MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə22/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   18   19   20   21   22   23   24   25   ...   96
MƏRSİYƏLƏR (1)

Kərbəlaya vurud 
(Sinəzən) 
Zeynəb yetib qatarın əqtari-Kərbəlaya, 
Ol baxəbər sərasər əğyari-Kərbəlaya. 
Cəddim Rəsuli əkrəm etmiş məni xəbərdar, 
Eylər məni bu çöldə məzlumi-qövmi-əşrar, 
Ol hər qəmə müsəmməm, ey mən qəribə qəmxar, 
Dildarılıq verərsən dildari-Kərbəlaya. 
Bir qəbri-altı güşə verrəm bu çöldə təşkil, 
Ərşi-Xuda şərəfdə eylər bu qəbrə təclil, 
Səhno-rəvaq və günbəz həm çilçıraq və qəndil, 
Eylər xəlil qibtə me`mari Kərbəlaya. 
Aşiq xətadı qatsın hər eşqi eşqi-safa


71 
Qafildi dəstəmazı caiz bilən muzafa, 
Yusif deyil satılsın bazaridə kəlama, 
Əkbər gətirmişəm mən bazari-Kərbəlaya. 
Zeynəb, bu Kərbəladı, layiq bəlayi-eşqə, 
İbrahimə xəbər gəlsin, minayi-eşqə, 
Baxsın fədayi-eşqə səyi səfayi-eşqə, 
Hacirdə yox təhəmmül əsrari-Kərbəlaya. 
Aşiq şərar eşqə yandıqca dil doyanmaz
Pərvanə tək yananda nə ağlamaz, nə dinməz, 
Ya nari kuni bərdən fərmaninə sevinməz, 
Mən tək təhəmmül eylər azari-Kərbəlaya. 
Bu dəşti-Kərbəlanı xoş gülüstan edəm mənı, 
Yox bəlkə mənzilətdə baği-cinan edəm mən
Zəvvarə neynəvanı kəhfi-əman edəm mən, 
Firdovsi,rəşk apar sən bülvari-Kərbəlay. 
Qurbanlığa Minada şahzadə Əkbərim var, 
Məhi-parə Qasimim var, şeşmahə Əsğərim var, 
Nəhri-Əlqəm üstə səqqa sərdari-leşkərim var
Qan su yerinə versin gülzari Kərbəlaya. 
Nazlı bacım az ağla, var ağlamaq zamanı, 
Görsən əlim əlində məqtəldə saribanı, 
Zəhra anamla bahəm başla bacı fəşanı, 
Yaz əşkilə ünvan tumari-Kərbəlaya. 
Şimr ilə mö`cüz üstə dərgir olanda ağla, 
Barmaqlarım düçari şəmşir olanda ağla, 
Zeynül-ibad əsiri-zəncir olanda ağla, 


72 
Ağla himayət eylə bimari-Kərbəlaya. 
Badi-xəzan əsəndə, güllər solanda ağla, 
Zəhra baxışlı gözlər qanla dolanda ağla, 
Qızlar cənazəm üstə zülfün yolanda ağla, 
Əşkinlə ver təsəlli salari-Kərbəlaya. 
Gülzarına xəzandan yellər əsəndə ağla, 
Qatil susuz Hüseynin başın kəsəndə ağla, 
Cəddim atam anam da ağlallar, sən də ağla, 
Nohə edib səsin qat zəvvari-Kərbəlaya. 
E`lan edər Kərimi Əqvam və aşnaya, 
Mülhəqq olun əzizan, zəvvari Neynəvaya, 
Yollar açıldı qoyma fürsət gedə fənaya
Amadə olsun ellər didari-Kərbəlaya. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin