Əlavə 5.
İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması
hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının
hesablanması
Qaydaları
Bu qaydalar Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında”, “Energetika
haqqında” və “Enerji resurslarından istifadə haqqında” Qanunlarına və Azərbaycan
Respublikasında qüvvədə olan qanunvericilik aktlarına əsaslanmaqla, qaz qurğuları və
avandanlıqlarının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası
qaydalarına və bu sahəyə dair digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq
hazırlanmış və qaz təchizatı sahəsinin fəaliyyətinin tənzimləyən hər hansı bir
normativ-hüquqi aktı əvəz etmir.
İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında
qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin bərpasının hesablanması Qaydaları
aşağıdakı hallarda tətbiq olunur:
1.
Təbii qazın alqı-satqı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar
olunduqda;
2.
Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə
sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların
qoşulması aşkar olunduqda;
3.
Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;
4.
Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz,
həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda.
Qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması qaydaları:
1-ci və 2-ci hallarda
İstehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının
pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və
qaz kəmərininin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən və
təzyiqindən asılı olaraq (Əlavə №1) axırıncı texniki baxış müddətindən sonrakı dövr
üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə
iddia müddəti ərzində (Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə iddia
müddəti 3 ilə bərabərdir) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri
hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir.
3-cü və 4-cü hallarda
İstehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının
pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və
təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan
normativ hesabat müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr
üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə
olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-
hesabına ödənilir.
293
Qeyd:
1.
Bütün hallarda qazın nəqli, hesablanmış qazın dəyərinin tam ödənilməsi və
aşkar olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün ödənilməsi və aşkar
olunmuş çatışmazlıqların aradan qaldırılması üçün verilmiş tələbnamələrin
yerinə yetirilməsi barədə məlumatların Dövlət Qaz Nəzarəti İdarəsinə təqdim
olunmasından sonra bərpa oluna bilər.
2.
Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan
istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş dəyərdən
çıxarılmalıdır.
3.
Qaz kəmərinin en kəsiyi və təzyiqə görə qaz sərfinin təyin edilməsi üsulu
Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu tərəfindən hazırlanmışdır.
Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması
Cədvəli
Qаz
kəmərinin
diаmеtri,
mm
Qаz
kəmərinin
еn kəsiyi,
m
2
Qаz təzyiqinin düşgüsü
mm su sütunu
68
136
203
339
406
542
813
1084
mm civə sütunu
5
10
15
25
30
40
60
80
15
0,000127
12,9
18,3
22,3
28,9
31,6
36,5
44,7
51,6
20
0,000285
29,1
41,2
50,3
65,0
71,1
82,2
100,6
116,2
25
0,000506
51,7
73,2
89,4
115,5
126,4
146,1
178,9
206,6
32
0,000791
80,8
114,3
139,7
180,5
197,5
228,2
279,5
322,8
38
0,001140
116,4
164,6
201,1
259,9
284,4
328,7
402,5
464,8
45
0,001551
158,4
224,1
273,8
353,8
387,2
447,3
547,9
632,6
51
0,002026
207,0
292,7
357,6
462,1
505,7
584,3
715,6
826,3
57
0,002564
261,9
370,4
452,5
584,8
640,0
739,5
905,7
1045,8
63
0,003165
323,4
457,3
558,7
722,0
790,1
912,9
1118,1 1291,1
70
0,003830
391,3
553,3
676,0
873,6
956,1
1104,6 1352,9 1562,2
76
0,004558
465,6
658,5
804,5
1039,7 1137,8 1314,6 1610,1 1859,1
82
0,005349
546,5
772,8
944,2
1220,2 1335,3 1542,8 1889,6 2181,9
89
0,006204
633,8
896,3
1095,1 1415,1 1548,6 1789,3 2191,5 2530,5
100
0,008103
827,8
1170,7 1430,3 1848,3 2022,7 2337,1 2862,3 3305,1
150
0,018232 1862,6 2634,1 3218,1 4158,7 4551,1 5258,4 6440,2 7436,5
Cədvəldə göstərilən hesabatlar “Sənaye və kommunal-məişət istifadəsi üçün təbii
yanacaq qazları” DÜİST 5542-87-nin tələblərinə cavab verən təbii qaz üçün
aparılmşdır (t=20
o
C,
ρ=
0,7 kq/nm
3
).
Dostları ilə paylaş: |