Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


  İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə130/147
tarix01.08.2023
ölçüsü12,82 Mb.
#138220
1   ...   126   127   128   129   130   131   132   133   ...   147
Qаz хiDM T S N n sоr u kitаbi

 


276 
İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və 
qazın alqı-satqı müqaviləsinin ləğvi
Qaz paylayıcısı bu “Qazdan istifadə Qaydaları”nın tələblərinə 
əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 

istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının 
dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 

təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş 
verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 

istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə 
cavab vermədikdə; 

qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla 
müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən 
təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam 
ödənilmədikdə; 

qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 

məhkəmənin qərarı ilə. 
İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi 
qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən 
istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında 
ödəyən 
digər 
istehlakçıların 
hüquqlarının 
pozulması 
ilə 
nəticələnməməlidir. 
İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının 
dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-
satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (“Qazdan istifadə 
Qaydaları”nda nəzərdə tutulmuş xüsusi hal istisna olunmaqla) barədə 
qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü 
müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya 
qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul 
etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi 
gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə 
etdiyi qazın dəyərini ödəməlidir. 
Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, 
əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi 
günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz 
paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin 
arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) 


277 
qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz 
paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı 
müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni 
mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə 
bağlanılmalıdır. 
Qazlaşdırılmış 
obyektin 
mülkiyyətçisinin 
(istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün 
əsas deyildir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar 
edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı 
şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin 
ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb 
etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar 
aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra
1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa 
edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər 
bir halda (“Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş xüsusi hal 
istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə 
aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim 
edilməlidir. 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin