201
Siz öləndən sora çox düşmən ihanət eylədi,
At çapıb nə`şizin üstündə cinayət eylədi,
Tökülüb xeymələri zülmilə qarət eylədi,
Lə`nəti-həqq
gələ aləm boyu züllama, Hüseyn.
Əlim ellərdən üzülmüşdü yanan vaxtda xiyam,
Az qaldı yana zülm atəşinə yalqız imam,
Ürəyim eyləmədi ləhzə o əsnada davam,
Özümü
verdim o dəm atəşi bədnama, Hüseyn.
Bu gülüstanda yerə lalə və reyhan tökülüb,
Baxıram hər tərəfə nə`şi şəhidan tökülüb,
Elə bil parələnib məqtələ Qur`an tökülüb,
Ruzi əzəldə yazılmış belə bərnama, Hüseyn.
Görcəyin nə`şi-şəhidanı bu yorğun balalar,
Tab edə bilmədi bir ləhzə oğulsuz balalar,
Çün oğul dağı nənə sinəsinə od qalalar,.
Vay balam, vay deyəcək sübhidən axşama,
Hüseyn.
Dəvə üstdən balalar atdı özün fori yerə,
Ürəyin qanını qatdı hamısı əşki-tərə,
Biri qan ağladı Əbbasə, biri südəmərə,
Məhşərə döndü
bəla dəşti o hengama, Hüseyn.
Biri əsrarını o halidə yoldaşa dedi,
Biri nalan oturub dərdini qardaşa dedi,
Biri döndü sözünü nizədəki başa dedi…