Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə137/147
tarix01.08.2023
ölçüsü12,82 Mb.
#138220
1   ...   133   134   135   136   137   138   139   140   ...   147
Qаz хiDM T S N n sоr u kitаbi

Əlavə 10 
 
Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın
alqı-satqısı barədə 
MÜQAVİLƏ № 
 
“____”_____20___il
_______________________ 
(Müqavilənin bağlandığı yer) 
Müqavilə üzrə bundan sonra Paylayıcı adlanacaq ____________________________________ 
____________________________şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı 
(Qaz paylayıcısının adı) 
adlanacaq ____________________________________________________________________ 
(fiziki şəxsin soyadı, adı, atasının adı) (şəxsiyyət vəsiqəsinin nömrəsi, ünvanı, telefon nömrələri) 
şəxsində digər tərəfdən Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təsdiq edilmiş 
”Qazdan istifadə Qaydaları”na (bundan sonra – “Qazdan istifadə Qaydaları”) uyğun olaraq aşağıdakı 
şərtlərlə bu Müqaviləni bağladılar: 
1. Müqavilənin predmeti 
Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin 
edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı 
tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 
2. Tərəflərin vəzifələri və hüquqları 
2.1. Paylayıcının vəzifələri: 
2.1.1. İstehlakçını__________________________________________________təzyiqdən aşağı 
(qazın təzyiqinin göstəricisi) 
olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DÜST-5542-87) uyğun olan 
qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; 
2.1.2. İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya sontexniki 
baxış tarixindən etibarən) “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırmaq; 
2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış 
keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir 
nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 
2.1.4. Paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə 
əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar 
etmək; 
2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının 
tam və dəqiq uçotunu aparmaq; 
2.1.6. qazın verilməsində təzyiqin azalması barədə (qəza işləri, baş vermiş yanğının və qaz sızması 
halları istisna olmaqla) İstehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək; 
2.1.7. İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam 
hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək); 
2.1.8. İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat 
vermək; 
2.1.9. təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra 
edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək; 
2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz 
qaydada növbəti dövlət yoxlamasından keçirmək
2.1.11. ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət 
yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda 
dəyişdirmək və quraşdırmaq; 


313 
2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının 
İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim 
edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq 
müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş 
göndərmək; 
2.1.13. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı 
hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki 
baxış keçiriləcəyi barədə İstehlakçıya 3 (üç) gün əvvəl rəsmi bildiriş göndərmək
2.1.14. bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə 
nəzərdə tutulmuş məsuliyyəti daşımaq; 
2.1.15. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
2.2. 
Paylayıcının hüquqları: 
2.2.1. bu Müqavilənin 2.1.13-cü yarımbəndinin tələbinə riayət etməklə, İstehlakçının qaz qurğularına 
texniki baxış keçirilməsi üçün İstehlakçıya məxsus qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə 
daxil olmaq; 
2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam 
ödənilməsini ondan tələb etmək; 
2.2.3. İstehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu 
hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 
2.2.4. aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək 
və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək; 
2.2.5. İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş 
vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb 
etmək; 
2.2.6. bu Müqavilənin 2.1.12-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı hallarda İstehlakçıya qazın 
verilməsini dayandırmaq; 
2.2.6.1. İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti 
göstərilməklə) olduqda; 
2.2.6.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz 
sızmasının qarşısı alındıqda; 
2.2.6.3. İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi 
dövlət standartlarının tələblərinə cavab vermədikdə; 
2.2.6.4. Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya 
Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədikdə; 
2.2.6.5. Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; 
2.2.6.6. məhkəmənin qərarı ilə; 
2.2.6.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi 
aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək, o cümlədən təbii qazdan istifadə 
qaydaları pozulduğu halda dərhal qaz təhcizatını dayandırmaq. 
2.3. 
İstehlakçının vəzifələri: 
2.3.1. qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş 
(göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək; 
2.3.2. bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək; 
2.3.3. qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək
2.3.4. təqsirli Hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra 
edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək; 
2.3.5. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı 
hallar istisna olmaqla, İstehlakçının qaz qurğusuna texniki baxış keçirmək üçün Paylayıcını, 
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Sənaye və 
Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini, bu Müqavilənin 2.1.13-cü yarımbəndinin 
tələbi yerinə yetirildiyi halda, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq
2.3.6. bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə 
nəzərdə tutulmuş məsuliyyəti daşımaq; 
2.3.7. “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 


314 
2.4. 
İstehlakçının hüquqları: 
2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, həcmdə və dövlət standartlarına uyğun keyfiyyətdə 
fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək; 
2.4.2. Paylayıcı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu 
hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 
2.4.3. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq 
qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini 
Paylayıcıdan tələb etmək; 
2.4.4. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçirmək 
üçün Paylayıcıdan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan 
Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən tapşırıq sənədinin 
surətini tələb etmək; 
2.4.5. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini Paylayıcıdan 
tələb etmək; 
2.4.6. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş 
vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb 
etmək; 
2.4.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən aktlarda nəzərdə 
tutulmuş digər hüquqları həyata keçirmək. 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin