MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Həzrət Zeynəbin (ə) zəban halı (rövzə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə71/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   67   68   69   70   71   72   73   74   ...   96
MƏRSİYƏLƏR (1)

Həzrət Zeynəbin (ə) zəban halı (rövzə) 
Əcəl seli gəlib aşsın başımdan, 
Xilas olsun gözüm bu göz yaşımdan, 
Ölüm çox yaxşıdır, həsrət çətindir, 
Yanımda yox bacımdan, qardaşımdan. 


198 
Çəmən tək badi-möhnət əsdi soldum
Bulud tək əşkim axdı, əşkə doldum, 
Yatan baxtım ölən vaxtd oyandı, 
Qəribliklə gəlib həmsayə oldum. 
Yığışdı sinəmə can, qardaşım gəl, 
Gələn yollarına qurban, qardaşım gəl, 
Yapış Əbbasın əlsiz əlindən, 
Dilində zikri-Qur`an qardaşım, gəl. 
Nəfəs düşdü şümara qardaşım, gəl, 
Düçarə, ehtizara qardaşım gəl, 
Qəmim qurtarmadı ömrüm qurtardə, 
Məni gəl qoy məzara qardaşım, gəl. 
Zeynəbin zəban halı 
Gəl yetiş imdada ey qardaş Hüseynim, hardasan? 
Bikəsəm səhrada ey qardaş, Hüseynim, 
hardasan? 
Əhli-Kufə “vay Hüseyn” söylüb batıbdır yasına, 
Matəmin qüvvət verib Zeynəb bacın avazına, 
Dövrəmi düşmən alan Kərbübəla dəryasına, 
Olmuşam bir adə, ey qardaş Hüseynim, 
hardasan? 
Əl-əman “vay” söyləməkdən ah ilə gözlər dolub
Zeynəbin, Rübabın, Səkinənin saçların ağlar 
yolub, 
Yoxluğundan xeymələr od ağlayan meydan olub


199 
Şümrütək cəlladə, ey qardaş 
Hüseynim,hardasan? 
Mürrət ibn Münqəz Əbdi baxmayıb Peyğəmbərə, 
Nizə sancdı gül Hüseyn oğlu Əliyyi Əkbərə, 
Hərmələ peykanını atdıqca körpən Əsğərə, 
Qan dolub səhrada ey qardaş Hüseynim
hardasan? 
İbn Sə`d qəh-qəh çəkib taxtında şad-xürrəm olub, 
Yezidin çeşmində aləm qalibi-aləm olub, 
Taifin əhlin, əyalın bir əsiri-qəm olub, 
Ol İbn Ziyadə ey qardaş Hüseynim, hardasan? 
Halına Pərvərdigar “qan ağlayın” fərman edər, 
Dərdi hicrandan mələklər ağlayıb əfğan edər, 
Matəmin məftun könüllər dağlayıb viran edər
Hər gələndə yada ey qardaş Hüseynim, 
hardasan? 
İstəyərsə bu cahan mülkündə hər kəs ağlasın, 
Söyləyib qeyrət ağam teşnəm Əbəlfəzl ağlasın, 
Kərbəla dəştində qoyma tək o bi kəs ağlasın, 
Əl yetir Səccada ey qardaş Hüseynim, hardasan? 
Solsa da xoşbəxt güzarından sənin haqqın cüda, 
Sən bu haqq dünyasının fövqündə gördün tək 
Xuda, 
Növcəvankən Qasimin pak canını etdi fəda, 
Haqq Hüseyn sevdada, ey qardaş Hüseynim, 
hardasan? 


200 
Bu Xaqani canını qurban dilər tək canına, 
Bir nökərdir dininin-imanının fərmanına, 
Cismini qərq eyləyib gözdən axan al qanına, 
Hey gələr fəryada, ey qardaş Hüseynim, 
hardasan? 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin