Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə138/147
tarix01.08.2023
ölçüsü12,82 Mb.
#138220
1   ...   134   135   136   137   138   139   140   141   ...   147
Qаz хiDM T S N n sоr u kitаbi

3. Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri 
3.1. Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən 
tənzimlənən tarifə əsasən, hər 1 (bir) m³ üçün ________manat məbləğində müəyyən edilir. 
3.2. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası 
tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında 
mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. 
3.3. Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam 
hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz 
sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim 
edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının 
pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu 
müqaviləyə 
əlavə 
edilmiş 
ARDNŞ-nin 
Şurasının 
14 
mart 
2011-ci 
il 
tarixli,
11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. 
3.4. Hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay 
müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 
3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş 
səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb 
edə bilməz. 
3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada baxılır və həll edilir. 
4. Qaz qurğularına dair tələblər 
4.1. İstehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. 
4.2. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. 
4.3. İstehlakçının qaz qurğuları haqqında məlumat: 
Sıra №-si 
İstismar olunan qaz qurğularının xarakteristikası 
Qaz qurğusunun 
adı 
Tipi və ya 
markası 
Maksimal saatlıq 
qaz sərfi* m³ 
İstilik gücü٭ 
kVt 
sayı 
* Maksimal saatlıq qaz sərfi və istilik gücü pasport göstəricilərinə uyğun qeyd edilir. 


315 
4.4. İstehlakçının qaz sayğacı haqqında məlumat: 
Sıra 
№-
si 
Quraşdırılma 
yeri 
Markası Nömrəsi 
Quraşdırılma 
tarixi 
Üzərindəki 
plombların
nömrəsi 
Dövlət 
yoxlamasından 
keçirilməsinin
son tarixi 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin