5. Xüsusi müddəalar və mübahisələrin həlli qaydası 5.1. Tərəflər arasında yaranmış və bu Müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə
münasibətlər “Qazdan istifadə Qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir.
5.2. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər
məhkəməyə müraciət edə bilərlər.
6. Fors-major Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə müəyyən edilmiş
öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır.
7. Müqavilənin qüvvədə olma müddəti 7.1. Bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir.
7.2. Bu Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən ______il müəyyən edilir.
7.3. İstehlakçı bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış
təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə
uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanması tələb olunmur.
7.4. İstehlakçı bu Müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu,
tərəfləri Müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir.
7.5. Bu Müqavilə iki nüsxədə tərtib edilmişdir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla,
tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
8. Tərəflərin hüquqi ünvanları və rekvizitləri 8.1. Tərəflərin hüquqi ünvanları və rekvizitləri: