, ümumi məsaməlilik, 
aerasiya məsaməliliyi, məhsuldarlıq 
Ключевые слова:
агрофизические свойства, плотность сложения, 
массовая влажность, общая пористость, пористость аэрации, продуктивность 
Key words: 
agrophysical properties, bulk density, mass wetness, total porosity, 
air-filled porosity, productivity 
Kənd təsərrüfatı ekosisteminin bioloji məhsuldarlığı torpağın aqrofiziki 
xassələrindən və rejimlərindən asılıdır. Torpaq örtüyünün aqrofiziki vəziyyəti 
bitkilərin böyüməsini, inkişafını və məhsuldarlığını şərtləndirir. Konkret torpaq-iqlim 
şəraitində aqrofiziki tarazlıq vəziyyətinin formalaşmasında torpağın qranulometrik və 
mineraloji tərkibi, üzvi maddənin miqdarı və tərkibi, bitki biomüxtəlifliyi və 
aqrotexniki üsulların tətbiqi və s. mühüm rol oynayır. Torpağın optimal su-hava və 
istilik rejimləri, bununla əlaqədar olaraq bitkilərin qida maddələrini mənimsəmə 
effektivliyi torpağın dinamik fiziki xassələri (sıxlıq,nəmlik, məsaməlik və s.) ilə 
səciyyələnir. Aqroekosistemin əsas komponentləri olaraq torpaq və bitki örtüyünün 
həyat fəaliyyəti müəyyən zaman kəsiyində biotanın inkişafı və torpağın fiziki 
xassələrinin dinamikası ilə şərtlənir. Bitkilər vegetasiya dövründə torpaqdan lazımi 
qida maddələrini mənimsəyir və inkişaf edir, torpaqda isə bu müddət ərzində 
struktur-funksional dəyişikliklər baş verir [13]. 
Torpağın becərilməsi onun aqrofiziki xassələrinə və bitkinin məhsuldarlığına 
əhəmiyyətli dərəcədə təsir göstərir [9; 11; 14; 17]. Təbii və aqroekosistemlərin bioloji 
məhsuldarlığı torpağın nəmliyindən, becərmə üsulu və dərinliyindən, becərmənin 
aparıldığı fiziki nəmlənmə dərəcəsindən və iqlim şəraitindən asılıdır [7; 11]. Torpağın 
becərilməsi ilə əlaqəli bir sıra tədqiqatlar aqrofiziki xassələrin və onların 
dəyişməsinin mübahisəli olduğunu göstərir. Belə ki, bəzi tədqiqatçılar [5; 6; 7; 15] 
becərmənin torpağın fiziki xassələrinə və o cümlədən torpağın sıxlığına təsir 
etmədiyini göstərdikləri halda, digərləri bu təsirin nəzərəçarpacaq dərəcədə olduğunu 
qeyd edirlər [8; 9; 12; 13]. Odur ki, becərəmənin torpağın fiziki xassələrinin 
dinamikasına təsirinin birqiymətli olmaması və bir sıra amillərdən asılı olaraq 
mürəkkəb xarakterdə olması bu tip tədqiqatlara geniş yer verilməsini şərtləndirir. 
Tədqiqatın aparılmasında məqsəd təbii və antropogen amillər fonunda arpa bitkisi 
altında torpağın aqrofiziki xassələrinin dinamikasının öyrənilməsindən ibarət 
olmuşdur. 
Tədqiqat Əkinçilik Elmi-Tədqiqat İnistitunun Qobustan Bölgə Təcrübə 
Stansiyasında (BTS)2014-2015 vegetasiya ilində aparılmışdır. BTS-inərazisi əsasən 
orta və ağır gillicəli qranulometrik tərkibli açıq-şabalıdı (boz-qəhvəyi) torpaq 


501 
örtüyündən təşkil olunmuşdur. Tədqiqat antropogen təsirin intensivliyinə görə 
nisbətən fərqlənən, 2014-cü ilin noyabr ayının Iongünlüyündə Cəlilabad 19 arpa sortu 
səpilmiş 3 torpaq konturunda (I, II, III) aparılmışdır. I (N40
0
31.456
ʹ
, E48
0
53.488
ʹ

734m)– sələfi arpadır; 2014-cü ilin yayında məhsul yığılıb, sonra 6-8 sm dərinlikdə 
diski ilə işlənib və sentyabr ayında 20-22 sm dərinlikdə şum aparılıb; sahəni payızlıq 
taxıl səpininə hazırlamaq üçün oktyabr ayının axırında yenidən diski və mala 
çəkilib.II (N40
0
31.370
ʹ
, E48
0
53.801
ʹ
, 831m) – sələfi qara herikdir; 2013-cü ilin 
yayında taxıl məhsulu yığıldıqdan sonra bu sahə 2014-cü ilin yanvarına qədər boş 
qalıb və yanvar ayında 25-27 sm dərinlikdə şumlanıb. Sonra, 2 dəfə yaz işləməsi 
aparılmışdır. I işləmə 8-10 sm dərinlikdə diski, II – həmin dərinlikdə kultivasiya 
vasitəsilə həyata keçirilmişdir. Sahə payızda yenidən bir dəfə kultivasiya ilə işlənmiş 
və üzərindən mala çəkilmişdir. III (N40
0
31.156
ʹ
, E48
0
53.564
ʹ
, 831m) – sələfi arpadır; 
bu sahə də 2014-cü ilin yayında əkin altından çıxmışdır, iyul ayında 6-8 sm, oktyabr 
ayında isə 8-10 sm dərinlikdə diski ilə işlənmişdir.
Vegetasiya dövründə hər 3 sahədə aşağıdakı aqrokimyəvi tədbirlər həyata 
keçirilmişdir: 1) 2014-cü ilin payızında əkin sahələrinə səpinlə birlikdə 100 kq/ha 
fiziki çəki hesabı ilə 
nitrofoska
, 2) 2015-ci il mart ayının I ongünlüyündə isə 200 
kq/ha fiziki çəki hesabı ilə 
ammonium nitrat
verilmişdir, 3) 2015-ci il aprel ayının I 
ongünlüyündə bitkilərə herbisid çilənmişdir (hektara 20 q hesabı ilə 200-300 litr suda 
həll edilməklə 
tribenuron-methyl
).
Tədqiqat üçün hər 3 əkin sahəsində eyni ölçülü (40 x 40 m) torpaq konturu 
seçilmiş və aralarındakı məsafə 10 m olmaqla torpağın şum (10-15 sm) və şümaltı 
(35-40 sm) qatlarından 9 təkrarla nümünələr götürülmüşdür. Torpağın aqrofiziki 
xassələrinin dinamikasını izləmək məqsədilə hər təkrar üçün 1 m
2
sahə qorunaraq 
fiksə edilmişdir. Tədqiqat müddətində torpağın aqrofiziki xassələri 6 dəfə təyin 
edilmişdir: t
1
– 11.11.2014 (səpindən sonra), t
2
– 27.03.2015 (kollanma), t
3
– 
01.05.2015 (boruyaçıxma), t
4
– 27.05.2015 (sünbülləmə), t
5
– 22.06.2015 (tam 
yetişmə), t
6
– 21.08.2015 (biçindən sonra). Torpağın aqrofiziki xassələri təcrübi və 
hesabi yolla standart metodlarla təyin edilmişdir [3; 4]. Tədqiqatın nəticələri 
p>0.05ehtimal səviyyəsi ilə Minitab Release 14statistik proqram paketi vasitəsilə 
qiymətləndirilmişdir [16]. 
Müəyyən ehtimal səviyyəsi ilə statistik analiz aparmaq üçün torpağın aqrofiziki 
xassələrinin paylanma qanunu müəyyən edilməlidir ki, ona uyğun statistik 
parametrləri qiymətləndirmək mümkün olsun. Odur ki, ilk öncə paylanmanın normal 
və ya Qaus qanununa tabe olmasına dair Ryan-Coynerin RJ-kriteriyası yoxlanılmışdır 
və tədqiq edilən aqrofiziki xassələrin paylanmasının 90%-dən çox hallarda (144-dən 
131-i) normal qanuna tabe olduğu müəyyən edilmişdir. Bu bizə normal paylanmanın 
parametrlərini (orta qiymət və dispersiya) və əlaqəli statistik göstəriciləri müqayisəli 
qiymətləndirməyə imkan verir. Statistik analizdə Stüdentin t- və Fişerin F-
kriteriyalarından istifadə edilmişdir. Cədvəl 1-də torpağın aqrofiziki xassələrinin orta 
qiymətləri (
X
) və variasiyaəmsalları (C
v
, %) göstərilmişdir.Aqrofiziki xassələrin 
dəyişkənlik meyyarı olan variasiya əmsalının dəyişmə diapazonları aşağıdakı kimidir: 
I dərinlikdə ‒W: 2.1-23.1, ρ
b
: 3.4-12.9, ε
t
: 3.6-13.5; ε
a
: 6.5-43.3; II dərinlikdə ‒W:


502 
3.5-30.3, ρ
b
: 2.5-10.1, ε
t
: 2.8-11.6, ε
a
: 13.7-33.5. Göründüyü kimi torpağın aqrofiziki 
xassələri tədqiqat müddətində zəif və orta dəyişkənliklə xarakterizə olunur.
 
Məlumdur ki, dəmyə şəraitində torpağın nəmlənmə dərəcəsi dayanıqsız olub, 
yağıntıların miqdarından asılıdır. Torpağa suyun daxil olması məhdudiyyətli olduqda 
nəmlik bitkinin inkişafında ən mühüm amillərdən biri olur [1; 11]. Hər iki dərinlikdə 
səpindən sonra bitkilərin kollanma fazasına qədər torpağın kütləvi nəmliyi artır, sonra 
kollanma fazasından vegetasiyanın sonuna qədər və biçindən sonra azalır.Bu, bir 
tərəfdən yağıntəların miqdarı, digər tərəfdən isə ümumi evapotranspirasiyaitkiləri ilə 
əlaqədardır. Belə ki, may ayından başlayaraq avqust ayına qədər yağıntıların miqdarı 
kəskin azalmışdır. May-iyul aylarında cəmi 19.3 mm yağıntı düşmüşdür ki, bu da 
uyğun dövr üçün orta çoxilliklə müqaisədə 81.7mm azdır. Bitkilərin kollanma 
fazasında torpaqda kifayət qədər rütubət ehtiyatı olur və kök sistemi zəif inkişaf 
etdiyindən torpağın dərin qatlarını əhatə edə bilmir. Bitkilərin inkişafıintensivləşdikcə 
onların kök sistemi güclənir və suya olan təlabatı artır ki, bu da özünü ümumi 
evapotranspirasiya itkilərinin çoxalmasında büruzə verir. Torpağın şum qatında 
nəmliyin azalma tempinin şumaltı qata nisbətən daha intensiv getməsində bitki sıxlığı 
ilə əlaqədar olaraq fiziki buxarlanmanın da müəyyən rolu vardır. 
Tədqiqatın başlanğıcında torpağın şum qatında nəmliyin I, II və III sahələrinə 
uyğun qiymətləri müvafiq olaraq 23.46%, 25.08% və 25.02%-dir. Vegetasiyanın 
sonunda həmin torpaq qatında nəmlik təqribən soluxma nəmliyi səviyyəsində olur və 
biçindən sonravariantlara uyğun olaraq 4.99%, 5.34%, 5.13% təşkil edir. Göründüyü 
kimi hər iki halda qara herik sələfində nəmlik nisbətən yüksəkdir. Torpağın şumaltı 
qatında da kütləvi nəmliyin dinamik xarakteri müşahidə olunur (şəkil 1).


503 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin